Məhkəmə qərarları › İş №e-2(045)-994/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-994/2025

19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-994/2025 19.06.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, İddiaçı "xxxx" ASC-nin cavabdehlər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğluna qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli **********67119 №-li kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ASC “Xalq” Bankı qarşısında 469,76 (dörd yüz altmış doqquz manat 76 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borcu, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) faiz dərəcəsi ilə hesablanmış 8,90 (səkkiz manat 90 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 0,02 % (sıfır tam yüzdə iki faiz) dərəcəsi ilə hesablanmış 0,02 (sıfır manat 02 qəpik) manat məbləğində penya, cəmi 478,68 (dörd yüz yetmiş səkkiz manat 68 qəpik) manat və xx.xx.2025-ci il tarixindən əsas borc məbləğinin tam şəkildə ödənildiyi tarixə qədər illik 5 % (beş faiz) faiz dərəcəsi ilə hesablanan əldən çıxmış faydanın əvəzi, xx.xx.2025-ci il tarixindən qətnamənin qəbuledildiyi tarixə qədər əsas borc məbləğinə illik 0,02 % (sıfır tam yüzdə iki faiz) dərəcəsi ilə hesablanan penya və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz manat) manat məbləğində dövlət rüsumu birgə qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildiriş və ödəniş cədvəli ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, **********67119 və **********67119/ZM nömrəli kredit (restrukturizasiya) və zaminlik müqavilələri, eyni zamanda əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC Cavabdeh2 5 il (1 il güzəşt müddəti müəyyən edilməklə) müddətinə, illik 1 faiz dərəcəsi olmaqla, 5723,92 manat məbləğində kredit verməyi, borclu Cavabdeh2 isə verilmiş krediti və ona hesablanan faizləri bu Müqaviləyə əlavə edilmiş ödəniş cədvəli üzrə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 "xxxx" ASC-yə xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 121,70 manat (ilk 12 ayı 4,77 manat olmaqla) ödəniş etməlidir. Cavabdeh1 öhdəliyin təminatı kimi zamin durmaqla borc alan Cavabdeh2 bank qarşısında götürdüyü öhdəliklərini tamamilə icra etməsi və ya lazımınca icra etməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür; Maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli, **********67119 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC qarşısında öhdəliklərini yerinə yetirmədiyinə görə xx.xx.2025-ci il tarixinə vaxtı keçmiş 469,76 manat əsas borc, cərimə faizləri üzrə 0,02 manat borc, illik 5% dərəcəsi ilə faizlər şəklində hesablanmış 8,90 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 478,68 manat borcu yaranmışdır; xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, "xxxx" ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Göründüyü kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kredit və zaminlik müqavilələri üzrə üzərlərinə götürdükləri öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə birgə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 739.1-ci mаddəsinə əsаsən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə iddia tələbinin “xx.xx.2025-ci il tarixindən əsas borc məbləğinin tam şəkildə ödənildiyi tarixə qədər illik 5 % (beş faiz) faiz dərəcəsi ilə hesablanan əldən çıxmış faydanın əvəzi və xx.xx.2025-ci il tarixindən qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 0,02 % (sıfır tam yüzdə iki faiz) dərəcəsi ilə hesablanan penyanın” cavabdehlərdən tutulması hissəsinə dair qeyd edir ki, tələb bu hissədə qeyri-müəyyən göstərildiyi üçün təmin edilməməlidir. MPM-in: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə vaxtı keçmiş 469,76 manat əsas borc, cərimə faizləri üzrə 0,02 manat borc, illik 5% dərəcəsi ilə faizlər şəklində hesablanmış 8,90 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 478,68 manat məbləğində borc pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd olanlara əsasən MPM-in 216-220 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə vaxtı keçmiş 469,76 manat əsas borc, cərimə faizləri üzrə 0,02 manat borc, illik 5% dərəcəsi ilə faizlər şəklində hesablanmış 8,90 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 478,68 manat məbləğində borc pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar