Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-2213/2023 27.11.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022ci il tarixli, GNLMB-12377 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 253,61 manatın, faiz borcuna görə 9,98 manatın, cərimə borcuna görə 31,02 manatın, cəmi 294,61 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına, tələblərin xx.xx.2022-ci il tarixli, GNLMB-12377 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin “Gəncə” filialı ilə cavabdeh - Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, GNLMB-12377 saylı saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuş qızıl-zinət əşyalarına (kale - 1 ədəd, çəkisi - 13 qr, əyarı - 585, sırğa - 1 ədəd, çəkisi - 4,3 qr, əyarı - 583, üzük - 1 ədəd, çəkisi - 2,2 qr, əyarı - 583, cəmi 19,5 qr.) yönəldilməsi, həmin qızıl-zinət əşyalarını açıq hərracdan sataraq əldə edilmiş vəsait xx.xx.2022-ci il tarixli, GNLMB- 12377 saylı kredit müqaviləsi üzrə cəmi 294,61 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsinə yetərli olmadığı halda qalan borcun Cavabdeh ümumi qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Gəncə” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GNLMB-12377 saylı kredit müqaviləsinə əsasən illik 29% dərəcəsi olmaqla 18 ay müddətinə 1080 (min səksən) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 1-ci bəndi). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin “Gəncə” filialı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, GNLMB-12377 saylı saxlanc girov müqaviləsi bağlanaraq qızıl-zinət əşyaları girov qoyulmuşdur (kale - 1 ədəd, çəkisi - 13 qr, əyarı – 585, sırğa - 1 ədəd, çəkisi - 4,3 qr, əyarı – 583, üzük - 1 ədəd, çəkisi - 2,2 qr, əyarı – 583, cəmi 19,5 qr.) xx.xx.2022-ci il tarixli, GNLMB-12377 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GNLMB- 12377 saylı kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəli əsasında, hər ayın 19-dan gec olmayaraq ayda 74,71 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Eyni zamanda həmin kredit müqaviləsinin 5.1-ci maddəsinə görə borclu kredit müqaviləsi üzrə öhdəliklərini lazımı qaydada icra etməzsə, kredit faizlərini vaxtında ödəməzsə, ödənilməyən kredit üçün əlavə olaraq hər günə 1 % həcmində dəbbə pulu hesablanır. 06 oktyabr 2023-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli, GNLMB-12377 saylı kredit müqaviləsi üzrə 253,61 manat əsas borcu, 9,98 manat faiz borcu, 31,02 manat cərimə borcu olmaqla, cəmi 294,61 manat borcu vardır. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, GNLMB-12377 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh 18 ay müddətinə illik 29% ödəmək şərti ilə 1080 manat məbləğində kredit verməyi, Cavabdeh isə İddiaçı ASC-dən həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2022-ci il tarixli, GNLMB-12377 nömrəli kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi İddiaçı ASC-yə hər ay 74,71 (sonuncu ay 74,53) manat ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2022-ci il tarixli, GNLMB-12377 nömrəli saxlanc girov müqaviləsinə əsasən Cavabdeh GNLMB-12377 nömrəli kredit müqaviləsi üzrə öz öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə qızıl-zinət əşyalarını İddiaçı ASC-yə girov qoymuş, tərəflər girov predmetinin dəyərini 1690,26 manat məbləğində müəyyən etmişdir; xx.xx.2022-ci il tarixli “Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair akt”dan görünür ki, Cavabdeh bazar dəyəri 1126,84 manat olan 1 ədəd kaleni, bazar dəyəri 372,72 manat olan 1 ədəd sırğanı, bazar dəyəri 190,7 manat olan 1 ədəd üzüyü, ümumi bazar dəyəri 1690,26 manat qiymətləndirilmiş qızıl-zinət əşyalarını öhdəliyinin icrasının təmini üsulu kimi İddiaçı ASC-yə girov qoymuşdur; xx.xx.2022-ci il tarixli kassa məxaric orderinə əsasən Cavabdeh İddiaçı ASC-dən 1080 manat məbləğində pulu qəbul etmişdir; xx.xx.2023-cü il tarixli, RB-02/PK-4020 nömrəli arayışa əsasən Cavabdeh 19 aprel 2022-ci il tarixli, GNLMB-12377 nömrəli müqaviləsi üzrə 6 oktyabr 2023-cü il tarixinə 253,61 manat əsas borcu, 9,98 manat faiz borcu, 31,02 manat cərimə borcu, cəmi 294,61 manat borcu vardır; xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, İddiaçı ASC Cavabdeh 18 ay müddətinə illik 29% olmaqla 1080 manat məbləğində kredit verməyi, borcalan Cavabdeh isə İddiaçı ASC-dən həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürmüş, dəyəri 1690,26 manat məbləğində qiymətləndirilmiş qızılzinət əşyalarını banka girov qoymuşdur. Lakin, Cavabdeh öz öhdəliklərini yerinə yetirməmiş və nəticədə banka borcu qalmışdır. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269-cu maddəsinə əsasən girov hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girovla təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir; 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 296-cı maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd olunan normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracdan satılması hissəsində əsaslıdır, bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış və tələb olunan 31,02 anat məbləğində cərimə hissəsinə dair qeyd edir ki, bu tələb tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılaraq 2 (iki) manat məbləğində müəyyən edilməlidir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, girov predmeti açıq hərracda satıldıqdan sonra əldə olunmuş vəsait xx.xx.2022-ci il tarixli, GNLMB-12377 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh borcunun ödənilməsinə kifayət etmədiyi halda borcun cavabdehdən ümumi qaydada tutulması iddia üzrə tələb kimi müəyyən edilsə də, hüquqi nəticə etibarı ilə qətnamənin icrası qaydasında həll olunmalı olduğundan, tələb həmin hissədə təmin edilə bilməz və bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, GNLMB-12377 nömrəli kredit müqaviləsi üzrə kredit borcuna görə 253,61 manat, faiz borcuna görə 9,98 manat, cərimə borcuna görə 2 manat, cəmi 265,59 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı, tələb xx.xx.2022-ci il tarixli, GNLMB-12377 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin “Gəncə” filialı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, GNLMB-12377 nömrəli saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuş qızıl-zinət əşyalarına (kale - 1 ədəd, çəkisi - 13 qr, əyarı - 585, sırğa - 1 ədəd, çəkisi - 4,3 qr, əyarı - 583, üzük - 1 ədəd, çəkisi - 2,2 qr, əyarı - 583, cəmi 19,5 qr.) yönəldilməli, iddiaçıya ödənilməli olan pul tələblərinin təmin edilməsi üçün həmin əşyalar açıq hərrac yolu ilə satılmalı, ödənişlər həyata keçirildikdən sonra girov predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyana - Cavabdeh qaytarılmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, GNLMB-12377 nömrəli kredit müqaviləsi üzrə kredit borcuna görə 253,61 manat, faiz borcuna görə 9,98 manat, cərimə borcuna görə 2 manat, cəmi 265,59 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Tələb xx.xx.2022-ci il tarixli, GNLMB-12377 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin “Gəncə” filialı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, GNLMB-12377 nömrəli saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuş qızıl-zinət əşyalarına (kale - 1 ədəd, çəkisi - 13 qr, əyarı - 585, sırğa - 1 ədəd, çəkisi - 4,3 qr, əyarı - 583, üzük - 1 ədəd, çəkisi - 2,2 qr, əyarı - 583, cəmi 19,5 qr.) yönəldilsin, iddiaçıya ödənilməli olan pul tələblərinin təmin edilməsi üçün həmin əşyalar açıq hərrac yolu ilə satılsın, ödənişlər həyata keçirildikdən sonra girov predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyana - Cavabdeh qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(045)-2213/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-2213/2023
27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver