Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1564/2025 30.09.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X3 kаtibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ЕTDİ: İddiаçı ləğv prosesində olan İddiaçı АSC iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, Cavabdeh 21 yanvar 2019-cu il tarixli, 102MGTK5008071AA saylı kredit müqaviləsi üzrə 1558,07 (bir min beş yüz əlli səkkiz manat sıfır yeddi qəpik) manat məbləğində əsas borcu və 16,30 (on altı manat otuz qəpik) manat faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanan illik (5%) faiz borcu 264,01 (iki yüz altmış dörd manat sıfır bir qəpik) manat, cəmi 1838,38 (bir min səkkiz yüz otuz səkkiz manat otuz səkkiz qəpik) manat borc və 38,39 (otuz səkkiz manat otuz doqquz qəpik) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini хаhiş еtmişdir. İddiаçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır k, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Zöhrabova Könül Mikayıl qızı arasında bağlanmış 21 yanvar 2019-cu il tarixli, 102MGTK5008071AA saylı kredit müqaviləsinə əsasən borcalana kreditora olan digər borcların ödənilməsi və şəxsi istehlak məqsədilə illik 26,9 (iyirmi altı tam onda doqquz) faiz, 36 ay müddətinə olmaqla, xx.xx.2022-ci il tarixinə qədər 3.202 (üç min iki yüz iki manat) manat məbləğində kredit verilmişdir. Zöhrabova Könül Mikayıl qızı müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmiş və bunun nəticəsində onun 11 iyun 2025-ci il tarixinə banka 1.558,07 (bir min beş yüz əlli səkkiz manat sıfır yeddi qəpik) manat məbləğində əsas borcu və 16,30 (on altı manat otuz qəpik) manat faiz borcu, 264,01 (iki yüz altmış dörd manat sıfır bir qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 1.838,38 (bir min səkkiz yüz otuz səkkiz manat otuz səkkiz qəpik) manat məbləğində borcu qalmışdır. AZ-İİ № 096776, xx.xx.2020ci il tarixli X4 görünür ki, Zöhrabova Könül Mikayıl qızı xx.xx.2020-ci ildə ölmüşdür. Goranboy rayon Notariat Ofisindən bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə, 306 № ilə rəsmiləşdirilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə dair "Elektron notariat” X1 çıxarışlara əsasən, xx.xx.2020- ci il tarixdə ölmüş Zöhrabova Könül Mikayıl qızının vərəsəsi Cavabdehdur. Borcla bağlı vəfat etmiş Zöhrabova Könül Mikayıl qızının vərəsəsi Cavabdeh 12-5/2-Z-21-10786/2025 saylı 23 iyun 2025-ci il tarixli xəbərdarlıq məktubu ünvanlanmışdır. Lakin, buna baxmayaraq cavabdeh banka olan borcu ödəməmişdirlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. İddiaçı ASC “Elektron Məhkəmə” sistemi vasitəsilə ərizə göndərərək, iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiklərini, məhkəmə iclasının onların işitrakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, mərhumə Zöhrabova Könül Mikayıl qızı onun arvadı olmuş və o, xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Könül Zöhrabova tərəfindən bankdan kredit götürülməsi barədə onun xəbəri olmamışdır. Ona görə də, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən 9 saylı mənzil arvadı Könül Zöhrabovanın adına olmuş və onun vəfatından sonra həmin mənzili qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında ona miras qalmışdır. Lakin həmin mənzil əvvəldən faktiki onun əmlakı olmuş, arvadına heç bir aidiyyəti olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 102MGTK5008071AA nömrəli, 21 yanvar 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC Zöhrabova Könül Mikayıl qızına 36 ay müddətinə, illik 26,9 faiz dərəcəsi ilə, 3202 manat məbləğində kredit verməyi, Zöhrabova Könül Mikayıl qızı həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür; "xxxx" ASC tərəfindən verilmiş 22 fevral 2021-ci il tarixli, 146000/191 nömrəli maliuuə arayış”ından görünür ki, Cavabdeh 21 yanvar 2019-cu il tarixli, 102MGTK5008071AA saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə 1502,94 manat əsas, 32,77 faiz, ümumilikdə 1535,71 manat borcu vardır; Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 096776 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zöhrabova Könül Mikayıl qızı xx.xx.2020-ci ildə “dəqiqləşdirilməmiş kəskin miokardın infarktı” səbəbindən ölmüşdür; “Elektron notariat” avtomatlaşdırılmış informasiya sisteminin xx.xx.2023-cü il tarixli çıxarışından görünür ki, ölmüş şəxs (miras qoyan) seriyalı 096776 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zöhrabova Könül Mikayıl qızının qanun üzrə vərəsəsi Cavabdehdur. ( şəhadətnamədə verilən əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Zöhrabova Könül Mikayıl qızına verilmiş **********24-05101-093014 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1, mənzil 9 ünvanında yerləşən ümumi sahəsi 64,8 kv/m yaşayış sahəsi, 40.4 kv/m, 3 otaqlı olan mənzildən ibarətdir); Hökümət ödəniş portalının ********** nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı tələb üzrə 39 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Zöhrabova Könül Mikayıl qızına İddiaçı ASC tərəfindən kredit verilmiş, Zöhrabova Könül Mikayıl qızı İddiaçı ASC-dən pulu qəbul etmiş, kredit üzrə borcun və ona hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüş, lakin öhdəliklərini yerinə yetirməmiş, nəticədə banka borcu qalmışdır. Zöhrabova Könül Mikayıl qızı xx.xx.2020-ci il tarixdə vəfat etmiş, onun əri Cavabdeh borcalanın vərəsəsi müəyyən edilmişdir. Zöhrabova Könül Mikayıl qızından miras qalmış ƏMDK-nin yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Zöhrabova Könül Mikayıl qızına verilmiş **********24- 05101-093014 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1, mənzil 9 ünvanında yerləşən ümumi sahəsi 64,8 kv/m yaşayış sahəsi, 40.4 kv/m, 3 otaqlı olan mənzildir. Məhkəmə qeyd edir ki, işin hallarına görə tərəflər arasında yaranmış mübahisə aşağıdakı maddi hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448-ci maddəsinə əsasən əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar; 1306-cı maddəsinə uyğun olaraq vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir; 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; 558-ci maddəsinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur; 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Məhkəmə qeyd edir ki, kredit müqaviləsinə əsasən kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri də vərəsəlik institutudur. Şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarında qeyd etmişdir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Lakin, nəzərə alınmalıdır ki, vərəsələr miras əmlak ilə bağlı sərəncam hüququnu bir çox hallarda mirasın açıldığı andan həyata keçirə bilmirlər. Belə ki, Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Göründüyü kimi qanunverici vərəsələrə miras açıldığı gündən üç ay ərzində mirası qəbul etmək imkanı vermiş və bu müddətin altı aya qədər uzadılmasını istisna etməmişdir. Bu baxımdan vərəsələr, bir qayda olaraq, miras açıldığı gündən altı ay ərzində əmlaka dair sərəncam vermək hüququna malik olmadığından, miras qoyanın kreditorları qarşısında öhdəliklərinin icrasını həyata keçirə bilmirlər. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmçinin, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, kredit müqaviləsi üzrə borclunun ölümü də tərəflər arasında mövcud olan müqavilə münasibətlərini başa çatdırmır və əsas borca görə faizlər hesablanmaqda davam edə bilər. Nəhayət, Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda belə nəticəyə gəlmişdir ki, borclunun ölümündən sonra ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş Zöhrabova Könül Mikayıl qızının kredit müqaviləsi üzrə İddiaçı ASC-yə ümumilikdə 1838,38 manat borcu yaranmışdır. Zöhrabova Könül Mikayıl qızının qanun üzrə vərəsəsi X5 ünvan 1, mənzil 9 ünvanında yerləşən ümumi sahəsi 64,8 kv/m yaşayış sahəsi, 40.4 kv/m, 3 otaqlı miras əmlak qalmışdır. Nəzərə alınmalıdır ki, bu halda qanun üzrə vərəsə X6 miras payı həcmində miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 21 yanvar 2019-cu il tarixli, 102MGTK5008071AA saylı kredit müqaviləsinə əsasən 1558,07 (bir min beş yüz əlli səkkiz manat sıfır yeddi qəpik) manat məbləğində əsas borc və 16,30 (on altı manat otuz qəpik) manat faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanan illik (5%) faiz borcu 264,01 (iki yüz altmış dörd manat sıfır bir qəpik) manat olmaqla, cəmi 1838,38 (bir min səkkiz yüz otuz səkkiz manat otuz səkkiz qəpik) manat miqdarında kredit borcu və ödənilmiş 39 manat miqdarında dövlət rüsumunun əvəzi tutulmalıdır. Yuxarıda qeyd olununlara əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ЕTDİ: İddiа təmin еdilsin. Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 21 yanvar 2019-cu il tarixli, 102MGTK5008071AA saylı kredit müqaviləsinə əsasən 1558,07 (bir min beş yüz əlli səkkiz manat sıfır yeddi qəpik) manat məbləğində əsas borc və 16,30 (on altı manat otuz qəpik) manat faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanan illik (5%) faiz borcu 264,01 (iki yüz altmış dörd manat sıfır bir qəpik) manat olmaqla, cəmi 1838,38 (bir min səkkiz yüz otuz səkkiz manat otuz səkkiz qəpik) manat miqdarında kredit borcu və ödənilmiş 39 manat miqdarında dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №e-2(045)-1564/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1564/2025
30.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver