Məhkəmə qərarları › İş №e-2(045)-1866/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1866/2024

19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1866/2024 19.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X1 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi ilə, İddiaçı Unibank KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair mülki işə Goranboy Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Unibank KB ASC məhkəmədə Cavabdeh1, Cavabdeh2 və İmaməliyeva Vüsalə qızına qarşı iddia qaldıraraq cavabdehlərdən cəmi 4426,1 manat əsas məbləğ üzrə, 607.41 manat faiz üzrə, 3 manat cərimə üzrə cəmi 5036,51 manat borcun və 70,37 manat məbləğində ödənilmiş dövlət rüsumunun, 0,40 manat xidmət haqqının iddiaçı təşkilatın xeyrinə tutulması tələbini irəli sürmüşdür. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 arasında olan xx.xx.2023-cü il tarixli kredit müqaviləsi çərçivəsində 300000 manat məbləğində 120 ay müddətinə illik 32% ödəmək şərtilə "xxxx" KB ASC kredit müqaviləsi bağlamaqla kredit verir. xx.xx.2023-cü il tarixdə cavabdehin cari hesabına illik 28% olmaqla xx.xx.2026-cı il tarixinədək 5000 AZN məbləğində kredit verilmişdir. Borclunun öhdəliyinin təmin edilməsi məqsədi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış zaminlik müqaviləsinin şərtlərinə görə zamin borclu iddiaçı təşkilat qarşısında öz öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əsasən borclu əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bərabər məbləğdə hər ay ödəməli idi. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə dəfələrlə şifahi və yazılı şəkildə xəbərdar olunmuşdur. Lakin buna baxmayaraq onun tərəfindən kredit müqaviləsinin icrası təmin edilməmişdir. Odur ki, borclular Cavabdeh1, Cavabdeh2 və İmaməliyeva Vüsalə qızına qarşı iddia qaldıraraq cavabdehlərdən cəmi 4426,1 manat əsas məbləğ üzrə, 607.41 manat faiz üzrə, 3 manat cərimə üzrə cəmi 5036,51 manat borcun və 70,37 manat məbləğində ödənilmiş dövlət rüsumunun, 0,40 manat xidmət haqqının iddiaçı təşkilatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını, iddia tələbinin müdafiə etdiyini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və İmaməliyeva Vüsalə qızı heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əsas kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 28% olmaqla xx.xx.2026-cı il tarixinədək 5000 AZN məbləğində kredit verilmişdir. Cavabdeh1 24 ay ərzində hər ay 262 manat ödəməklə pulu banka qaytarmalı idi. Borcalan tərəfindən əsas və faiz borcu bu müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi olan kreditin ödəniş cədvəli əsasında ödənilir. Borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilən gün üzrə cərimə ödəyir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş xx.xx.2023-cü il tarixli müqaviləsinin ayrılmaz hissəsi olan ödəniş cədvəlindən görünür ki, kredit alan Cavabdeh1 24 ay ərzində hər ay 262 manat ödəməklə pulu banka qaytarmalı idi. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Unibank KB ASC ilə Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, zaminlər borclu kreditor qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icrasını tamamilə öz öhdəsinə götürmüşdürlər. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Unibank KB ASC-nin Cavabdeh1, Cavabdeh2 və İmaməliyeva Vüsalə qızına ünvanladığı xəbərdarlıq bildirişindən görünür ki, onlara 5 gün müddətində kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi təqdirdə müqavilənin və qanunvericiliyin şərtlərinə uyğun olaraq kredit müqaviləsinin ləğv edilməsi və borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 4426,1 manat əsas, 607.41 manat faiz, 3 manat cərimə borcu, cəmi 5036,51 manat kredit borcu vardır. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 70,37 manat məbləğində dövlət rüsumu, 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək və tərəflərin mənafeyini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 arasında olan xx.xx.2023-cü il tarixli kredit müqaviləsi çərçivəsində 300000 manat məbləğində 120 ay müddətinə illik 32% ödəmək şərtilə "xxxx" KB ASC kredit müqaviləsi bağlamaqla kredit verir. xx.xx.2023-cü il tarixdə cavabdehin cari hesabına illik 28% olmaqla xx.xx.2026-cı il tarixinədək 5000 AZN məbləğində kredit verilmişdir. Borclunun öhdəliyinin təmin edilməsi məqsədi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişdir. İşin göstərilən halları iddiaçı təşkilatın nümayəndəsinin izahatı, bunu tamamlayan iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş digər sübutla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçı "xxxx" ASC ilə kredit müqaviləsi bağlayaraq, üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə məsuliyyət daşıyır, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən bank qarşısında cavabdehlik daşıyır, bankın isə məhkəmə qaydasında borcun ödənilməsi tələbi hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu müddəaların tələblərinə və bağlanmış zaminlik müqaviləsinə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 cə Cavabdeh3 "xxxx" KB ASC qarşısında borclu Cavabdeh1 ilə birgə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı təşkilat tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən iddia tələbi təmin edilməli və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və İmaməliyeva Vüsalə qızından müştərək qaydada 4426,1 manat əsas məbləğ üzrə, 607.41 manat faiz üzrə, 3 manat cərimə üzrə cəmi 5036,51 manat borc və 70,37 manat məbləğində ödənilmiş dövlət rüsumu, 0,40 manat xidmət haqqı tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və İmaməliyeva Vüsalə qızından müştərək qaydada 4426,1 manat əsas məbləğ üzrə, 607.41 manat faiz üzrə, 3 manat cərimə üzrə cəmi 5036,51 manat borc və 70,37 manat məbləğində ödənilmiş dövlət rüsumu, 0,40 manat xidmət haqqı tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar