Məhkəmə qərarları › İş №e-2(045)-284/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-284/2025

17.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-284/2025 17.04.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd oğlunun sədrliyi, Məmmədova Nurcan İlham qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia tələbini irəli sürərək Cavabdeh 8089.83 manat maddi ziyan və 101 manat dövlət rüsumunun, cəmi 8190,83 manat pulunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində saat 18:14 radələrində 731 saylı Ağstafa - Bakı marşrutu ilə hərəkət edən "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (ADY) məxsus DŞİ-001 nömrəli, 731 saylı sürətli sərnişin qatarı Zazalı - Dəliməmmədli mənzilinin 349-cu km piket 1-də hərəkətdə olarkən qarşısına iribuynuzlu heyvan çıxmış, maşinist təcili tormozlama etsə də qatarı tam olaraq dayandıra bilməmiş, nəticədə inəyin birini vurmuş, qatarın ön və yan hissəsinə isə ciddi ziyan dəymişdir. Hadisə nəticəsində ADY-yə 8089,83 (səkkiz min səksən doqquz manat 83 qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X4 Polis İdarəsi X7 şöbəsində araşdırma aparılmışdır. X7 Şöbəsindən ADY-yə daxil olmuş xx.xx.2024-cü il tarixli 3-13-15-13/2-1356/2024 nömrəli məktubdan görünür ki, aparılmış araşdırma zamanı xx.xx.2024-cü il tarixində Ağstafa-Bakı marşrutu ilə hərəkətdə olan ADY-yə məxsus DŞİ-001 nömrəli, 731 saylı sürətli elektrik qatarının Zazalı- Dəliməmmədli mənzilinin 349-cu km piket 1-də hadisəyə səbəb olan, iribuynuzlu heyvanın sahibi Cavabdeh olması müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq Cavabdeh X7 Şöbəsinə dəvət olunaraq izahatı alınmış və izahatında hadisənin onun səhlənkarlığı ucbatından baş verdiyini etiraf etmişdir. Bununla əlaqədar olaraq X7 Şöbəsi tərəfindən Cavabdeh əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsində inzibati xətanın tərkibi olduğundan həmin maddə ilə barəsində inzibati məsuliyyətə cəlb edilmə qərarı qəbul olunmaqla, protokol tərtib edilmişdir. Məlumat üçün bildir ki, sözügedən qatar İsveçrənin son texnologiyaları əsasında istehsal olunmuş, ikimərtəbəli sərnişin daşınması üçün nəzərdə tutulmuş elektrik qatarı olmaqla, 2022-ci ildə Azərbaycan Respublikasına gətirilərək istismara verilmişdir. ADY-yə vurulmuş 8089,83 (səkkiz min səksən doqquz manat 83 qəpik) manat məbləğində zərərin və 101 (yüz bir) manat məbləğində dövlət rüsumunun, cəmi 8190,83 (səkkiz min yüz doxsan manat 83 qəpik) manat Cavabdeh tutularaq ADY-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək onun iştirakı olmadan mülki işə baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, onun iddia olunan məbləği ödəməyə imkanı çatmır. Himayəsində azyaşlı uşaqları vardır. Buna görə bunun nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X5 Polis İdarəsinə ünvanlanmış məktubundan görünür ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (ADY) məxsus DŞİ-001 nömrəli, 731 saylı sürətli sərnişin qatarı Zazalı - Dəliməmmədli mənzilinin 349-cu km piket 1-də hərəkətdə olarkən qarşısına iribuynuzlu heyvan çıxmış, maşinist təcili tormozlama etsə də qatarı tam olaraq dayandıra bilməmiş, nəticədə inəyin birini vurmuş, qatarın ön və yan hissəsinə isə ciddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin dəymiş ziyanın aradan qladırılması barədə arayışından görünür ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (ADY) məxsus DŞİ-001 nömrəli, 731 saylı sürətli sərnişin qatarına dəymiş ziyan ümumilikdə 8089,93 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzbati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilnmiş və 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş ********** saylı xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərəkən 101 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2024-cü il tarixində saat 18:14 radələrində 731 saylı Ağstafa - Bakı marşrutu ilə hərəkət edən "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (ADY) məxsus DŞİ-001 nömrəli, 731 saylı sürətli sərnişin qatarı Zazalı - Dəliməmmədli mənzilinin 349-cu km piket 1-də hərəkətdə olarkən qarşısına iribuynuzlu heyvan çıxmış, maşinist təcili tormozlama etsə də qatarı tam olaraq dayandıra bilməmiş, nəticədə inəyin birini vurmuş, qatarın ön və yan hissəsinə isə ciddi ziyan dəymişdir. Hadisə nəticəsində ADY-yə 8089,83 (səkkiz min səksən doqquz manat 83 qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X4 Polis İdarəsi X7 şöbəsində araşdırma aparılmışdır. X7 Şöbəsindən ADY-yə daxil olmuş xx.xx.2024-cü il tarixli 3-13-15-13/2-1356/2024 nömrəli məktubdan görünür ki, aparılmış araşdırma zamanı xx.xx.2024-cü il tarixində Ağstafa-Bakı marşrutu ilə hərəkətdə olan ADY-yə məxsus DŞİ- 001 nömrəli, 731 saylı sürətli elektrik qatarının Zazalı-Dəliməmmədli mənzilinin 349-cu km piket 1-də hadisəyə səbəb olan, iribuynuzlu heyvanın sahibi Cavabdeh olması müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq Cavabdeh X7 Şöbəsinə dəvət olunaraq izahatı alınmış və izahatında hadisənin onun səhlənkarlığı ucbatından baş verdiyini etiraf etmişdir. Bununla əlaqədar olaraq Cavabdeh xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilnmiş və 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəlləsinin 21.2-ci maddəsinə əsasən, “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. ” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və yə hərəkətsizlikdir). ” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə maddi ziyan vurduğundan həmin ziyan məbləği ondan tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə vurulmuş 8089,83 (səkkiz min səksən doqquz manat 83 qəpik) manat məbləğində zərər və 101 (yüz bir) manat məbləğində dövlət rüsumu, cəmi 8190,83 (səkkiz min yüz doxsan manat 83 qəpik) manat Cavabdeh tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar