Məhkəmə qərarları › İş №e-2(045)-1875/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1875/2024

19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1875/2024 19.11.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Mən, Goranboy Rayon Məhkəməsinin hakimi X1 iddiaçı "xxxx" Kommersiya Bankı ASCnin cavabdehlər Cavabdeh4,Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borc” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Kommersiya Bankı ASC cavabdehlər Cavabdeh4,Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borc” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh4,Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 1781.08 AZN əsas məbləğ üzrə, 212.75 AZN faiz üzrə, 127.05 AZN cərimə, 0 AZN komisyon haqqı, cəmi 2120.88 AZN borcun və ödənilmiş 41.21 AZN dövlət rüsumunun tutularaq "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən "xxxx" Kommersiya Bankı ASC-nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə cavabdehlər Cavabdeh4,Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdehlər Cavabdeh4,Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı "xxxx" Kommersiya Bankı ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh4 24 ay müddətinə 23% olmaq şərtilə 3700 AZN kredit verilmişdir. Eyni tarixdə Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanılmış, Cavabdeh4 xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh4 öhdəliklərinin icra edilmədiyi təqdirdə öhdəliyin icrasını öz öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh4 müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə onun 2120.88 AZN borcu yaranmışdır. Cavabdeh4,Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 1781.08 AZN əsas məbləğ üzrə, 212.75 AZN faiz üzrə, 127.05 AZN cərimə, 0 AZN komisyon haqqı, cəmi 2120.88 AZN borcun və ödənilmiş 41.21 AZN dövlət rüsumunun tutularaq "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh4 24 ay müddətinə 23 % olmaq şərtilə 3700 AZN kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, xx.xx.2022-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh4 öhdəliklərinin icrasını Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 öz üzərinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh4 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 1781.08 AZN əsas məbləğ üzrə, 212.75 AZN faiz üzrə, 127.05 AZN cərimə, 0 AZN komisyon haqqı, cəmi 2120.88 AZN borcu vardır. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 41.21 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə, iş materiallarında olan subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin cavabdehlər Cavabdeh4,Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borc” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi təmin edilməlidir. Belə ki, iddiaçı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh4 24 ay müddətinə 23 % olmaq şərtilə 3700 AZN kredit verilmişdir. xx.xx.2022-cü il tarixli zaminlik müqaviləsinə əsasən xx.xx.2022-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 öz üzərinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor - borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsihalları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsidə daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu müddəaların tələblərinə və bağlanmış kredit müqaviləsinə əsasən məhkəmə hesab edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh4,Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə 1781.08 AZN əsas məbləğ üzrə, 212.75 AZN faiz üzrə, 127.05 AZN cərimə, 0 AZN komisyon haqqı, cəmi 2120.88 AZN borcu tutularaq "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra MPM-nin) 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 41.21 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehlərdən tutularaq "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borc” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 1781.08 AZN əsas məbləğ üzrə, 212.75 AZN faiz üzrə, 127.05 AZN cərimə, cəmi 2120.88 AZN borc və ödənilmiş 41.21 AZN dövlət rüsumu, 0.40 AZN xidmət haqqı tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar