Məhkəmə qərarları › İş №e-2(045)-1623/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1623/2024

31.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1623/2024 31.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X4 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair mülki işə Goranboy Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 6185.94 (altı min yüz səksən beş manat doxsan dörd qəpik) manat borcun tutulması, ödənilmiş 81.86 (səksən bir manat səksən altı qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Goranboy” filailı ilə Cavabdeh (bundan sonra cavabdeh adlandırılacaq) arasında bağlanmış BPM**********84 nömrəli, xx.xx.2021-ci il tarixli Kart hesabının açılması və ödəniş kartından istifadəyə dair Müqaviləyə əsasən Bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Filialın müştərisi olan Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabına (********************) sistemdə baş vermiş gecikmələrdən sui-istifadə edərək ümumilikdə 6185,94 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Belə ki, cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində kartdan 6526.23 manat məbləğində vəsait məxaric etmiş və bu zaman cavabdehin kart hesabında 6185.94 manat məbləğində mənfi qalıq formalaşdırılmışdır. Daha sonra cavabdeh həmin borcdan 340.29 manatını ödəmişdir. Hazırda cavabdehin banka 6185.94 manat borcu mövcuddur. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Banka 6185.94 manat borcu qalmışdır. Qeyd oluna əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Buna görə də Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 6185.94 (altı min yüz səksən beş manat doxsan dörd qəpik) manat borcun tutulması, ödənilmiş 81.86 (səksən bir manat səksən altı qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışı zamanı iddiaçı təşkilatın nümayəndəsi X2 iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş «Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh arasında bağlanmış BPM**********84 nömrəli, xx.xx.2021-ci il tarixli Kart hesabının açılması və ödəniş kartından istifadəyə dair Müqaviləyə əsasən Bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş əssassız varlanmanı əks etdirən arayışdan görünür ki, filialın müştərisi olan Cavabdeh BPM**********84 nömrəli, xx.xx.2021-ci il tarixli müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabına (********************) sistemdə baş vermiş gecikmələrdən sui-istifadə edərək ümumilikdə 6185,94 manat məbləğində vəsaiti məxaric etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 81.86 (səksən bir manat səksən altı qəpik) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqı ödəmişdir. Məhkəmə tərəfləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək və tərəflərin mənafeyini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASCnin “Goranboy” filailı ilə Cavabdeh (bundan sonra cavabdeh adlandırılacaq) arasında bağlanmış BPM**********84 nömrəli, xx.xx.2021-ci il tarixli Kart hesabının açılması və ödəniş kartından istifadəyə dair Müqaviləyə əsasən Bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Filialın müştərisi olan Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabına (********************) sistemdə baş vermiş gecikmələrdən sui-istifadə edərək ümumilikdə 6185,94 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. İşin göstərilən halları iddiaçı təşkilatın nümayəndəsinin izahatı, bunu tamamlayan iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş digər sübutla tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-ci maddəsinə görə, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı təşkilat tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli və Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 6185.94 (altı min yüz səksən beş manat doxsan dörd qəpik) manat borc, ödənilmiş 81.86 (səksən bir manat səksən altı qəpik) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 6185.94 (altı min yüz səksən beş manat doxsan dörd qəpik) manat borc, ödənilmiş 81.86 (səksən bir manat səksən altı qəpik) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar