Məhkəmə qərarları › İş №e-2(045)-850/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-850/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-850/2024 14.05.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Mən, Goranboy Rayon Məhkəməsinin hakimi X1 iddiaçı FİNCA Azerbaijan MM Qeyri Bank Kredit Təşkilatının Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı FİNCA Azerbaijan MM Qeyri Bank Kredit Təşkilatının Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1737 manat məbləğində əsas borc, 439,38 manat məbləğində faiz borcunun, 127,25 manat cərimə borcun və ümumilikdə isə cəmi 2303,63 manat məbləğində kredit borcunun və 43,04 manat məbləğində dövlət rüsumunun alınaraq, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən FİNCA Azerbaijan MM Qeyri Bank Kredit Təşkilatının kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə Cavabdeh bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı FİNCA Azerbaijan MM Qeyri Bank Kredit Təşkilatının kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "FİNCA Azerbaijan” MMM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********146 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 27.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 110 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan,üzərində "Fincard" adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, kredit alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdehnun əsas borc üzrə 1737.00 manat, faiz borcuna görə 439,38.00 manat, cərimə borcuna görə 127,25 manat, cəmi 2303,63.00 manat təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndinə əsasən Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin, bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********146 saylı kredit müqavilələsindən görünür ki, borclu Cavabdeh FİNCA Azerbaijan MM Qeyri Bank Kredit Təşkilatından illik 27.00 faiz dərəcəsi ilə 24 ay müddətinə 2000 manat məbləğində borcu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********146 nömrəli kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlindən görünür ki, kredit alan Cavabdeh 24 ay müddətində xx.xx.2023-cü il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2025-ci il tarixdə etməklə götürülmüş kredit üzrə cəmi 2618 manat məbləğində borcu banka qaytarmalıdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, FİNCA Azerbaijan MM Qeyri Bank Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********146 nömrəli kredit müqaviləsinə əsasən, Cavabdehnun 1737 manat məbləğində əsas borcu, 439,38 manat məbləğində faiz borcu, 127,25 manat cərimə borcu və cəmi 2303,63 manat məbləğində kredit borcu vardır. İş materiallarından görünür ki, ********** saylı qəbz üzrə FİNCA Azerbaijan MM Qeyri Bank Kredit Təşkilatı 43,04 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə, iş materiallarında olan subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, FİNCA Azerbaijan MM Qeyri Bank Kredit Təşkilatının kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi təmin edilməlidir. Belə ki, FİNCA Azerbaijan MM Qeyri Bank Kredit Təşkilatının kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Cavabdehnun xx.xx.2023-cü il tarixli, **********146 nömrəli kredit müqaviləsi üzrə 1737 manat məbləğində əsas borcu, 439,38 manat məbləğində faiz borcu, 127,25 manat cərimə borcu və cəmi 2303,63 manat məbləğində borcu qalmışdır. İşin göstərilən halları iddia ərizəsi və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsində göstərilir ki, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq, məhkəmə belə nəticəyə gəlir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə təmin edilməli, Cavabdeh 1737 manat məbləğində əsas borc, 439,38 manat məbləğində faiz borcu, 127,25 manat cərimə borcu və cəmi 2303,63 manat kredit borcu və 43,04 manat məbləğində dövlət rüsumu alınaraq, məbləğində dövlət rüsumu alınaraq, FİNCA Azerbaijan MM Qeyri Bank Kredit Təşkilatının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı FİNCA Azerbaijan MM Qeyri Bank Kredit Təşkilatı Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi təmin edilsin. Cavabdeh 1737 manat məbləğində əsas borc, 439,38 manat məbləğində faiz borcu, 127,25 manat cərimə borcu və cəmi 2303,63 manat kredit borcu və 43,04 manat məbləğində dövlət rüsumu alınaraq FİNCA Azerbaijan MM Qeyri Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar