Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № e-2(045)-1849/2023 28.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 753.27 manat əsas borc, 63.75 manat faiz borcu, 112.99 manat cərimə borcu, həmçinin ərizəyə görə ödənilmiş 30,4 dövlət rüsumunun əvəzinin, ümumilikdə 960.41 manat borcun BOKT "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT "xxxx" QSC xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanlandığı ərizəsində iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Hesab edirəm ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyi və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyi, işin baxılmasını tələb etməsi barədə məhkəməyə məlumat vermədiyi üçün iddia ərizəsi baxılmamış saxlanılmalıdır. MPM-in 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki tələb üzrə 30 manat dövlət rüsumu ödəmişdir. Qeyd olunanlara əsasən və MPM-in 259-260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. 30 (otuz) manat dövlət rüsumu iddiaçı BOKT "xxxx" QSC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verə bilərlər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(045)-1849/2023
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №e-2(045)-1849/2023
28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver