Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-980/2025 19.08.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X2 kаtibliyi ilə, Tərəflərin iştirakı olmadan. İddiaçı «X7 Azərbaycan» QSC-nin cаvаbdеh Cavabdeh qаrşı “pul” tələbinə dаir iddiası üzrə mülki işə məhkəmənin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ЕTDİ: İddiaçı «X7 Azərbaycan» QSC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28310,89 ABŞ dolları pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə 12338,83 ABŞ dolları borcun və ödənilmiş 152.93 manat dövlət rüsumunun iddiaçı “X8 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «X7 Azərbaycan» QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı 02 oktyabr 2013-cü il tarixində «X8 Azərbaycan» QSC (Bank) ilə Cavabdeh (Borcalan) arasında 117038 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh 03 oktyabr 2016-cı il tarixinədək, 36 (otuz altı) ay müddətinə 32800 USD (otuz iki min səkkiz yüz ABŞ dolları) məbləğində kredit ayrılmışdır. Borcalan yuxarıda qeyd olunan müqavilə üzrə götürdüyü vəsaiti və ona illik 17% (on yeddi) faiz dərəcəsi olmaqla hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada «X8 Azərbaycan» QSC-ə qaytarmağı öhdəsinə götürmüşdür. Borcalanın 117038 nömrıli Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 02 oktyabr 2013cü il tarixində «X8 Azərbaycan» QSC ilə "İpoteka qoyan" "Borcalan" Cavabdeh arasında İpoteka (girov) müqaviləsi bağlanmışdır. Bağlanmış İpoteka (girov) müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan 2008-ci il buraxılış tarixli, ban nömrəsi 5UXFG43528L221810 olan, **-MV-*** dövlət qeydiyyat nişanlı, qara metal rəngli BMW - X6 markalı nəqliyyat vasitəsi «X8 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və buna dair xx.xx.2013-cü il tarixili İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA seriyalı 104162 №-li Çıxarış təqdim edilmişdir. “X8 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdeh(lər)ə dəfələrlə bu barədə sifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə, həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair Bildirişlərin (Pretenziyaların) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş və bu günə kimi “X8 Azərbaycan” QSC-ə olan borcunu ödəməmişdir. Lakin, öhdəliklər Sizin tərəfinizdən tam, vaxtında və lazımı qaydada icra edilmədiyindən Banka külli miqdarda maddi zərər dəymişdir. Nəticədə Bank məhkəməyə müraciət etmiş və Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 21 sentyabr 2016-cı il tarixli 2(006)-6978/2016 saylı, qətnaməsinə əsasən cavabdehdən iddiaçı “X8 Azərbaycan” QSC-nin xeyrinə 22589,73 ABŞ dolları məbləğində əsas borcun, 3721,16 ABŞ dolları məbləğində faiz borcun, 2000 ABŞ dolları məbləğində cərimə, cəmi 28310,89 ABŞ dolları borc pulun ödənilməsi, tələbin Cavabdeh məxsus olan 2008-ci il buraxılış tarixli, **-MV-*** dövlət qeydiyyat nişanlı, ban nömrəsi 5UXFG432528L221810 olan, BMW X6 MİNİK markalı, qara rəngli, avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılaraq satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə qəbul etmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 21 sentyabr 2016-cı il tarixli 2(006)-6978/2016 saylı, qətnaməsi əsasında verilmiş icra sənədinin cavabdeh tərəfindən qanunvericiliklə müəyyən olunmuş vaxtda könüllü icrası üçün icra məmuru tərəfindən borcluya müvafiq bildiriş verilməsinə baxmayaraq, icra sənədi borclu tərəfindən üzrsüz səbəbdən icra edilməmiş və Bank qarşısında olan borcunu bu günə kimi ödəməmişdir. Məlumat üçün bildiririk ki, Nəsimi Rayon Məhkəməsinin21 sentyabr 2016-cı il tarixli, 2(006)- 6978/2016 saylı qətnaməsinin icra üsulunun dəyişdirilməsinə dair tələbkar "xxxx"QSC tərəfindən verilmiş ərziyə baxaraq xx.xx.2020-ci il tarixdə Nəsimi Rayon Məhkəməsi 8(006)-339/2020 saylı qərardad qərara alınmışdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(006)-339/2020 saylı qərardadı ilə Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 21 sentyabr 2016-cı il tarixli 2(006)- 6978/2016 saylı, qətnaməsinin icra üsulu və qaydası dəyişərək, Cavabdeh xeyrinə 22589,73 ABŞ dolları məbləğində əsas borcun, 3721,16 ABŞ dolları məbləğində faiz borcun, 2000 ABŞ dolları məbləğində cərimə, cəmi 28310,89 ABŞ dolları borc pul alınaraq "xxxx"QSC-yə verilməsi qərara alınmışdır. Əlavə olaraq bildiririk ki, Nəsimi Rayon İcra Şöbəsi tərəfindən borclu Cavabdeh(doğum tarixi xx.xx.1980-ci il, Qeydiyyatda olduğu ünvan Bakı Şəhəri, Nəsimi Rayonu, S.QVurğun küçəsi, ev 116, mənzil 79)barəsində xx.xx.2023-cü il tarixdə axtarış qərarı alınmış və qərarın icrası Nəsimi Rayon Polis İdarəsinə həvalə olunmuşdur. Göründüyü kimi, cavabdeh(lər)in 21 sentyabr 2016-cı il tarixə əsas borc üzrə 28310,89 ABŞ dolları ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh(lər) 21 sentyabr 2016-cı ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kərar qaydada həll etmək məqsədi ilə tərəfimizdən cavabdeh(lər)ə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdeh(lər)in kredit müqaviləsi üzrə ödənilməli olan borc məbləğindən 12338,83 ABŞ dolları hissəsi ödənilməmiş qalmaqdadır. Cavabdehin Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla xx.xx.2016 tarixindən xx.xx.2025 tarixinə qədər - 12338,83 ABŞ dolları (Gecikmə gün sayı - 3138 gün) olmaqla ümumilikdə cəmi 12338,83 ABŞ dolları təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, tərəflər məhkəməyə gəlməmişlərdir. İddiaçı «X7 Azərbaycan» QSC ərizə ilə məhkəməyə müraciət edərək, iddianı müdafiə etdiklərini, iddia ərizəsi ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədləri məhkəməyə təqdim etdiklərini qeyd edərək işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: «X7 Azərbaycan» QSCn ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 117038 saylı kredit müqaviləsindən görünür ki, bаnk bоrcаlаnа 36 ay müddətinə illik 16 faiz dərəcəsi ilə 32800 ABŞ dolları məbləğində krеdit vеrmişdir; “Kredit müqaviləsi üzrə borcdan qalan hissəsinin ödənilməsinin gecikdirilməsinə görə dəymiş zərərin hesablanmasına dair” maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli, 117038 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 12338,83 ABŞ dolları borcu vardır; Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 8(006)-339/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardaddan görünür ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 21 sentyabr 2016cı il tarixli, 2(006)- 6978/2016 saylı qətnaməsinin icra üsulu və qaydası dəyişərək,Cavabdeh əsas borc üzrə 22589,73 (iyirmi iki min beş yüz səksən doqquz ABŞ dolları, yetmiş üç sent) ABŞ dolları, faiz borcu üzrə 3721,16 (üç min yeddi yüz iyirmi bir ABŞ dolları, on altı sent) ABŞ dolları, cərimə borcu üzrə 2000 (iki min) ABŞ dolları olmaqla, cəmi 28310,89 (iyirmi səkkiz min üç yüz on ABŞ dolları, səksən doqquz sent) ABŞ dolları məbləğində (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) pul alınaraq «X8» QSC-yə verilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2020-ci il tarixli, 1000- 140/1xx-xx/013918 nömrəli məktubuna əsasən “BMW X6” markalı, **-MV-*** dövlət nömrəli (Şassi/ban 5UXFG43528L221810) minik avtomobili ilə bağlı Dövlət Gömrük Komitəsinin X1 Sistemindən (VAİS) əldə edilən məlumatların araşdırılması zamanı müəyyən edilmişdir ki, həmin nəqliyyat vasitəsi xx.xx.2016-cı il tarixdə gömrük orqanlarını sənədlərdən aldatma yolu ilə istifadə etməklə Azərbaycan Respublikasının vətəndaşı X4 tərəfindən “Mazımçay” gömrük postundan keçməklə Gürcüstan Respublikasına aparılmışdır.X3 qanunsuz əməlləri barəsində xx.xx.2017-ci il tarixdə Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlamış və cinayət işi üzrə toplanmış materiallar aidiyyəti dövlət orqanına göndərilmişdir; Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-6978/2016 nömrəli, 21 sentyabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, Cavabdeh əsas borc üzrə 22589,73 (iyirmi iki min beş yüz səksən doqquz ABŞ dolları, yetmiş üç sent) ABŞ dolları, faiz borcu üzrə 3721,16 (üç min yeddi yüz iyirmi bir ABŞ dolları, on altı sent) ABŞ dolları, cərimə borcu üzrə 2000 (iki min) ABŞ dolları olmaqla, cəmi 28310,89 (iyirmi səkkiz min üç yüz on ABŞ dolları, səksən doqquz sent) ABŞ dolları məbləğində (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) pul alınaraq “X8” QSC-yə verilməsi qət edilmişdir; “Borclunun axtarışı haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh barəsində axtarış elan edilmişdir; Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 8(006)-58/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, borclu xx.xx.1980-ci ildə Goranboy rayonunda doğulmuş Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır; “ASAN ödəniş” sistemi tərəfindən verilmiş **********26 nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzdən görünür ki, «X7 Azərbaycan» QSC 152,93 manat məbləğində məhkəməyə dövlət rüsumu ödəmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2013-cü il tarixli, 117038 saylı kredit müqaviləsinə əsasən bаnk bоrcаlаnа 36 ay müddətinə illik 16 faiz dərəcəsi ilə 32800 ABŞ dolları məbləğində məbləğində kredit verilmişdir. Cavabdeh kreditin əsas məbləğini və hesablanmış faizləri hər ay bərabər hissələrlə ödəməyi öhdəsinə götürsə də, kreditin qaytarılması üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə xx.xx.2013-cü il tarixli, 117038 saylı kredit müqaviləsinə əsasən ödəməli olduğu 28310,89 ABŞ dollar kredit borcunu xx.xx.2025-ci il tarixə gecikdirdiyinə görə əldən çıxmış fayda kimi illik beş faiz hesablanmaqla 12338,83 ABŞ dolları miqdarında borcu yaranmışdır. Yaranmış borcu ödəməsi barədə cavabdehə xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448-ci maddəsinə əsasən əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər; 739.1-ci maddəsinə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Qeyd olunmalıdır ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Göründüyü kimi Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. MPM-in: 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir; 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçı «X7 Azərbaycan» QSCnin xeyrinə xx.xx.2013-cü il tarixli, 117038 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2025-ci il tarixə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 12338,83 ABŞ dolları (günün manat məzənnəsinə uyğun olaraq) məbləğində əldən çıxmış fayda və ödənilmiş 152,93 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Yuxarıda qeyd olununlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ЕTDİ: İddia təmin еdilsin. Cavabdeh iddiaçı «X7 Azərbaycan» QSC-nin xeyrinə xx.xx.2013-cü il tarixli, 117038 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2025-ci il tarixə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 12338,83 ABŞ dolları (günün manat məzənnəsinə uyğun olaraq) məbləğində əldən çıxmış fayda və ödənilmiş 152,93 manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hаkim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №e-2(045)-980/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-980/2025
19.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver