Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № e-2(045)-1641/2025 01.09.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu iddiaçı "X1" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı "X1" ASC məhkəməyə müraciət edərək, cavabdeh ABDULLAYEVATƏRANƏ QƏZƏNFƏR QİZİNDAN iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 256,48AZN əsas, 29,09 AZN faiz, 29,22 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 314,79 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,40 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "X1" ASC xx.xx.2025-ci il tarixdə “EMİS” vasitəsilə məhkəməyə ərizə təqdim edərək, bankla cavabdeh arasında razılıq əldə olunduğu üçün iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə mülki qanunvericilik normalarının analogiya üzrə tətbiq edilməsi mümkünlüyünü (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 13.4-cü maddəsi) nəzərə almaqla, iddiaçının geri qaytarılmas barədə ərizəsini iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. MPM-in: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır; 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı qəbzdən görünür ki, İddiaçı 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi, ona əlavə olunmuş sənədlər və ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən MPM-in 260, 263-264 vvə 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "X1" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №e-2(045)-1641/2025
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №e-2(045)-1641/2025
01.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver