Məhkəmə qərarları › İş №e-2(045)-360/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-360/2024

05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-360/2024 05.03.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Cəmilova Zəhra Davud qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2, Cavabdehlər Cavabdeh4 və Cavabdeh3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsələri Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 iddiaçı "xxxx" ASC-nin xeyrinə 2208.96 manat əsas borc, 0.03 manat faiz borcu olmaqla, cəmi 2208.99 manat kredit borcunun, ödənilmiş 42.09 manat dövlət rüsumunun və 0.4 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, borclu X3 "xxxx" ASC ilə bağladığı BPM**********24 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 3250 manat məbləğində kredit verilmişdir. Lakin, əldə olunmuş məlumata görə borclu X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Goranboy Rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 176 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, Goranboy Rayon Notariat Ofisi tərəfindən X3 miras əmlakına dair ünvan 1 qeydiyyatda olan Cavabdeh5, ünvan 1 qeydiyyatda olan Cavabdeh1, ünvan 1 qeydiyyatda olan Cavabdeh3, ünvan 1 qeydiyyatda olan Cavabdeh2 və ünvan 1 qeydiyyatda olan Cavabdeh4 miras payı əldə etmələri barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən X3 banka ödənilməmiş 2208.96 AZN əsas, 0.03 AZN faiz borcu qalmışdır. Cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qalmış mirası qəbul etmələrinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X6 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 bildirdi ki, o, həqiqətən də xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsəsidir. Borc məbləğini qəbul edir. Lakin, həmin məbləği ödəməyə maddi imkanı yoxdur. Yekunda ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 bildirdi ki, o, həqiqətən də xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsəsidir. X5 onun atasıdır. Atasından ev və avtomobil miras olaraq qalmışdır. Borc məbləğini ödəməyə maddi imkanı yoxdur. Yekunda ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlər Cavabdeh5, Cavabdeh1 və Cavabdeh2 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, BPM**********24 nömrəli kredit müqaviləsindən görünür ki, X4 48 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 3250 manat məbləğində kredit verilmişdir; xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, 3250 manat pul vəsaiti X5 tərəfindən qəbul edilmişdir; xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən X3 xx.xx.2019-cu il tarixli, BPM**********24 nömrəli kredit müqaviləsi üzrə 2208.96 manat əsas borcu, 0.03 manat faiz borcu, cəmi 2208.99 manat məbləğində borcu vardır; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 222238 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə “dəqiqləşdirilməmiş qaraciyər çatmamazlığı” səbəbindən ölmüşdür; “Elektron notariat” X1 Çıxarışdan görünür ki, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 ölmüş şəxs X3 qanun üzrə vərəsələridir; Hökumət ödəniş portalının xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən "xxxx" ASC məhkəmədə iddia qaldırmaq üçün 42.09 manat məbləğində dövlət rüsumu və 0.4 manat xidmət haqqı ödəmişdir. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X4 "xxxx" ASC tərəfindən kredit verilmiş, X5 "xxxx" ASC-dən pulu qəbul etmiş, kredit üzrə borcun və ona hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüş, lakin, öhdəliklərini yerinə yetirməmiş, nəticədə banka borcu qalmışdır. X5 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 borcalanın vərəsələri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər; 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Məhkəmə yuxarıda sadalanan hüquq normalarına əsasən qeyd edir ki, X3 öldüyü tarixədək hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən onun vərəsələri Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 münasibətdə iddia tələbi qismən əsaslı hesab edilməlidir. MPM-in: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 2208.96 manat əsas borc, 0.03 manat faiz borcu, cəmi 2208.99 manat borc, həmçinin 42.09 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqının əvəzi iddiaçı "xxxx" ASCnin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 2208.96 manat əsas borc, 0.03 manat faiz borcu, cəmi 2208.99 manat borc, həmçinin 42.09 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqının əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar