Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-27/2025 19.11.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Abbasov Seymur Rafiq oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BK № MK-155011/22 saylı kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 6028,66 (altı min iyirmi səkkiz manat altmış altı qəpik) əsas, 1911,06 (bir min doqquz yüz on bir manat, sıfır altı qəpik) manat cərimə borcu olmaqla, cəmi borcu 7939,72 (yeddi min doqquz yüz otuz doqquz manat yetmiş iki qəpik) manat borc, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün tərəflərindən ödənilən 51 (əlli bir) manat məbləğində rüsumun və tərəflərindən ödənilmiş 132.87 (bir yüz otuz iki manat səksən yeddi qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, həmin məbləğlərin ipotekaya ilə yüklü edilmiş, Cavabdeh məxsus (DƏDRX tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən) Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolu ünvanında 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 226.3 kv.m olan fərdi yaşayış evi ilə yanaşı torpaq sahəsi, həyətyanı tikili və qurğulara yönəldilərək açıq hərracda satılması və həmin əmlakın satılmasında əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, xx.xx.2022-ci il tarixli, BK № MK-155011/22 saylı kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin "Gəncə" filialı ilə Cavabdeh arasında bağlanmış 11.2022-cu il tarixli, BK № MK-155011/22 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 19% olmaqla 24 ay müddətinə 16 000 manat (on altı min manat) məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bankla Cavabdeh (ipotekaqoyan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən X2 məxsus olan (DƏDRX tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa asasan) Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolu ünvanında 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 226.3 kv.m olan fərdi yaşayış evi ilə yanaşı torpaq sahəsi, həyətyanı tikili və qurğular da ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinin 2.5-ci bendinə asasan əmlakın qiyməti tərəflərin razılığına asasan 100000 manat (bir yüz min manat) məbləğində qiymətləndinimişdir. Belə ki, xx.xx.2022-cu il tarixli BK № MK-155011/22 saylı kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2023-cu il tarixinədək əsas və faiz borcları üzrə öhdəlikləri ödəniş cədvəlina uyğun şəkildə ödəməmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixinə İddiaçı ASC-yə 12001.81 manat (on iki min bir manat səksən bir qəpik) əsas, 376.85 manat (üç yüz yetmiş altı manat səksən beş qəpik) faiz, 1911.06 manat (bir min doqquz yüz on bir manat altı qəpik) cərimə borcu olmaqla, cəmi borcu 14289.72 manat (on dörd min iki yüz səksən doqquz manat yetmiş iki qəpik) təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəfindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehə göndərilmiş pretenziya məktubu da cavabsız qalmışdır. Odur ki, kredit borcu və kredit borcuna hesablanmış faiz borcları cavabdehdən tutularaq bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmıs xx.xx.2022-cu il tarixli, BK № MK-155011/22 saylı kredit 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi plan ödəniş qrafikinə uyğun həyata keçirir. Əsas va faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 19% cərimə faizi ödəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və teleqramla müraciət edərək səhhəti (heç bir əsaslı sübut təqdim edilməmişdir) ilə bağlı iclasda iştirak edə bilməyəcəyini, ona görə də iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, həqiqətən də bankdan kredit götürmüş və fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə ipoteka qoymuşdur. O, razılığa gəlmək üçün banka müraciət etmişdir. Həmçinin, o, cərimə məbləğindən və qiymətləndirmə rəyindən narazıdır. Göstərilənlərin nəzərə alınmasını və məhkəmədən yenidən qiymətləndirmə keçirilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, BK № MK-155011/22 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh illik faiz dərəcəsi 19% olmaqla 24 ay müddətinə 16000 manat (on altı min manat) məbləğində kredit verilmişdir; xx.xx.2022-ci il tarixli, 17290803 nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, İddiaçı ASC (ipotekasaxlayan) ilə Cavabdeh arasında ipoteka müqaviləsi bağlanmış və ipotekaqoyana məxsus olan Gəncə şəhəri, Nizami rayonu Avtozavod yolu ünvanında 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 226.3 kv.m olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Müqaviləyə əsasən ipoteka predmeti 100000 manat dəyərində qiymətləndirilmişdir; RX seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətinə əsasən Gəncə şəhəri, Nizami rayonu Avtozavod yolu ünvanında 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 226.3 kv.m olan fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətinə əsasən Gəncə şəhəri, Nizami rayonu Avtozavod yolu ünvanında 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 226.3 kv.m olan fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir; xx.xx.2023-cü il tarixli, ********** nömrəli bildirişdən görünür ki, iddaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün 51 manat məbləğində xidmət haqqı ödənilmişdir; Hökümət ödəniş portalının xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 132,87 manat məbləğində dövlət rüsumu ödəmişdir; İddiaçı ASC tərəfindən verilmiş 18 noyabr 2025-ci il tarixli, 284 nömrəli maliyyə arayışı”ndan görünür ki, Cavabdeh 18 noyabr 2022-ci il tarixli, MK-155011/22 nömrəli kredit müqaviləsi üzrə borcu 6028,66 (altı min iyirmi səkkiz manat altmış altı qəpik) əsas, 1911,06 (bir min doqquz yüz on bir manat, sıfır altı qəpik) manat cərimə borcu olmaqla, cəmi borcu 7939,72 ( yeddi min doqquz yüz otuz doqquz manat yetmiş iki qəpik) manat təşkil edir; "xxxx" MMC-nin mənzilin qiymətləndirilməsinə dair 0494/24/TB saylı 21 oktyabr 2024-cü il tarixli hesabatında Gəncə şəhəri, Nizami rayonu Avtozavod yolu ünvanında 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 226.3 kv.m olan fərdi yaşayış evinin bazar dəyəri 165000, likvid dəyəri 130000 manat təşkil edir; “Azintrend” Qiymətləndirmə və Tədqiqat Mərkəzi tərəfindən verilmiş 30 sentyabr 2025-ci il tarixli, 09-01/25 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu Avtozavod yolu ünvanında 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 226.3 kv.m olan fərdi yaşayış evinin 08 avqust 2025-ci il tarixində bazar dəyəri 207400 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, əsas öhdəliyin təminatı olaraq Gəncə şəhəri, Nizami rayonu Avtozavod yolu ünvanında 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 226.3 kv.m olan fərdi yaşayış evi ipoteka qoyulmuşdur. Lakin Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə banka borcu yaranmışdır. Göründüyü kimi Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə): 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir ş əxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci mаddəsinə əsаsən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən kredit borcunun, yəni əsas və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, belə qənaətə gəlir ki, iddia tələbi tərəflər arasında bağlanmış müqavilə üzrə əsas borcun tutulması hissəsində tam, cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir. Belə ki, məhkəmə iddia tələbinin müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış və tələb olunan 1911,06 manat məbləğində cərimə borcu hissəsinə dair qeyd edir ki, bu tələb tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azaldılaraq 100 (bir yüz) manat məbləğində müəyyən edilməlidir. Odur ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 6028,66 (altı min iyirmi səkkiz manat altmış altı qəpik) manat məbləğində əsas borc və 100 (bir yüz) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6128,66 (altı min yüz iyirmi səkkiz manat, altmış altı qəpik) manat məbləğində borc pul tutulmalıdır. Məhkəmə iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması tələblərini aşağıdakı maddi hüquq normalarına uyğun həll edilməsini məqsədə müvafiq hesab edir. Mülki Məcəllənin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 30.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi, bu Qanunda nəzəərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır; 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır; 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər; 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Gəncə şəhəri, Nizami rayonu Avtozavod yolu ünvanında 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 226.3 kv.m olan fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi bağlanarkən əmlak 100000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış və iddiaçının müraciəti əsasında həmin bildiriş dövlət qeydiyyatına alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu Avtozavod yolu ünvanında 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 226.3 kv.m olan fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalıdır. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddəratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyanlara qaytarılmalıdır. Məhkəmə iddia tələbinin “əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcunun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehdən tutulması” hissəsi ilə bağlı qeyd edir ki, bu hissədə tələb icra sənədinin icrası üzrə icraat çərçivəsində icra məmuru tərəfindən həyata keçirilə bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə “Azintrend” Qiymətləndirmə və Tədqiqat Mərkəzi tərəfindən verilmiş 30 sentyabr 2025-ci il tarixli, 09-01/25 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatı əsas götürərək hesab edir ki, “İpotaka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinin tələblərinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti 207400 (iki yüz yedddi min dörd yüz) manat məbləğində müəyyən edilməlidir. Eyni zamanda məhkəmə, məhkəmə xərcləri ilə bağlı məsələni həll edib belə qənaətə gəlir ki, Cavabdeh iddiaçının xeyrinə, 51 manat ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş xidmət haqqının əvəzi tutulmalıdır. Məhkəmə, iddia tələbinin ödənilmiş 132,87 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli, yəni tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə (30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi) əsasən cavabdehdən tutulmalı olan ödənilmiş dövlət rüsumunun əvəzi 81,28 manat məbləğində müəyyən edilməli və qalıq 51,59 manat hissəsi isə iddiaçıya aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 6028,66 (altı min iyirmi səkkiz manat altmış altı qəpik) manat məbləğində əsas borc, 100 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6128,66 (altı min yüz iyirmi səkkiz manat, altmış altı qəpik) manat məbləğində borc pul, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 81,28 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 51 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalı, tutma xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolu ünvanında 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 226,3 kv.m olan fərdi yaşayış evi ilə yanaşı torpaq sahəsi, həyətyanı tikili və qurğulara yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən məbləğlər İddiaçı ASCyə ödənilməli, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi cavabdeh - Cavabdeh qaytarılmalı, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti 207400 manat məbləğində müəyyən edilməlidir. Qeyd olanlara əsasən MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 6028,66 (altı min iyirmi səkkiz manat altmış altı qəpik) manat məbləğində əsas borc, 100 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6128,66 (altı min yüz iyirmi səkkiz manat, altmış altı qəpik) manat məbləğində borc pul, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 81,28 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 51 manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Tutma xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolu ünvanında 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 226.3 kv.m olan fərdi yaşayış evi ilə yanaşı torpaq sahəsi, həyətyanı tikili və qurğulara yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən məbləğlər İddiaçı ASC-yə ödənilməli, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi cavabdeh - Cavabdeh qaytarılsın. İpoteka predmeti olan əmlakın ilkin satış qiyməti 207400 manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №e-2(045)-27/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-27/2025
19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver