Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1865/2023 19.12.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Cəmilova Zəhra Davud qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə” dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1900 (min doqquz yüz) manat sığorta ödənişi məbləğinin və 39,4 (otuz doqquz manat qırx qəpik) manat dövlət rüsumunun, cəmi 1939,4 (min doqquz yüz otuz doqquz manat qırx qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də bağlanmış xx.xx.2020-ci il tarixli PAA********** saylı sığorta müqaviləsinə əsasən “VAZ 21074” markalı, 57BA057 (hadisə zamanı 20DH744) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2021-ci il tarixində “VAZ 21074” markaly 57BA057 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Goranboy rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində “Kamaz 53212” markalı 90DC868 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuş və X9 az ağır bədən xəsarəti almışdır. Sığorta hadisəsi ilə əlaqədar "xxxx" ASC tərəfindən 1900 (min doqquz yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. BDYPİ-nin İstintaq və Təhqiqat şöbəsinin təqdim etdiyi ittiham aktı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Həmçinin, qeyd olunan ittiham aktında Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “VAZ 21074” markalı, 57BA057 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və Cavabdeh məhkəməyə gəlməmişlər. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə mürаciət еdərək, məhkəmə baxış iclasını iştirakları olmadan keçirməyi, iddianı müdafiə edərək iddianın təmin olunması barədə qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir. Məhkəmə, Azərbaycan Rеspublikası Mülki-Prosеssual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi”ndən görünür ki, X12 məxsus “VAZ 21074” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır. Müqavilə xx.xx.2020-ci il tarixdə qüvvəyə minir, xx.xx.2021-ci il tarixdə qüvvədən düşür (şəhadətnamə nömrəsi PAA**********); xx.xx.2022-ci il tarixli “Sığorta Aktı”ndan görünür ki, X1 az ağır xəsarət vurulmuşdur və hesablanmış sığorta ödənişinin məbləği 1500 manatdır; xx.xx.2022-ci il tarixli “Sığorta Aktı”ndan görünür ki, X3 əmlakına zərər vurulmuşdur və hesablanmış sığorta ödənişinin məbləği 400 manatdır; xx.xx.2022-ci il tarixli Hesablama aktı”ndan görünür ki, “KAMAZ 53212” markalı, **- DC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 400 manat qiymətləndirilmişdir; Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(045)-13/2022 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 1 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmün məzmunundan görünür ki, Cavabdeh 15 sentyabr 2021-ci il tarixdə saat 07:20 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Goranboy rayonu ərazisindən keçən 327-ci kilometrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmə hüququ, yəni sürücülük vəsiqəsi olmadan alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi VAZ 21074 markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gürcüstan sərhədi istiqamətində hərəkət edərkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərini pozaraq avomobilini qarşıda eyni istiqamətdə hərəkətdə olan X3 idarə etdiyi Kamaz 53212 markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi ilə toqquşdurmuş, bundan sonra VAZ 21074 markalı avtomobil istiqamətini dəyişərək yolun sol tərəfində olan metal təhlükəsizlik səddinə çırpılmış, nəticədə ehtiyatsızlıqdan VAZ 21074 markalı avtomobildə olan sərnişin X5 kürək sümüyünün sınığı, üz nahiyəsinin səthi yaraları xəsarətləri yetirərək sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına, habelə X4 920 (doqquz yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla Kamaz 53212 markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 304 manat 80 qəpik məbləğində maddi ziyan vurmaqla metal təhlükəsizlik səddinin yararsız hala düşməsinə səbəb olmuşdur; **********65888 nömrəli, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən PAA********** nömrəli şəhadətnamə üzrə 1500 manat ödənilmişdir; 007000 nömrəli, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən PAA********** nömrəli şəhadətnamə üzrə 400 manat ödənilmişdir; “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayış”dan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 07:20-də Cavabdeh tərəfindən idarə olunan “VAZ 21074” markalı, **-BA-*** (hadisə vaxtı **-DH-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “KAMAZ 53212” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və yol nəqliyyat hadisəsi baş vermişdir. “VAZ 21074” markalı, **-BA-*** (hadisə vaxtı **-DH-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh olmuşdur. Nəticədə X1 az ağır xəsarət vurulmuş və “KAMAZ 53212” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurulmuşdur; X11 ********** nömrəli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən 39 manat məbləğində dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə, saat 07:20-də Cavabdeh tərəfindən idarə olunan “VAZ 21074” markalı, **-BA-*** (hadisə vaxtı **-DH-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “KAMAZ 53212” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və yol nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətə cəlb olunmuşdur. Yəni, yol nəqliyyat hadisəsi baş verdiyi vaxt Cavabdeh sürücülük hüququ olmamış və o, nəqliyyat vasitəsini sərxoş halda idarə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır; 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Beləliklə, məhkəmə belə hesab edir ki, törədilmiş mülki hüquq pozuntusuna görə Cavabdeh məsuliyyət daşımalıdır. Cavabdeh Mülki Məcəllənin 1108.1-ci maddəsinə uyğun olaraq mülki hüquq məsuliyyəti daşıyır. Belə ki, Cavabdeh yüksək təhlükə mənbəyinin sahibidir. Belə olduğu halda yüksək təhlükə mənbəyinin sahibi onun bütün risklərinə cavabdeh olmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC iddia tələbində 39,4 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etsə də, iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı hazıki tələb üzrə 39 manat dövlət rüsumu ödəmiş və həmin məbləğin köçürülməsi üçün iddiaçıdan 0,4 manat xidmət haqqı tutulmuşdur. İddiaçının xidmət haqqının tutulması ilə bağlı tələbi olmadığından məhkəmə hesab edir ki, tələb həmin hissədə qismən təmin edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 106.1-ci mаddəsinə əsаsən işdə iştirаk еdən şəхslərin iş üçün əhəmiyyətli оlаn və оnlаrа məlum оlаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə tоplаnmış digər sübutlаrlа yаnаşı yохlаnılmаlı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1900 (min doqquz yüz) manat məbləğində vəsait və 39 (otuz doqquz) manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1900 (min doqquz yüz) manat məbləğində vəsait və 39 (otuz doqquz) manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(045)-1865/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1865/2023
19.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver