Məhkəmə qərarları › İş №e-2(045)-470/2025

Goranboy Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(045)-470/2025

21.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-470/2025 21.10.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X14 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X8 qarşı “maddi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 34000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onunla arasında olan razılaşmaya əsasən “X16” markalı nəqliyyat vasitəsini sifarişlə gətirmək adı ilə ondan 34000 manat pul vəsaiti almışdır. Ondan sonra cavabdeh nəqliyyat vasitəsini iddiaçıya təqdim etməmiş, onu aldatmışdır. İddiaçıdan pulu geri qaytarılmasını tələb edən zaman cavabdeh “BMW 430İ minik” markalı, ** SE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini vermişdir. Lakin həmin nəqliyyat vasitəsinə dair etibarnamə verməsini tələb etdikdə etibarnamə verməmişdir. Ona görə də məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X4 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə qətnaməsinin qiyabi qaydada çıxarılmasına etiraz etmədiyini bildirmişdir. İddiaçı X2 vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə göndərərək Cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını və iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gov.az Webmail vasitəsi ilə Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş 14 oktyabr 2025-ci il tarixli elektron ərizədən görünür ki, ona məxsus olan BMW 430i, 2017-ci il istehsalı olan minik avtomobil (Dövlət qeydiyyat nişanı: ** SE ***, VİN nömrəsi: WBA4W3C51JAC97476) onun şəxsi mülkiyyətində və rəsmi olaraq onun adında olduğunu, İddiaçı həmin avtomobili 2-3 günlük şəxsi istifadə məqsədi ilə götürdüyünü, lakin sonradan həmin avtomobilin geri qaytarmadığını, hazırda həmin avtomobilin onun nəzarətində olduğunu, həmçinin barəsində Xətai rayon Polis İdarəsində Cinayət işinin açıldığını, hazırda bu iş üzrə zərərçəkmiş şəxs olan X5 dəyən zərərin ödənilməsi məqsədi ilə dəyən zərərin ödənilməsi məqsədi ilə avtomobilin ona təhvil verilməsi üçün tərəfindən Xətai rayon Prokurorluğuna müraciət etdiyini göstərmişdir. Məhkəmədən İddiaçı Xeyrulla qızına avtomobilin verilməsi, qeydiyyatının dəyişdirilməsi və ya digər hüquqivə qeydiyyat hərəkətlərinin icra edilməsinə dair müvəqqəti qadağa (təminat tədbiri) tətbiq edilməsini, avtomobilə dair hər hansı məhkəmə qərarı qəbul edilməmişdən öncə Xətai rayonunda aparılan cinayət işi və zərərçəkmişin maraqları nəzərə alınmasını, avtomobilə dair istənilən məhkəmə-hüquqi qərarın çıxarılması və ya mülkiyyətin dəyişdirilməsi məsələsi cinayət işi üzrə istintaq başa çatana qədər təxirə salınmasını, avtomobilin İddiaçı verilməsi ilə bağlı hər hansı qərar qəbul edilməsini və avtomobilin saxlanması və ya təhvil verilməsi üzrə hərəkətlər məhdudlaşdırılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasi MPM-nin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin işə qiyabi icraat qaydasında baxılmasına yazılı formada razılığı olmasını nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmiş və işə qiyabi icraat qaydasında baxılması barədə 21 oktyabr 2025-ci il tarixdə qərardad çıxarmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Bakı şəhər Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X3 tərəfindən qəbul edilmiş 18 fevral 2025-ci il tarixli cinayət işinin başlanmasının və icraata qəbul edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında Cavabdeh barəsində olan Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işində cinayət motivinin olub-olmaması araşdırılmaqdadır; Azərbaycan Respublikası Nəqliyyat X1 BB619426 saylı surətindən görünür ki, qeydiyyat nişanı: 77SE316, qeydiyyat tarixi: xx.xx.2024-cü il, istehsal tarixi:2017-ci il, mülkiyyətçisi Cavabdeh, sahibin ünvanı: ünvan 1sdir; Nəqliyyat vasitəsində cərimənin mövcudluğu barədə Məlumatdan görünür ki, 77SE316 dövlət qeydiyyat nişanlı avtomobil müxtəlif tarixlərdə, müxtəlif yerlərdə, müxtəlif şəxslər tərəfindən İXM-nin maddələri ilə cərimə olunması barədə protokollar tərtib edilmişdir; Goranboy rayon Məhkəməsinin 2(045)-470/2025 saylı, 11 iyul 2025-ci il tarixli qərardadı ilə iddiaçı X2 Cavabdeh qarşı “maddi zərər” tələbinə dair mülki iş üzrə Bakı şəhər Nəsimi RPİ-nin İŞ-də Cavabdeh barəsində olan Azərbaycan Respublikasının CMnin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işində cinayət motivinin olub-olmaması barədə yekun qərar verilənədək mülki iş üzrə icraat dayandırılmışdır; Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1629/2025 saylı, 11 avqust 2025-ci il tarixli qərardadı ilə Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(045)-470/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilərək Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixl, e-2(045)-470/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə hüquqi qiymət verilməsi üçün şikayət iş materialları ilə birlikdə Goranboy Rayon Məhkəməsinə qaytarılmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nəsimi rayon Polis İdarəsi tərəfindən verilmiş 24 sentyabr 2025-ci il tarixli, 51/2-49863/2025 saylı məktubdan görünür ki, Nəsimi rayon X7 Şöbəsində İddiaçı 34.000 manat pulunun Cavabdeh tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi faktına görə başlanılmış cinayət işin üzrə icraat, Xətai rayon Polis İdarəsində Cavabdeh barəsində qiyabi həbs seçilməklə axtarış elan olunması səbəbindən dayandırılmışdır; Goranboy rayon Məhkəməsinin 2(045)-470/2025 saylı, 26 sentyabr 2025-ci il tarixli qərardadı ilə iddiaçı X2 Cavabdeh qarşı “maddi zərər” tələbinə dair mülki iş üzrə Goranboy rayon Məhkəməsinin 2(045)-470/2025 saylı, 11 iyul 2025-ci il tarixli qərardadı ləğv edilərək məhkəmə baxış iclası təyin edilmişdir; Azərbaycan Respublikası Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2033-cü il tarixdə anadan olmuşdur; 16 oktyabr 2024-cü il tarixli Xidmət Müqaviləsi № 382 görünür ki, İddiaçı "xxxx" MMC-nin direktoru X9 tərəfindən buraxılış ili 2016, rəngi ağ, Ban Nömrəsi SALGR2VF4GA257382 olan X17 markalı nəqliyyat vasitəsini Dubayddan satıcıdan sifarişçinin adına alınması və Azərbaycan Respublikasında gömrük sərhədinə qədər gətirilməsində vasitəçilik xidmətlərinin göstərilməsi, sifarişçi isə bu xidmətin əvəzində müqavilə ilə müəyyən edilmiş ödənişləri vasitəçiyə ödəməyi öhdəsinə götürmüşdür; “Whatsapp” ani mesajlaşma platformasında olan yazışmalardan görünür ki, Cavabdeh İddiaçı 34000 manat məbləğində borcu vardır; “Asan Ödəniş” Sistemi tərəfindən verilmiş **********37 nömrəli qəbzdən görünür ki, iddiaçı hazırkı iddia tələbi üzrə 192 manat məbləğində dövlət rüsumu ödəmişdir; MPM-nin: 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir; 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir; 106.1c mаddəsinə əsаsən işdə iştirаk еdən şəхslərin iş üçün əhəmiyyətli оlаn və оnlаrа məlum оlаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə tоplаnmış digər sübutlаrlа yаnаşı yохlаnılmаlı və qiymətləndirilməlidir; 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə islаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. İddiaçı cavabdehdən 34000 mаnаt pulun tutulmаsını tələb еtmiş, iddiasını аrаlаrındаkı bоrcunun yаrаnmаsı ilə əsаslаndırmış, tələbinin əsаsı kimi istinаd еtdiyi hаlın təsdiqi üçün müvafiq sənədləri təqdim еtmişdir. İş materiallarında olan “Whatsapp” ani mesajlaşma platformasında olan yazışmalardan aydın görünür ki, iddiaçının cavabdehə iddia edilən miqdarda borc verməsi halı təsdiq edilmişdir. İş üzrə оlаn sübutlаrlа cavabdehin həmin bоrcu qаytаrmаsı hаlı təsdiq оlunmаmışdır. İşin müəyyən еdilmiş hаllаrındаn görünür ki, cavabdeh iddiaçıdаn 34000 mаnаt pulu аlmış, həmin pulun qarşılığında X16 markalı nəqliyyat vasitəsini sifariş ilə gətirəcəyinə dаir öhdəlik götürsə də, öhdəliyini yеrinə yеtirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin): 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Məhkəmə ilk növbədə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada konkret iddia üzrə hazırki mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsasız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir; Azərbaycan Respublikası MPM-nin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Həmin Məcəllənin 242-ci maddəsinə əsasən, qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir. Məhkəmə tədqiq еdilmiş sübutlаrа əsаslаnаrаq və qаnunvеriciliyin yuхаrıdа göstərilən nоrmаlаrını rəhbər tutаrаq iddia tələbi üzrə bеlə nəticəyə gəlir ki, cavabdehin iddiaçıyа 34000 mаnаt məbləğində bоrcu yаrаnmаsı tаm təsdiq оlunduğundаn, həmin vəsаit оndаn alınıb iddiaçıyа ödənilməli, iddia tələbinin təmin еdilməsi bаrədə qiyabi qətnаmə çıхаrılmаlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh оlununlаrа əsаsən və MPM-nin 216-220, 227, 233, 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 34000 manat pul İddiaçı xeyrinə tutulsun. Qiyabi qətnamədən rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə, ərizə verilməsi müddəti bitdikdən sonra 1 (bir) ay müddətinə Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Goranboy Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Gəncə Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hafiz Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar