Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-190/2025 10.01.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Mən, Goranboy Rayon Məhkəməsinin hakimi X1 İddiaçı MM Qeyri Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MM Qeyri Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1493,66 manat məbləğində əsas borc, faiz borcuna görə 0 manat, cərimə borcuna görə 0 manat, ümumilikdə isə 1493,66 manat məbləğində kredit borcunun və 34,94 manat məbləğində dövlət rüsumunun alınaraq, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən İddiaçı MM Qeyri Bank Kredit Təşkilatının kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı MM Qeyri Bank Kredit Təşkilatının kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********0113 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 27% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 7000 USD məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 383 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. xx.xx.2015-ci il tarixdə **********2818 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair müqavilə bağlanmış, həmin tarixdə xx.xx.2015-ci il tarixdə **********2818 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair müqavilə üzrə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, maliyyə arayışına əsasən Cavabdeh2 əsas borc üzrə 1493,66 manat məbləğində əsas borc, faiz borcuna görə 0 manat,0 manat məbləğində cərimə borcu və ümumilikdə isə cəmi 1493,66 manat məbləğində kredit borcu manat təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndinə əsasən Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin, bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. İş materiallarında olan "FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********0113 saylı kredit müqaviləsindən görünür ki, borcluya istehlak məqsədləri üçün illik 27% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 7000 USD məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixdə **********2818 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair müqavilədən görünür ki, borcalan 3593 AZN əsas borcu 10 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında xx.xx.2015-ci il tarixli **********2818 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh2 öhdəliklərinin icrasını öz öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, İddiaçı MM Qeyri Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixdə **********2818 saylı kredit müqaviləsinə və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixdə **********2818 saylı zaminlik müqaviləsinə əsasən, Cavabdeh1nın 1493,66 manat məbləğində əsas borc, faiz borcuna görə 0, 0 manat məbləğində cərimə borcu və ümumilikdə isə cəmi 1493,66 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MM Qeyri Bank Kredit Təşkilatı 34,94 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, iş materiallarında olan subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı MM Qeyri Bank Kredit Təşkilatının kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi təmin edilməlidir. Belə ki, iddiaçı "FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********0113 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 27% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 7000 USD məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 383 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. xx.xx.2015-ci il tarixdə **********2818 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair müqavilə bağlanmış, həmin tarixdə xx.xx.2015-ci il tarixdə **********2818 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair müqavilə üzrə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, maliyyə arayışına əsasən Cavabdeh2 əsas borc üzrə 1493,66 manat məbləğində əsas borc, faiz borcuna görə 0 manat,0 manat məbləğində cərimə borcu və ümumilikdə isə cəmi 1493,66 manat məbləğində kredit borcu manat təşkil edir. İşin göstərilən halları iddia ərizəsi və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsində göstərilir ki, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq, məhkəmə belə nəticəyə gəlir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ümumilikdə 1493,66 manat məbləğində kredit borcu və 34,94 manat məbləğində dövlət rüsumu alınaraq, İddiaçı MM Qeyri Bank Kredit Təşkilatının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MM Qeyri Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1493,66 manat məbləğində kredit borcu və 34,94 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı MM Qeyri Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №e-2(045)-190/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-190/2025
10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver