Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1011/2024 21.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00001EQ-4052 №-li kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 4000 manat məbləğində kredit verilmişdir. İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı BOKT ASC-nin xeyrinə kredit müqaviləsinə əsasən 2350 manat 72 qəpik məbləğində qalıq, ona hesablanmış 327 manat 81 qəpik məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 472 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 3150 manat 53 qəpik borcun və dövlət rüsumu kimi ödənilmiş 52 manat məbləğində pulun tutulmasını tələb etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi üçün cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq cavabdehlər kredit borcu və ona hesablanmış faizləri qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən Cavabdeh1 iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə göndərilmiş, işə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən xx.xx.2024-cü il tarixdə bildiriş Cavabdeh1 çatdırılmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə göndərilmiş, lakin həmin ünvanda yaşamamaları səbəbindən zərflər geri qaytarılmışdır. Cavabdehlər bildirişi rəsmi qaydada aldıqları gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən iddiaçının təqdim etdiyi sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixinə 2350 manat 72 qəpik məbləğində qalıq, ona hesablanmış 327 manat 81 qəpik məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 472 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 3150 manat 53 qəpik borcu vardır. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə İddiaçı BOKT ASC arasında zaminlik müqaviləsi bağlanmış, Cavabdeh2 kredit alan Cavabdeh1 İddiaçı BOKT ASC qarşısında öhdəliyin yerinə yetirilməsinə görə borclu ilə eyni həcmdə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 ilə İddiaçı BOKT ASC arasında zaminlik müqaviləsi bağlanmış, Cavabdeh3 kredit alan Cavabdeh1 İddiaçı BOKT ASC qarşısında öhdəliyin yerinə yetirilməsinə görə borclu ilə eyni həcmdə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icr-a edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı BOKT ASC-i ilə Cavabdeh1 arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh1 kredit müqaviləsi ilə aldıqlarını İddiaçı BOKT ASC-nə qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli, 2022/00001EQ-4052 saylı zaminlik müqavilələri üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 İddiaçı BOKT ASC-i qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıdığından, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı BOKT ASC-nin xeyrinə kredit müqaviləsinə əsasən 2350 manat 72 qəpik məbləğində qalıq, ona hesablanmış 327 manat 81 qəpik məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 472 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 3150 manat 53 qəpik məbləğində pul alınaraq İddiaçı BOKT ASC-nə verilməli, bununla da iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 52 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 52 manat dövlət rüsumu cavabdehlərdən tutularaq İddiaçı BOKT ASC-nə verilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3-cü maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2022-ci il tarixli, 2022/00001EQ-4052 №-li kredit müqaviləsi üzrə 2350 manat 72 qəpik məbləğində qalıq, ona hesablanmış 327 manat 81 qəpik məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 472 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 3150 manat 53 qəpik məbləğində pul alınıb İddiaçı BOKT ASC-nə verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 dövlət rüsumu üçün ödənilmiş 52 manat məbləğində pul alınaraq İddiaçı BOKT ASC-nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-1011/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1011/2024
21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver