Məhkəmə qərarları › İş №e-2(045)-652/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-652/2024

22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-652/2024 22.05.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X1 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi Cavabdeh1 iştirakı ilə, iddiaçı FİNCA Azerbaijan MM Qeyri Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbi barədə iddiası üzrə mülki işə Goranboy Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3896 manat, faiz borcuna görə 1163,20 manat, cərimə borcuna görə 215,26, cəmi 5274,46 manat məbləğində borcun və 72,75 manat ödənilmiş dövlət rüsumunun İddiaçı MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********837 sayli kredit mülqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradilması üçün illik 28.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4000 AZN kredit verilmişdir. Həmin müqaviləyə əsasən cavabdeh hər ay 222 AZN olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmini olaraq eyni tarixli, **********837 -1273359 sayli zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində kredit müqaviləsinin tərəfi olmuşdur. Lakin, cavabdehlər öhdəliyi yerinə yetirməmişlər. Beləliklə, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 əsas borc üzrə 3896.00 AZN, faiz borcuna görə 1163,20 AZN, cərimə borcuna görə 215,26 AZN, cəmi 5274,46 AZN təşkil edir. Buna görə də cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3896 manat, faiz borcuna görə 1163,20 manat, cərimə borcuna görə 215,26, cəmi 5274,46 manat məbləğində borcun və 72,75 manat ödənilmiş dövlət rüsumunun İddiaçı MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı MM QBKT-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 borcunun olduğunu, lakin xəstə olduğundan dərmanlara pul tapa bilmədiyini, bunun nəzərə alınmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, cavabdeh bildirişi qəbul etməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MM QBKT Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********837 saylı, sayli kredit mülqaviləsindən görünür ki, Cavabdeh1 ailə-kəndli təsərrüfatının yaradilması üçün illik 28.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4000 AZN kredit verilmisdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli, **********837 saylı, sayli kredit mülqaviləsi üzrə Cavabdeh1 əsas borc üzrə 3896.00 AZN, faiz borcuna görə 1163,20 AZN, cərimə borcuna görə 215.26 AZN, cəmi 5274,46 AZN təşkil edir. İş materiallarına əlavə edilmiş **********837 -1273359 sayli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli, **********837 saylı kredit mülqaviləsi üzrə öhdəliklərin icrasına zamin durmuşdur. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı MM QBKT-nin məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 72,75 manat dövlət rüsumu ödəmişdir. Beləliklə işin faktiki hallarından müəyyən olunur ki, İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********837 saylı, sayli kredit mülqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradilması üçün illik 28.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4000 AZN kredit verilmisdir. Hamin müqaviləyə əsasən cavabdeh hər ay 222 AZN olmaqla ödəməyi öhəsinə götürmüşdür. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmini olaraq eyni tarixli, **********837 - 1273359 sayli zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində kredit müqaviləsinin tərəfi olmuşdur. Lakin, cavabdehlər öhdəliyi yerinə yetirməmişlər. Beləliklə, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 əsas borc üzrə 3896.00 AZN, faiz borcuna görə 1163,20 manat, cərimə borcuna görə 215,26, cəmi 5274,46 AZN təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbəlği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, kredit müqaviləsinin şərtlərinə görə, kredit üzrə aylıq ödənişin əsas məbləğinə gecikdirildiyi hər təqvim günü üçün cərimə tətbiq edilməsi nəzərdə tutulmuşdur. İddiaçı da kredit müqaviləsinin qeyd olunan müddəasını əsaslanaraq cavabdehə 215,26 manat məbləğində cərimə hesablamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə əsas borc məbləğinə münasibətdə cərimənin yüksək məbləğdə hesablandığı qənaətinə gələrək, cərimənin 20 manat həddində müəyyən edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı təşkilat tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 72,75 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən, bununla da iddia tələbinin qanuni əsası yarandığından iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3896 manat, faiz borcuna görə 1163,20 manat, cərimə borcuna görə 20 manat cəmi 5079,2 manat məbləğində borc və 72,75 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MM QBKT-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinın 216- 220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3896 manat, faiz borcuna görə 1163,20 manat, cərimə borcuna görə 20 manat, cəmi 5079,2 manat məbləğində borc və 72,75 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MM QBKT-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar