Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1739/2023 24.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X1 kаtibliyi, İddiaçı АSC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiаçı İddiaçı АSC-nin cаvаbdеh Cavabdeh qаrşı “kredit borcun qaytarılması” tələbinə dаir iddiаsı üzrə mülki işə məhkəmənin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı АSC iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, Cavabdeh 8703,63 manat məbləğində əsas kredit borcunun, 671,56 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 28,16 manat kredit müqaviləsinə əsasən cərimə məbləği olmaqla, cəmi 9403,35 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 114,04 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını хаhiş еtmişdir. İddiаçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2022-ciil tarixli 5290***-*******02L saylı kredit müqaviləsinə əsasən Babayev Vidadi Əli oğluna 48 ay müddətinə illik 18% dərəcəsi ilə 10500 manat məbləğində kredit verilmişdir. Məlumat üçün bildirilir ki, Babayev Vidadi Əli oğlu xx.xx.2023-cu il tarixdə vəfat etmiş və bu barədə banka məlumat 2023-cü ilin mart ayında daxil olmuşdur. Müvafiq dövlət orqanlarına edilmiş sorğular nəticəsində mərhum Babayev Vidadi Əli oğlu ilə bağlı vərəsəlik işinin xx.xx.2023-cü il tarixində 1 saylı Gəncə “ASAN” xidmətində açılması (vərəsələrin olması) müəyyən edilmişdir. Vərəsəlik işi üzrə Cavabdeh mərhum Babayev Vidadi Əli oğlunun qanun üzrə vərəsəsi kimi tanınmışdır. Qeyd olunan kredit müqaviləsi üzrə xx.xx.2023-cu il tarixə İddiaçı ASC-yə 8703,63 manat məbləğində əsas kredit borcu, 671,56 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 28,16 manat kredit müqaviləsinə əsasən cərimə məbləği olmaqla, cəmi 9403,35 manat məbləğində borc qalığı mövcuddur. Məhkəmə iclasında iştirak edən İddiaçı АSC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, borclu Babayev Vidadi Əli oğlu xx.xx.2023-cu il tarixdə vəfat etmiş və bu barədə banka məlumat 2023-cü ilin mart ayında daxil olmuşdur. Vərəsəlik işi üzrə Cavabdeh mərhum Babayev Vidadi Əli oğlunun qanun üzrə vərəsəsi kimi tanınmışdır Cаvаbdеh Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iclaslarda iştirak etməmiş və iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC-nin Gəncə filialı ilə Babayev Vidadi Əli oğlu arasında bağlanmış xx.xx.2022-ciil tarixli 5290***-*******02L saylı kredit müqaviləsindən görünür ki, bаnk bоrcаlаnа 48 ay müddətinə illik 18% dərəcəsi ilə 10500 məbləğində krеdit vеrmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmi. AZ-İİ seriyalı 337699 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Babayev Vidadi Əli oğlu xx.xx.2023-cü il tarxidə “kardiogen şok” səbəbindən ölmüşdür; “Elektron notariat” Avtomatlaşdırılmış informasiya sistemi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən ölmüş şəxs (miras qoyan) Babayev Vidadi Əli oğlunun qanun üzrə vərəsəsi Cavabdeh müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Babayev Vidadi Əli oğlunun banka xx.xx.2022-ciil tarixli 5290***-*******02L saylı müqaviləyə əsasən 8703,63 manat məbləğində əsas kredit borcunun, 671,56 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 28,16 manat kredit müqaviləsinə əsasən cərimə məbləği olmaqla, cəmi 9403,35 manat məbləğində borcu vaardır; Hökumət Ödəniş Pоrtаlının ********** nömrəli, xx.xx.2023-cü il tаriхli mədахil qəbzindən görünür ki, iddiаçı hаzırkı tələb üzrə 114,04 mаnаt dövlət rüsumu ödəmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Babayev Vidadi Əli oğlu arasında bağlanmış xx.xx.2022-ciil tarixli 5290***-*******02L saylı müqaviləyə əsasən İddiaçı ASC tərəfindən Babayev Vidadi Əli oğluna 48 ay müddətinə illik 18% dərəcəsi ilə 10500 manat məbləğində kredit verilmişdir. Babayev Vidadi Əli oğlu həmin sazişlə müəyyən edilmiş məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti və ona hesablanmış faizləri qaytarmağı barədə öhdəlik götürmüşdür. Lakin borclu Babayev Vidadi Əli oğlu kredit ödənişlərini vaxtlı-vaxtında icra edə bilməmişdir. Belə ki, borclu Babayev Vidadi Əli oğlunun xx.xx.2023-cü ildə öldüyünü nəzərə alaraq, onun yuxarıda adı çəkilən kredit müqaviləsinə görə borcunu onun qanun üzrə vərəsəsindən tələb edir. Bu vərəsə: (oğlu) Cavabdehdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə): 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1 və 445.2.1-ci maddələrinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Göründüyü kimi, vərəsə miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə payına mütənasib surətdə borclu kimi tam ödəməyə borcludur. Ona görə də cavabdeh kredit müqaviləsi üzrə borcu ödəməyə borcludurlar. Cavabdeh kredit alanın öldüyü tarixə, yəni xx.xx.2023-cü il tarixinədək mövcud olan borcu ödəməyə görə məsuliyyət daşıyır. Kredit alanın xx.xx.2022-ci il tarixli 5290***-*******02L saylı müqaviləyə əsasən 8703,63 manat məbləğində əsas kredit borcu, 671,56 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 28,16 manat kredit müqaviləsinə əsasən cərimə məbləği olmaqla, cəmi 9403.35 manat məbləğində borcu vardır. Mülki Məcəllnin 1306-cı maddəsinin mənasına görə vərəsələr alınmış miras aktivi həddində məsuliyyət daşıyırlar. Bununla bağlı məhkəmə qeyd edir ki, borcun məbləğinin alınmış miras aktivindən çox olduğu müəyyən edilmədi. Belə ki, MM-in 1307-ci maddəsində qeyd olunmuşdur ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Nəzərə alınmalıdır ki, miras notarius tərəfindən siyahıya alınmayıb, odur ki, miras qoyanın borcunun (9403.35 manat) mirasdan çox olduğunu sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Vərəsəlik şəhadətnaməsində bir əşyanın qeyd olunması mirasın yalnız həmin əşyadan ibarət olması kimi qəbul edilə bilməz. Mirasın yalnız bu əşyadan ibarət olması barədə sübut təqdim edilməyibsə, MM-in 1307-ci maddəsinin məqsədləri baxımından hesab olunur ki, digər əşyalar da (pul, daşınar əşya, ər-arvadın ümumi əmlakındakı pay və s.) miras qalıb. Həmin maddənin mənasına görə vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut edənə qədər mirasın borcdan çox olduğu prezumpsiyası qüvvədə olur. Nəzərə alınmalıdır ki, MM-in 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Cavabdeh vərəsəlik şəhadətnaməsində göstərilən əşyaları miras kimi qəbul etməklə kredit verəndən qalan mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, mirası tamamilə qəbul etmiş sayılırlar. Lakin cavabdeh məhkəmə iclasında gəlməmiş, borcun (9403.35 manat) mirasdan çox olduğu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” , 4 iyun 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmə yuxarıda sadalanan hüquq normalarına əsasən qeyd edir ki, mərhum Babayev Vidadi Əli oğlunun öldüyü tarixədək hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən onun vərəsəsi Cavabdeh münasibətdə iddia tələbi əsaslı hesab edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, iddia təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 8703,63 manat məbləğində əsas kredit borcu, 671,56 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 28,16 manat kredit müqaviləsinə əsasən cərimə məbləği olmaqla, cəmi 9403,35 manat məbləğində pul vəsaiti və ödənilmiş 114,04 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Yuxarıda qeyd olununlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ЕTDİ: İddiа təmin еdilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 8703,63 manat məbləğində əsas kredit borcu, 671,56 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 28,16 manat kredit müqaviləsinə əsasən cərimə məbləği olmaqla, cəmi 9403,35 manat məbləğində pul vəsaiti və ödənilmiş 114,04 manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №e-2(045)-1739/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1739/2023
24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver