Məhkəmə qərarları › İş №e-2(045)-509/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-509/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-509/2025 07.05.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X3 Məhəmməd oğlunun sədrliyi, Bayramova Aytac Məhərrəm qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2023-cü il tarixli, 800804-554864/3 nömrəli kredit müqaviləsi üzrə 10870.70 manat əsas, 812.79 manat faiz borcu olmaqla, cəmi 11683,49 manat məbləğində kredit borcu, xx.xx.2023-cü il tarixli, 800797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 293,20 manat əsas borc, 11,46 manat faiz borcu olmaqla, cəmi 304,66 manat kredit borcu, ümumilikdə hər iki müqavilə üzrə 11163,90 manat əsas və 824,25 faiz borcu olmaqla, cəmi 11988,15 manat borcun və 125.96 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borc alan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 800804-554864/3 nömrəli kredit müqaviləsinə əsasən borcluya 59 ay müddətinə, illik 22% dərəcəsi ilə 11900 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli, 800797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə borcluya 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 300 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdeh dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 800804-554864/3 nömrəli kredit müqaviləsi üzrə 10870.70 manat əsas, 812.79 manat faiz borcu olmaqla, cəmi 11683,49 manat məbləğində kredit borcu, xx.xx.2023-cü il tarixli, 800797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 293,20 manat əsas borc, 11,46 manat faiz borcu olmaqla, cəmi 304,66 manat kredit borcu, ümumilikdə hər iki müqavilə üzrə 11163,90 manat əsas və 824,25 faiz borcu olmaqla, cəmi 11988,15 manat borcu yaranmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və hesablanmış faizlərin, Banka ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcu ödəməmiş, öhdəliyin icrasından yayınmışdır. Buna görə də Cavabdeh xx.xx.2023-cü il tarixli, 800804-554864/3 nömrəli kredit müqaviləsi üzrə 10870.70 manat əsas, 812.79 manat faiz borcu olmaqla, cəmi 11683,49 manat məbləğində kredit borcu, xx.xx.2023-cü il tarixli, 800797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 293,20 manat əsas borc, 11,46 manat faiz borcu olmaqla, cəmi 304,66 manat kredit borcu, ümumilikdə hər iki müqavilə üzrə 11163,90 manat əsas və 824,25 faiz borcu olmaqla, cəmi 11988,15 manat borcun və 125.96 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun xx.xx.2023-cü il tarixli, 800804-554864/3 nömrəli kredit müqaviləsi üzrə 10870.70 manat əsas, 812.79 manat faiz borcu olmaqla, cəmi 11683,49 manat məbləğində kredit borcu, xx.xx.2023-cü il tarixli, 800797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 293,20 manat əsas borc, 11,46 manat faiz borcu olmaqla, cəmi 304,66 manat kredit borcu, ümumilikdə hər iki müqavilə üzrə 11163,90 manat əsas və 824,25 faiz borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 800804-554864/3 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh 59 ay müddətinə, illik 22% dərəcəsi ilə 11900 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 800797-PC********** nömrəli müqaviləsindən görünür ki, Cavabdeh 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 300 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 29 dekabr 2023-cü il tarixli kassa məxaric orderlərindən görünür ki, Cavabdeh "xxxx" ASC-dən 11900 manat pul və kredit kartını götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət edərkən 125.96 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, iş materiallarında olan subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi təmin edilməlidir. Belə ki, "xxxx" ASC-nin iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, İddiaçı ASC ilə borc alan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 800804-554864/3 nömrəli kredit müqaviləsinə əsasən borcluya 59 ay müddətinə, illik 22% dərəcəsi ilə 11900 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli, 800797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə borcluya 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 300 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdeh dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 800804-554864/3 nömrəli kredit müqaviləsi üzrə 10870.70 manat əsas, 812.79 manat faiz borcu olmaqla, cəmi 11683,49 manat məbləğində kredit borcu, xx.xx.2023-cü il tarixli, 800797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 293,20 manat əsas borc, 11,46 manat faiz borcu olmaqla, cəmi 304,66 manat kredit borcu, ümumilikdə hər iki müqavilə üzrə 11163,90 manat əsas və 824,25 faiz borcu olmaqla, cəmi 11988,15 manat borcu yaranmışdır. İşin göstərilən halları iddia ərizəsi və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 800804- 554864/3 nömrəli kredit müqaviləsi üzrə 10870.70 manat əsas, 812.79 manat faiz borcu olmaqla, cəmi 11683,49 manat məbləğində kredit borcu, xx.xx.2023-cü il tarixli, 800797- PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 293,20 manat əsas borc, 11,46 manat faiz borcu olmaqla, cəmi 304,66 manat kredit borcu, ümumilikdə hər iki müqavilə üzrə 11163,90 manat əsas və 824,25 faiz borcu olmaqla, cəmi 11988,15 manat borc və 125.96 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair tələbinə dair iddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 800804-554864/3 nömrəli kredit müqaviləsi üzrə 10870.70 manat əsas, 812.79 manat faiz borcu olmaqla, cəmi 11683,49 manat məbləğində kredit borcu, xx.xx.2023-cü il tarixli, 800797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 293,20 manat əsas borc, 11,46 manat faiz borcu olmaqla, cəmi 304,66 manat kredit borcu, ümumilikdə hər iki müqavilə üzrə 11163,90 manat əsas və 824,25 faiz borcu olmaqla, cəmi 11988,15 manat borc və 125.96 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar