Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-76/2024 21.08.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X2 kаtibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı АSC-nin cаvаbdеh Cavabdeh qаrşı “kredit borcunun qaytarılması” tələbinə dаir iddiası üzrə mülki işə məhkəmənin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ЕTDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli GTKR5984617A156 saylı kredit müqaviləsinə əsasən 23118,64 manat əsas, 2669,31 manat faiz, cəmi 25787,95 manat məbləğində borcun, xx.xx.2022-ci il tarixli BRCB6651682A156 saylı kredit kartına dair müqaviləyə əsasən 473,98 manat əsas, 100,71 manat faiz, cəmi 574,69 manat borcun və ödənilmiş 169,09 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli GTKR5984617A156 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli BRCB6651682A156 saylı kredit kartına dair müqaviləyə əsasən ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı, kassa məxaric qəbzi və balansdankənar məxaric orderidir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli, GTKR5984617A156 saylı kredit müqaviləsinə əsasən 23118,64 manat əsas, 2669,31 manat faiz, cəmi 25787,95 manat borcu, xx.xx.2022-ci il tarixli, BRCB6651682A156 saylı kredit kartına dair müqaviləyə əsasən 473,98 manat əsas, 100,71 manat faiz, cəmi 574,69 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq, (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, iddianı müdafiə etdiklərini, iddia ərizəsi ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədləri məhkəməyə təqdim etdiklərini qeyd edərək işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, İddiaçı ASC-dən 25900 manat məbləğində kredit götürmüşdür. Götürdüyü kreditə dair 7-8 ay ərzində ödənişlər etmişdir. Hazırda həmin krediti ödəməməyinin səbəbi işsiz olması olmuşdur. Bundan başqa iddia tələbində göstərilən faiz məbləği ilə razı deyildir. Odur ki, hər iki kredit müqaviləsi üzrə faizlərin silinməsini və iddia tələbinin qismən təmin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC-nin Naftalan filialı (bаnk) ilə Cavabdeh (bоrcаlаn) arasında xx.xx.2022-ci il tarixli GTKR5984617A156 saylı saylı kredit müqaviləsindən görünür ki, bаnk bоrcаlаnа 19,19 faiz dərəcəsi ilə 48 ay müddətinə 25900 manat məbləğində krеdit vеrmişdir; İddiaçı ASC-nin Naftalan filialı (bаnk) ilə Cavabdeh (bоrcаlаn) arasında xx.xx.2022-ci il tarixli BRCB6651682A156 saylı kredit müqaviləsindən görünür ki, bаnk bоrcаlаnа 25 faiz dərəcəsi ilə 57 ay müddətinə 500 manat məbləğində krеdit vеrmişdir; X3 orderindən görünür ki, Cavabdeh İddiaçı ASC-nin Naftalan filialı tərəfindən 1 (bir) ədəd plastik kart verilmişdir; Kassa Məxaric orderindən görünür ki, Cavabdeh tərəfindən 25900 manat məbləğində vəsaiti alınmışdır. 28 avqust 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli GTKR5984617A156 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 23118,64 manat əsas; 2669,31 manat faiz; cəmi 25787,95 manat və xx.xx.2022-ci il tarixli BRCB6651682A156 saylı kredit müqaviləsi üzrə 473,98 manat əsas; 100,71 manat faiz cəmi 574,69 borcu vardır; Hökümət ödəniş portalının ********** nömrəli, xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, İddiaçı ASC 169,09 manat məbləğində məhkəməyə dövlət rüsumu ödəmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən erilmiş 05 iyul 2024-cü il tarixli, 9/4010 nömrəli ekspert rəyindən görünür ki, cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 18 iyul 2022-ci il tarixli, GTKR5984617A156 saylı kredit müqaviləsi və 21 sentyabr 2022-ci il tarixli, BRCB6651682A156 saylı kredit müqaviləsinə əsasən istifadə edilmiş məbləğlərin kreditin təyin edildiyi tarixlərdən etibarən qərardadda ekspert qarşısında qoyulmuş suallar üzrə maliyyə arayışlarında göstərilən tarixədək, yəni xx.xx.2023-cü il tarixədək İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: 18 iyul 2022-ci il tarixli, GTKR5984617A156 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 23118,65 manat, faiz borcu üzrə 2267,53 manat və 21 sentyabr 2022-ci il tarixli, BRCB6651682A156 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 483,45 manat, faiz borcu üzrə 55,06 manat təşkil edir. Ekspert tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixli GTKR5984617A156 saylı kredit müqaviləsinə əsasən bаnk bоrcаlаnа 19,19 faiz dərəcəsi ilə 48 ay müddətinə 25900 manat və xx.xx.2022-ci il tarixli BRCB6651682A156 saylı kredit müqaviləsi üzrə 500 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin əsas məbləğini və hesablanmış faizləri hər ay bərabər hissələrlə ödəməyi öhdəsinə götürsə də, kreditin qaytarılması üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə xx.xx.2023-cü il tarixə banka xx.xx.2022-ci il tarixli, GTKR5984617A156 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 23118,64 manat əsas, 2669,31 manat faiz, cəmi 25787,95 manat və xx.xx.2022-ci il tarixli BRCB6651682A156 saylı kredit müqaviləsi üzrə 473,98 manat əsas, 100,71 manat faiz cəmi 574,69 borcu yaranmışdır. Yaranmış borcu ödəməsi barədə cavabdehə xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448-ci maddəsinə əsasən əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Qeyd olunmalıdır ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Göründüyü kimi Cavabdeh kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2024-cü il tarixli, 9/4010 nömrəli rəyi mötəbər sübut kimi qiymətləndirib hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə yarnmış əsas və faiz borclarının məbləğləri müəyyən edilərkən həmin rəydə göstərilmiş məbləğlər əsas götürülməli və iddia tələbinin həcmindən kənara çıxmamaqla cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 25924,69 manat borc pul tutulmalıdır. Məhkəmə, iddia tələbinin ödənilmiş 169,09 (bir yüz səkkiz manat, səksən yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli, yəni “Dövlət rüsumu haqqında” qanununun 8.1.3-cü maddəsinə (120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi) əsasən cavabdehdən tutulmalı dövlət rüsumunun məbləği 167,78 (yüz altmış yeddi manat yetmiş səkkiz qəpik) manat müəyyən edilməli və dövlət rüsumunun 1,31 manat hissəsi isə iddiaçıya aid edilməlidir. MPM-in: 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir; 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, GTKR5984617A156 saylı kredit müqaviləsi üzrə 23118,65 manat əsas, 2267,53 manat faiz borcu və xx.xx.2022-ci il tarixli, BRCB6651682A156 saylı kredit müqaviləsi üzrə 483,45 manat əsas, 55,06 manat faiz borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 25924,69 manat məbləğində borc pul və ödənilmiş 167,78 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Ekspertiza tədqiqatının dəyəri - 100 (bir yüz) manat məbləğində məhkəmə xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifanını kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X1: kod 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Yuxarıda qeyd olununlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ЕTDİ: İddia qismən təmin еdilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, GTKR5984617A156 saylı kredit müqaviləsi üzrə 23118,65 manat əsas, 2267,53 manat faiz borcu və xx.xx.2022-ci il tarixli, BRCB6651682A156 saylı kredit müqaviləsi üzrə 483,45 manat əsas, 55,06 manat faiz borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 25924,69 manat məbləğində borc pul və ödənilmiş 167,78 manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Ekspertiza tədqiqatının dəyəri - 100 (bir yüz) manat məbləğində məhkəmə xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifanını kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X1: kod 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hаkim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №e-2(045)-76/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-76/2024
21.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver