Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-549/2025 02.04.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Mən, Goranboy Rayon Məhkəməsinin hakimi X1 iddiaçı «X9 Azərbaycan» QSC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı «X9 Azərbaycan» QSC cavabdeh, vərəsə Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vərəsə Cavabdeh iddiaçının xeyrinə 508,08 manat əsas məbləğ üzrə, 53,15 manat faiz üzrə, 374,42 manat cərimə, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 36 manat, bildirişlərin göndərilməsi üzrə xərc 4,80 manat, cəmi 976,45 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq «X9 Azərbaycan» QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən «X9 Azərbaycan» QSC-nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə Cavabdeh bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı «X9 Azərbaycan» QSC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı «X9 Azərbaycan» QSC ilə X6 arasında bağlanmış xx.xx.2013-cü il tarixdə qarşıq müqavilə bağlanmışdır. X4 500 manat kredit limiti ayrılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. xx.xx.2025-ci il tarixli 297 saylı məktunbunda vərəsəlik işinin açıldığı, oğlu Cavabdeh onun vərəsəsi olduğu, mirası qəbul etdiyi müəyyən edilmişdir. Müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor «X9 Azərbaycan» QSC öz tələbinin məlikəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Buna görə də, Cavabdeh 508,08 manat əsas məbləğ üzrə, 53,15 manat faiz üzrə, 374,42 manat cərimə, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 36 manat, bildirişlərin göndərilməsi üzrə xərc 4,80 manat, cəmi 976,45 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq «X9 Azərbaycan» QSC -nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, X4 500 manat kredit limiti ayrılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X3 508,08 manat əsas məbləğ üzrə, 53,15 manat faiz üzrə, 374,42 manat cərimə, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 36 manat, bildirişlərin göndəriulməsi üzrə xərc 4,80 manat, cəmi 976,45 manat borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı «X9 Azərbaycan» QSC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 AZN dövlət rüsumu ödəmişdir. İş materiallarında olan 1 saylı X7 Xidmət Mərkəzində Notariat Ofisinin 01 fevral 2025-ci il tarixli 297 saylı məktubundan görünür ki, X2 miras qalmış əmlaka dair, Cavabdeh 1 saylı X7 Xidmət Mərkəzində Notariat Ofisində reyestrdə 2V-893 və 922 nömrə ilə qeyd olunmuş vərəsəlik şəhadətnaməsi verilmişdir. İş materiallarında olan qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, X2 vərəsə Cavabdeh miras qalmış 3035,52 manat pul, miras əmlak qalmışdır. Məhkəmə, iş materiallarında olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, «X9 Azərbaycan» QSC -nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi qismən təmin edilməlidir. Belə ki, «X9 Azərbaycan» QSC ilə X6 arasında bağlanmış xx.xx.2013-cü il tarixdə qarşıq müqavilə bağlanmışdır. X4 500 manat kredit limiti ayrılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. xx.xx.2025-ci il tarixli 297 saylı məktunbunda vərəsəlik işinin açıldığı, oğlu Cavabdeh onun vərəsəsi olduğu, mirası qəbul etdiyi müəyyən edilmişdir. Müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh öhdəlikləri lazımınca icra etməmiş, onun banka 508,08 manat əsas məbləğ üzrə, 53,15 manat faiz üzrə, 374,42 manat cərimə, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 36 manat, bildirişlərin göndəriulməsi üzrə xərc 4,80 manat, cəmi 976,45 manat borcu qalmışdır. İşin göstərilən halları iddia ərizəsi və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-cu maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1306.1-cu maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Məhkəmə qeyd edir ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin şərtlərinə görə, kredit üzrə aylıq ödənişin əsas məbləğinə gecikdirildiyi təqvim günü üçün cərimə tətbiq edilməsi nəzərdə tutulmuşdur. İddiaçı bank da kredit müqaviləsinin qeyd olunan müddəasını əsaslanaraq cavabdehə 374,42 manat məbləğində cərimə hesablamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə əsas borc məbləğinə münasibətdə cərimənin yüksək məbləğdə hesablandığı qənaətinə gələrək, cərimənin 37 manat həddində müəyyən edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh 508,08 manat əsas məbləğ üzrə, 53,15 manat faiz üzrə, 28 manat cərimə, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 2 manat, bildirişlərin göndərilməsi üzrə xərc 4,80 manat, cəmi 349,86 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq «X9 Azərbaycan» QSC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı «X9 Azərbaycan» QSC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi qismən təmin edilsin. Cavabdeh 508,08 manat əsas məbləğ üzrə, 53,15 manat faiz üzrə, 37 manat cərimə, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 36 manat, bildirişlərin göndərilməsi üzrə xərc 4,80 manat, cəmi 639,03 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq «X9 Azərbaycan» QSC-nin hesabına ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №e-2(045)-549/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-549/2025
02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver