Məhkəmə qərarları › İş №e-2(045)-2049/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-2049/2025

10.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-2049/2025 10.12.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X1, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi”tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1741 (bir min yeddi yüz qırx bir) manat, 37,41 (otuz yeddi manat, qırx bir qəpik) manat dövlət rüsumu, ümumilikdə 1778,41 (bir min yeddi yüz yetmiş səkkiz manat, qırx bir qəpik) manat tutularaq İddiaçı "xxxx" ASC-yə ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “VAZ 2101” markalı, **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobil Gəncə şəhəri T.Arani küçəsində hərəkət edən zaman manevretmə qaydalarını pozmuş, nəticədə “Hyundai Accent” markalı, **-CZ-*** markalı dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Beləliklə, qeyd edilən yolnəqliyyat hadisəsi nəticəsində “Hyundai Accent” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1741 (bir min yeddi yüz qırx bir) manat maddi zərər dəymişdir. Gəncə PŞİ DYPŞ-nin təqdim etdiyi arayışa əsasən baş vermiş yol-nəqliyyat hadiəsi nəticəsində Cavabdeh zərər vuran qismində tanınmış və avtomobili sürücülük hüququ olmadan idarə etdiyi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli, 0912/23 nömrəli məktubla Cavabdeh qarşı 1741 (bir min yeddi yüz qırx bir) manat məbləğində subroqasiya hüququ ilə əlaqədar pul tələbi irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin hal-hazırki tarixədək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbi təmin olunmadığından həmin tələbin məhkəmə qaydasında təmin olunması zərurətin yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddiaçı iddia ərizəsində tələbini tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildiriş, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəli ilə əsaslandırmışdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 3(043)-523/2020 saylı, 19 avqust 2020-ci il tarixli qərarı ilə Cavabdeh İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmişdir; İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, "xxxx" ASC xx.xx.1999-cu il tarixdə Açıq Səhmdar Cəmiyyət kimi qeydiyyatdan keçmişdir; Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş 10 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1989-cu il tarixdə Goranboy rayonun Ağamalıoğlu kəndində anadan olmuşdur. Goranboy rayonun Düzqışlaq kəndində qeydiyyatdadır; xx.xx.2020-ci il tarixli CM1012/20 saylı işə dair “Sığorta aktından”dan görünür ki, “Hyundai Accent” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 1741 (bir min yeddi yüz qırx bir) manatdır; "xxxx" ASC tərəfindən verilmiş Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair 20 avqust 2020-ci il tarixli hesabatdan görünür ki, “Hyundai Accent” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1741 (bir min yeddi yüz qırx bir) AZN təşkil edir; xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, "xxxx" ASC tərəfindən X2 hesabına 1741 (bir min yeddi yüz qırx bir) manat məbləğində vəsait köçürülmüşdür; xx.xx.2025-ci il tarixli “Asan ödəniş” sistemi tərəfindən verilmiş qəbzdən görünür ki, iddiaçı 37,41 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki,, xx.xx.2020-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil Gəncə şəhəri T.Arani küçəsində hərəkət edən zaman manevretmə qaydalarını pozmuş, nəticədə “Hyundai Accent” markalı, **-CZ-*** markalı dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Beləliklə, qeyd edilən yolnəqliyyat hadisəsi nəticəsində “Hyundai Accent” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1741 (bir min yeddi yüz qırx bir) manat maddi zərər dəymişdir. Gəncə PŞİ DYPŞ-nin təqdim etdiyi arayışa əsasən baş vermiş yol-nəqliyyat hadiəsi nəticəsində Cavabdeh zərər vuran qismində tanınmış və avtomobili sürücülük hüququ olmadan idarə etdiyi qeyd olunmuşdur. Beləliklə, qeyd edilən yolnəqliyyat hadisəsi nəticəsində “Hyundai Accent” markalı, **-CZ- *** dövlət qeydiyyat nişanlı avtomobilə 1741 (bir min yeddi yüz qırx bir) manat maddi zərər dəymişdir. Sığortaçı "xxxx" ASC nəqliyyat vasitəsinin sığorta müqaviləsinə uyğun olaraq qeyd olunan məbləği faydalanan şəxs Cavabdeh ödəmiş, nəticədə sığorta şirkətinin subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936-cı madəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1741 (bir min yeddi yüz qırx bir) manat, 37,41 (otuz yeddi manat, qırx bir qəpik) manat dövlət rüsumu, ümumilikdə 1778,41 (bir min yeddi yüz yetmiş səkkiz manat, qırx bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-nin 214-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1741 (bir min yeddi yüz qırx bir) manat, 37,41 (otuz yeddi manat, qırx bir qəpik) manat dövlət rüsumu, ümumilikdə 1778,41 (bir min yeddi yüz yetmiş səkkiz manat, qırx bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hafiz Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar