Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-2301/2023 26.12.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X11 qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə” dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4600,00 (dörd min altı yüz) manat sığorta ödənişi məbləğinin və 66,00 (altmış altı) manat dövlət rüsumunun, cəmi 4666,00 (dörd min altı yüz atmış altı) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X9 arasında xx.xx.2020-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21061” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2020-ci il “VAZ 21061” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Goranboy rayonu, Dəliməmmədli kəndi ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, “Mercedes Benz 190” markalı, ** GM *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş və X1 yüngül xəsarət yeirmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən cəmi 4600,00 (dörd min altı yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Goranboy RPŞ-nin İstintaq şöbəsinin qərarında Cavabdeh avtomobili sürücülük hüququ olmadan idarə etdiyi qeyd olunmuşdur. Goranboy RPB-nin İstintaq şöbəsinin "xxxx" ASC-yə təqdim etdiyi Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan Arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “VAZ 21061” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Bildiririk ki, Cəmiyyət tərəfindən Cavabdeh ünvanına xx.xx.2023-cü il tarixli, AS-23/267 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətimizə ödənilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, tərəflər məhkəməyə gəlməmişlər. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə mürаciət еdərək, iddiаnı müdаfiə еtdiklərini, məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir. Cavabdeh isə heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli hesablama aktına əsasən, “Mercedes-Benz 190” minik markalı, ** GM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin həcmi 3850 manat müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli, 20-02779/05/AA2168/20 nömrəli, sığorta aktına əsasən, xx.xx.2020-ci il tarixdə Goranboy rayonu, Dəliməmmədli şəhəri ərazisində baş vermiş hadisə nəticəsində X7 yüngül xəsarət aldığına görə "xxxx" ASC tərəfindən 750 manat sığorta ödənişinin verilməsi təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixli, 20-02858/05/AA2168/20 nömrəli, sığorta aktına əsasən, xx.xx.2020-ci il tarixdə Goranboy rayonu, Dəliməmmədli şəhəri ərazisində baş vermiş hadisə nəticəsində “Mercedes-Benz 190” minik markalı, ** GM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən X4 3850 manat sığorta ödənişinin verilməsi təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixli, 004871 nömrəli, “ödəniş tapşırığ”ına əsasən, "xxxx" ASC tərəfindən X4 3850 manat məbləğində sığorta ödənişi verilmişdir. xx.xx.2020-ci il tarixli, 004919 nömrəli, “ödəniş tapşırığ”ına əsasən, "xxxx" ASC tərəfindən X6 750 manat məbləğində sığorta ödənişi verilmişdir; Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 23 mart 2020-ci il tarixli qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Cavabdeh barəsində İXM-in 332.4-cü maddəsi ilə tədbir görülməsi üçün RPŞ-nin İTB-yə göndərilmişdir; X8 xx.xx.2023-cü il tarixli, mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" hazırkı tələb üzrə 66,00 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materialını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, xx.xx.2020ci il tarixində Cavabdeh sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21061” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy rayonu, Dəliməmmədli şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Mercedes Benz 190” markalı, ** GM *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş və X1 yüngül xəsarət yeirmişdir. Bununla da Cavabdeh barəsində “Cinayət işinin başlanmasının rədd” edilərək, barəsində Azərbaycan Respbulikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün Goranboy RPŞ-nin DYPB-yə göndərilmişdir. Vurulmuş zərər 46000 manat dəyərində qiymətləndirilmiş, həmin məbləğdə sığorta ödənişi Atəşgah” Sığorta Şirkəti ASC tərəfindən X2 və X5 hesabına köçürülmüş, nəticədə sığorta şirkətinin subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Qeyd olunan normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu törətmiş Cavabdeh mülki məsuliyyət daşımalı, hadisəni törədən zaman sürücülük hüququ olmadan avtomobili idarə etdiyinə görə sığorta şirkəti tərəfindən ödənilmiş sığorta ödənişini həmin şirkətə qaytarmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci mаddəsinə əsаsən işdə iştirаk еdən şəхslərin iş üçün əhəmiyyətli оlаn və оnlаrа məlum оlаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə tоplаnmış digər sübutlаrlа yаnаşı yохlаnılmаlı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh 4600,00 (dörd min altı yüz) manat məbləğində sığorta ödənişinin və iddiaçı tərəfindən ödənilmiş 66 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4600,00 (dörd min altı yüz) manat sığorta ödənişinin və iddiaçı tərəfindən ödənilmiş 66 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №e-2(045)-2301/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-2301/2023
26.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver