Məhkəmə qərarları › İş №e-2(045)-2033/2023

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №e-2(045)-2033/2023

23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № e-2(045)-2033/2023 23.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X1, iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə iddiaçı "xxxx" QSC-nin ərizənin baxılmamış saxlanılmasına dair ərizəsinə yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət eütmişdir. İddiaçı "xxxx" QSC-nin ərizənin baxılmamış saxlanılmasına dair vəsatətlə məhkəməyə mürciət edərək, cavabdeh borcu tam ödədiyindən iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, "xxxx" QSC məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizəsi baxılmamış saxlanılsın. İddiaçı "xxxx" QSC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar