Məhkəmə qərarları › İş №e-2(045)-2204/2025

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №e-2(045)-2204/2025

02.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № e-2(045)-2204/2025 02.12.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X1 iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" MMC nin xeyrinə 1154.73 AZN, faiz borcuna görə 31.73 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 1186.46(bir min yüz səksən altı manat qırx altı qəpik) AZN məbləğində borcun və 31.87 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC xx.xx.2025-ci il tarixdə “EMS” vasitəsilə məhkəməyə ərizə təqdim edərək, borclunun vəfat etməsi səbəbindən iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə mülki qanunvericilik normalarının analogiya üzrə tətbiq edilməsi mümkünlüyünü (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 13.4-cü maddəsi) nəzərə almaqla, iddiaçının geri qaytarılmas barədə ərizəsini iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki,iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. MPM-in: 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda iddia ərizəsi iddiaçıya geri qaytarılır; 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, **********34 saylı qəbzdən görünür ki, iddiaçı "xxxx" MMC 31.87 (otuz bir manat səksən yeddi qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia ərizəsi, ona əlavə olunmuş sənədlər və ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən MPM-in 260, 263-264 vvə 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC -nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair” iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 31.87 (otuz bir manat səksən"xxxx" MMC"xxxx" MMC yeddi qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar