Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1882/2024 19.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi ilə, iddiaçı "FİNCA Azerbaijan" X4 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 qarşı "borc" tələbinə dair iddiası üzrə mülki işə Goranboy rayon məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı"FİNCA Azerbaijan" X4 Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 qarşı "borc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçı "FİNCA Azerbaijan" MMQBKT-nın xeyrinə 4848,73 manat əsas, 671,00 manat faiz, cərimə borcuna görə 268,38 manat, cəmi 5788,11 manat borcun və ödənilmiş 77,89 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "FİNCA Azerbaijan" X4 Bank Kredit Təşkilat iddia ərizəsini onunla əsaslandırmışdır ki, "FİNCA Azerbaijan" X4 Bank Kredit Təşkilatı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********0167 saylı kredit müqaviləsinə əsasən, sonuncuya illik 26%-lə, 24 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclu 434 manat aylıq ödəniş etməyi öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq **********0***- ******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh4, **********0***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh1, **********0167-794800 saylı zaminlik müqaviləsi ilə X3 zamin qismində sözü gedən kredit müqaviləsində tərəf olmuşlar. Cavabdeh3 öhdəliyi icra etməmiş, 4848,73 manat əsas, 671,00 manat faiz, cərimə borcuna görə 268,38 manat, cəmi 5788,11 manat borcu yaranmışdır. Cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 qarşı "borc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçı "FİNCA Azerbaijan" MMQBKT-nın xeyrinə 4848,73 manat əsas, 671,00 manat faiz, cərimə borcuna görə 268,38 manat, cəmi 5788,11 manat borcun və ödənilmiş 77,89 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı"FİNCA Azerbaijan" X4 Bank Kredit Təşkilatı mülki işə onların iştirakı olmadan baxılmasını idianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli **********0167 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh3 illik 26%-lə, 24 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir. İşdə olan **********0***-******* saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh4, xx.xx.2023-cü il tarixli **********0167 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına zamin durmuşdur. İşdə olan **********0***-******* saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1, xx.xx.2023-cü il tarixli **********0167 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına zamin durmuşdur. İşdə olan **********0167-794800 saylı zaminlik müqaviləsindən görünür ki X3 xx.xx.2023-cü il tarixli **********0167 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına zamin durmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixli **********0167 saylı kredit müqaviləsinə əsasən 4848,73 manat əsas, 671,00 manat faiz, cərimə borcuna görə 268,38 manat, cəmi 5788,11 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "FİNCA Azerbaijan" X4 Bank Kredit Təşkilatı iddia ərizəsinə məhkəmədə baxılması üçün 77,89 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn: pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. HəminMəcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildiki, Cavabdeh3 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və öhdəliyi icra etmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, borclular yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə, həmçinin zaminlik müqaviləsinin müddəalarına əməl etməməklə kreditor qarşısında üzərlərinə götürdükləri öhdəlikləri lazımınca icra etməmişlər. Məhkəmə tərəfindən müəyyən edildi ki, "FİNCA Azerbaijan" X4 Bank Kredit Təşkilatı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********0167 saylı kredit müqaviləsinə əsasən, sonuncuya illik 26%-lə, 24 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclu 434 manat aylıq ödəniş etməyi öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq **********0***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh4, **********0***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh1, **********0167-794800 saylı zaminlik müqaviləsi ilə X3 zamin qismində sözü gedən kredit müqaviləsində tərəf olmuşlar. Cavabdeh3 öhdəliyi icra etməmiş, 4848,73 manat əsas, 671,00 manat faiz, cərimə borcuna görə 268,38 manat, cəmi 5788,11 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, idiaçı tərəfindən ödənilmiş 77,89 manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçı "FİNCA Azerbaijan" X4 Bank Kredit Təşkilatına ödənilməlidir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni əsasları olduğuna görə təmin edilməli, cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçı "FİNCA Azerbaijan" MMQBKT-nın xeyrinə 4848,73 manat əsas, 671,00 manat faiz, cərimə borcuna görə 268,38 manat, cəmi 5788,11 manat borc və 77,89 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və X1 müştərək qaydada iddiaçı "FİNCA Azerbaijan" X4 Bank Kredit Təşkilatının xeyrinə 4848,73 manat əsas, 671,00 manat faiz, cərimə borcuna görə 268,38 manat, cəmi 5788,11 manat borc və 77,89 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №e-2(045)-1882/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1882/2024
19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver