Məhkəmə qərarları › İş №e-2(045)-1676/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1676/2025

29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1676/2025 29.10.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X1 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1800 (min səkkiz yüz) manat əsas borcun, Lombarda görə yaranmış əlavə 1100 (min yüz) manat maddi zərərin və 2500 (iki min beş yüz) manat gözlənilən gəlirin itirilməsinin, ümumilikdə 5400 (beş min dörd yüz) manat məbləğində vəsaitin mənə ödənilməsinə, məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2024-cü ilin sentyabr ayında Sabirabad şəhərindən Gəncə şəhərində yaşayan Cavabdeh MilliÖn ödəniş sistemi vasitəsilə 2500 (iki min beş yüz) manat pul göndərmişdir. Tərəflər arasında razılaşma olmuşdur ki, cavabdeh bu məbləğ müqabilində 2 ay ərzində 10 ton plastik butulka təqdim etməli idi. Lakin cavabdeh 8 ay ərzində yalnız 2.8 ton məhsul (700 manat) vermiş, qalan 7.2 ton malı isə verməkdən imtina etmişdir. Dəfələrlə etdiyi xatırlatmalara və müraciətlərə baxmayaraq, cavabdeh öhdəliyini yerinə yetirməmişdir. Bu məsələ ilə bağlı Sabirabad Rayon Polis Şöbəsinə etdiyi müraciət əsasında aparılan araşdırma nəticəsində cavabdehin ondan 2500 manat aldığı faktı təsdiqlənmişdir. Pul vəsaitini əldə etmək üçün o, şəxsi qızıllarını Sabirabad şəhərində yerləşən lombarda girov qoymuş və nəticə etibarilə 3600 manat ödəməli olmuşdur. Bununla yanaşı, cavabdehdən aldığı malı sataraq 2500 manat əlavə gəlir əldə edəcəyi gözlənilirdi. Cavabdehin bu öhdəliyi yerinə yetirməməsi nəticəsində maddi zərərə və gözlənilən gəlirin itirilməsinə məruz qalmışdır. Odur ki, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etməkdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, səhhəti ilə əlaqədar növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyini, hazırki iddianı qəbul etdiyini, iddiaçıya 1800 manat borcun olduğunu etiraf etmişdir. Bu barədə məhkəməyə ərizə də təqdim etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “e-Manat” ödəniş portalının xx.xx.2025-ci il tarixli, 12616 nömrəli mədaxil qəbzdən görünür ki, iddiaçı hazırkı tələb üzrə 91 manat məbləğində dövlət rüsumu ödəmişdir. Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Fikrət Bağırov tərəfindən 15 fevral 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı ərizəsi əsasında araşdırılmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. “E-Manat” elektron pul ödəniş sistemi tərəfindən verilmiş 72222 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, ümumilikdə 2500 manat məbləğində vəsait 416973******8939 nömrəli kart hesabına köçürülmüşdür. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında sadə şifahi müqavilə əsasında öhdəlik hüquq münasibəti yaranmışdır. Belə ki, cavabdeh sadə şifahi əqd əsasında iddiaçıya olan 1800 manat məbləğində borcunu qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini icra etməmişdir. Cavabdeh həmin müqavilə üzrə iddiaçı qarşısında hər hansı öhdəliyinin olmasını qəbul etmir iddiaçı da əksinə cavabdehin müqavilənin şərtlərini pozduğunu iddia edərək vermiş olduğu pulu cavabdehdən tələb edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında şifahi müqavilə əsasında öhdəlik hüquq münasibəti yaranmışdır və bu mübahisə aşağıdakı maddi hüquq normalarına müvafiq olaraq həll edilməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin: 385.1-ci mаddəsinə əsаsən öhdəliyə əsаsən bir şəхs (bоrclu) bаşqа şəхsin (krеditоrun) хеyrinə müəyyən hərəkəti еtməlidir, məsələn, pulu ödəməli, əmlаkı vеrməli, iş görməli, хidmətlər göstərməli, və i.а. və yа müəyyən hərəkətdən çəkinməlidir, krеditоrun isə bоrcludаn vəzifəsinin icrаsını tələb еtmək hüququ vаrdır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü mаddəsinə əsаsən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci mаddəsinə əsаsən öhdəliyin icrа еdilməməsi dеdikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа еdilməməsi bаşа düşülür; 448.1-ci mаddəsinə əsаsən əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dахil оlаn öhdəliklərin icrа еdilmədiyi bütün hаllаr üçün cavabdehdir. 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmənin qənaətinə görə cavabdehin iddiaçıya 5400 mаnаt bоrcunun yаrаnmаsı bаrədə iddiаçının dəlilləri işin hаllаrınа uyğun deyildir, İddiaçı Allahevrdi oğlu tərəfindən Cavabdeh qarşı 5400 manat məbləğində borcunun olmasını təsdiq edəcək hər hansı mötəbər dəlil məhkəməyə təqdim edilmədiyindən iddia tələbinin yalnız 1800 manat hissəsi, cavabdehin əvvəlki məhkəmə hazırlıq iclasında verdiyi etiraf edici izahatı əsaslı sübut kimi təsdiq edilməli və iddianın qismən təmin olunması barədə qətnamə çıxarmalıdır. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. MPM-in: 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməlidir. Beləliklə, məhkəmə, aparılmış araşdırmanın nəticələrini və qanunun tələbini əsas götürüb hesab edir ki, Cavabdeh 1800 manat məbləğində borc İddiaçı qaytarmalıdır. Məhkəmə, həmçinin iddia tələbinin ödənilmiş 91 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli, “Dövlət rüsumu haqqında” qanununun 8.1.2-ci maddəsinə əsasən, tutulmalı məbləğ 38 manat müəyyən olunmalıdır (30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qanunun tələblərini əsas götürüb hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1800 manat məbləğində borc pul, ödənilmiş 38 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1800 manat məbləğində borc pul və ödənilmiş 38 manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hafiz Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar