Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-514/2024 16.04.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X2 kаtibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı АSC iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, Cavabdeh 03 noyabr 2021 il tarixli, 800804-239588/2 nömrəli kredit müqaviləsi üzrə 12340.66 manat məbləğində əsas borc və 329.84 manat faiz borcu olmaqla, ümumilikdə 12670.50 (on iki min altı yüz yetmiş manat, əlli qəpik) manat borc və 128.02 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini хаhiş еtmişdir. İddiаçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Bayramov Namizəd İsrayıl oğlu arasında bağlanmış 03 noyabr 2021 il tarixli, 800804-239588/2 nömrəli kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 19.5% dərəcəsi ilə 14170 (on dörd min bir yüz yetmiş) manat məbləğində kredit verilmişdir. Borcalan xx.xx.2022-ci il tarixində suda boğulma və qeyri-ölümcül suya batma səbəbindən vəfat etmişdir. Bu səbəbdən kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafiki pozulmuşdur. Vəfat etdiyi tarixədək vaxtaşırı gecikmə etdiyindən borcalanın vəfat etdiyi tarixə kredit müqaviləsi üzrə 12340.66 manat məbləğində əsas borc və 329.84 manat faiz borcu olmaqla, ümumilikdə 12670.50 (on iki min altı yüz yetmiş manat, əlli qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Vəfat etdiyi tarixdən cari günədək faiz borcu dayandırılıb və hesablanmır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, borcalan Bayramov Namizəd İsrayıl oğluna 14170 (on dörd min bir yüz yetmiş) manat məbləğində kredit verilmişdir. Borcalan xx.xx.2022-ci il tarixində suda boğulma səbəbindən vəfat etmişdir. Borcalanın ölümündən sonra kreditin faiz borcu dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə borcalan Namizəd Bayramovun atası tərəfindən notariat orqanına vərəslik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət edilmiş və X1 11000 manat sığorta ödənişi verilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, onun oğlu Namizəd Bayramov müddətdən artıq xidmət edən hərbi qulluqçu olmuşdur. xx.xx.2022-ci il tarixdə oğlu Namizəd Bayramov suda boğulma səbəbindən ölmüşdür. İddiaçının iddia tələbində göstərilən məbləğdən xəbərsizdir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 03 noyabr 2021-ci il tarixli, 800804-239588/2 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC Bayramov Namizəd İsrayıl oğluna 36 ay müddətinə, illik 19.5% dərəcəsi ilə 14170 (on dörd min bir yüz yetmiş) manat məbləğində kredit verməyi, Bayramov Namizəd İsrayıl oğlu həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Bayramov Namizəd İsrayıl oğlunun İddiaçı ASC-yə əsas borc üzrə 12340.66 manat məbləğində əsas borc və 329.84 manat faiz borcu olmaqla, ümumilikdə 12670.50 (on iki min altı yüz yetmiş manat, əlli qəpik) manat borcu vardır; Kassa məxaric orderinə əsasən Bayramov Namizəd İsrayıl oğlu bank tərəfindən verilmiş 14170 manat məbləğində pulu qəbul etmişdir; “ASAN ödəniş” sistemi vasitəsi tərəfindən verilmiş **********04 nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən iddia verilməsi üçün 128,02 manat dövlət rüsumu ödəmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 280586 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Bayramov Namizəd İsrayıl oğlu “suda boğulma və qeyri-ölümcül suya batma” səbəbindən ölmüşdür; “Elektron notariat” avtomatlaşdırılmış informasiya sisteminin xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, ölmüş şəxs (miras qoyan) Bayramov Namizəd İsrayıl oğlunun qanun üzrə vərəsəsi Cavabdeh 11000 manat sığorta ödənişi verilmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Bayramov Namizəd İsrayıl oğluna İddiaçı ASC tərəfindən 03 noyabr 2021-ci il tarixli, 800804- 239588/2 nömrəi kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 19.5% dərəcəsi ilə 14170 (on dörd min bir yüz yetmiş) manat məbləğində kredit verilmişdir. Bayramov Namizəd İsrayıl oğlu kredit müqaviləsi üzrə borcun və ona hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüş, borclu isə vəfat etdiyi üçün müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməmiş və onun banka ödənilməmiş borcu qalmışdır. Hazırda bank mərhum borclunun vərəsəsindən borcun ödənilməsini tələb edir. İş materiallarından göründüyü kimi Cavabdeh mərhum övladı Bayramov Namizəd İsrayıl oğlundan miras qalan 11000 manat məbləğində sığorta ödənişini miras aktivi kimi qəbul etməklə hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmişdir. Hazırda iddiaçı Bayramov Namizəd İsrayıl oğlunun vərəsəsi olan Cavabdeh ödənilməmiş kredit borcunun qaytarılmasını tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448-ci maddəsinə əsasən əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin qərarında, həmçinin qeyd olunur ki, Mülki Məcəllənin 558-ci maddəsinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum Bayramov Namizəd İsrayıl oğlunun ölümündən sonra ondan qalmış mirası qanun üzrə vərəsəsi atası Cavabdeh tam hissədə qəbul etdiyindən, miras əmlak da cəmi 11000 (on bir min) manat pul vəsaitindən ibarət olduğundan, cavabdeh həmin məbləğdə, yəni 11000 (on bir min) manat həddində mərhumun öhdəliklərinə görə cavabdehlik daşıyır. Odur ki, iddia qismən təmin edilməli 11000 (on bir min) manat məbləğində pul vəsaiti cavabdehdən lınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, iddia tələbinin ödənilmiş 128,02 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli, yəni tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə (120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi) əsasən cavabdehdən tutulmalı olan ödənilmiş dövlət rüsumunun əvəzi 123 (bir yüz iyirmi üç) manat məbləğində müəyyən edilməli və qalıq 5,02 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 11000 manat məbləğində əsas borc və ödənilmiş 123 (bir yüz iyirmi üç) manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Yuxarıda qeyd olununlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ЕTDİ: İddiа qismən təmin еdilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 11000 manat məbləğində əsas borc və ödənilmiş 123 (bir yüz iyirmi üç) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №e-2(045)-514/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-514/2024
16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver