Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1034/2023 03.05.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-i tərəfindən Cavabdeh2 xx.xx.2015-ci il tarixli 66-15 USD kredit müqaviləsinə əsasən illik 33% olmaq şərtilə 18 ay müddətinə 2500 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 378,20 ABŞ dolları (üç yüz yetmiş səkkiz ABŞ dolları 20 sent) əsas, 240,72 ABŞ dolları (iki yüz qırx ABŞ dolları 72 sent) faiz, 1323,79 ABŞ dolları (bir min üç yüz iyirmi üç ABŞ dolları 79 sent cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 52,25 ABŞ dolları (əlli iki ABŞ dolları 25 sent) faiz borcu olmaqla, cəmi 1994,96 ABŞ dolları (bir min doqquz yüz doxsan dörd ABŞ dolları 96 sent) kredit borcunun, dövlət rüsumu üçün ödənilmiş 53 manat 92 qəpik pulun tutulmasını tələb etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müqavilə üzrə şərtləri pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin və kredit faizin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə qeydiyyatda olduğu yer üzrə göndərilmiş, işə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən xx.xx.2023-cü il tarixdə bildirişlər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çatdırılmışdır. Cavabdehlərin bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən təqdim olunan sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatlarını dinləmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş 28 yanvar 2015-ci il tarixli 66-15 USD kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında illik 33 faiz olmaqla 18 ay müddətinə 2500 ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. İşə əlavə edilmiş 28 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. İşə əlavə edilmiş xx.xx.2017-ci il tarixli 01 nömrəli əlavə sazişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli 66-15 saylı kredit müqaviləsi restrukturizasiya edilmiş, Cavabdeh2 1560,79 ABŞ dolları (bir min beş yüz altmış ABŞ dolları 79 sent) əsas, 640,54 ABŞ dolları (altı yüz qırx ABŞ dolları 54 sent) faiz və 578,87 ABŞ dolları (beş yüz yetmiş səkkiz ABŞ dolları 87 sent) cərimə, cəmi 2780,2 ABŞ dolları (iki min yeddi yüz səksən ABŞ dolları iki sent) məbləğində pulu illik 8 faizlə xx.xx.2020-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş xx.xx.2017-ci il tarixli 01 nömrəli əlavə sazişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 28 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə dəyişiklik edilməsinə dair 14 aprel 2017-ci il tarixli razılaşmanın şərtləri ilə tanış olaraq, müvafiq öhdəliklərin borclu Cavabdeh2 tərəfindən yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə bu hissədə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında illik 33 faiz olmaqla 18 ay müddətinə 2500 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmış, həmçinin həmin müqavilənin təminatı kimi Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmış, Cavabdeh1 Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini icrası üçün zamin durmuşdur. Cavabdeh2 bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. xx.xx.20217-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli 66-15 saylı kredit müqaviləsi restrukturizasiya edilmiş, Cavabdeh2 1560,79 ABŞ dolları (bir min beş yüz altmış ABŞ dolları 79 sent) əsas, 640,54 ABŞ dolları (altı yüz qırx ABŞ dolları 54 sent) faiz və 578,87 ABŞ dolları (beş yüz yetmiş səkkiz ABŞ dolları 87 sent) cərimə, cəmi 2780,2 ABŞ dolları (iki min yeddi yüz səksən ABŞ dolları 2 sent) məbləğində pulu illik 8% faizlə xx.xx.2020-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2017-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli 66-15 saylı zaminlik müqaviləsi üzrə öhdəliyin icra edilməsinə 14 aprel 2017-ci il tarixli 01 nömrəli əlavə sazişlə müəyyən edilmiş şərtlərlə yerinə yetirilməsinə görə zamin olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 472.2-ci maddəsinə əsasən zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, öhdəliyin təminatı kimi çıxış etmiş zamin Cavabdeh1 borclu Cavabdeh2 ilə birlikdə İddiaçı ASC-i qarşısında eyni həcmdə məsuliyyət daşıdığından, İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tələbini öz seçimi ilə zaminə qarşı və ya borcluya qarşı, yaxud onların hər ikisinə qarşı irəli sürmək hüququna malik olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.1, 477.0.2, 477.0.3, 477.0.4-cü maddələrinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırki iş üzrə xx.xx.2015-ci il tarixli 66-15USD saylı kredit müqaviləsi üzrə Cavabdeh1 zaminliyinə xitam verilməsinə qanuni əsaslar müəyyən olunmuşdur. Belə ki, xx.xx.2015-ci il tarixli 66-15USD saylı kredit müqaviləsi üzrə öhdəliyin icrası müddəti 18 ay müəyyən edildiyi və kredit müqaviləsinə xx.xx.20217-ci il tarixli əlavə sazişə görə xx.xx.2020-ci il bitmə tarixindən iki ildən artıq müddət keçməsinə baxmayaraq İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh zamin Cavabdeh1 qarşı iddia irəli sürmüşdür. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4cü maddəsinin tələbi baxımından zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmək hüququna malikdir. Həmin müddət ərzində kreditorun zaminə qarşı iddiası irəli sürülmədiyindən məhkəmə hesab edir ki, zaminliyə xitam verilməlidir. Məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsi nəticəsində xx.xx.2015-ci il tarixli 66-15 saylı kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 01 nömrəli əlavə saziş üzrə gecikdirməyə görə hesablanmış 1323,79 ABŞ dolları məbləğində cərimə azaldılmalıdır. Belə ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli 66-15 saylı kredit müqaviləsinin və xx.xx.2017-ci il tarixdə həmin kredit müqaviləsi üzrə əlavə sazişin bağlanmasına və həmin sazişin şərtlərinə görə borcalan Cavabdeh2 tərəfindən vaxtında ödəniş aparılmaması nəticəsində vaxtından əvvəl borcun ödənilməsini kreditor İddiaçı ASC-nin tələb etmək hüququnun olmasına baxmayaraq, müqavilənin bağlandığı tarixdən və cavabdehin kredit müqaviləsi üzrə borcun gecikdirilməsini bildiyi vaxtdan xeyli müddət keçdikdən sonra iddiaçı əsas, faiz borcun və cərimənin ödənilməsini tələb etmiş, bu da ki, tənasübsüz surətdə yüksək dəbbə pulunun əmələ gəlməsinə əsas yaratmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin faktiki hallarını nəzərə alıb belə bir nəticəyə gəlir ki, məhkəmə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bildiyindən, öhdəliyin vaxtında icra edilməməsinə görə xx.xx.2015-ci il tarixli 66-15 saylı kredit müqaviləsi və xx.xx.2017-ci il tarixdə həmin kredit müqaviləsi üzrə əlavə saziş üzrə gecikdirməyə görə hesablanmış 1323,79 ABŞ dolları məbləğində cərimə tənasübsüz surətdə yüksək dəbbə pulu hesab olunmalı, buna görə də tələb olunan cərimə 100 ABŞ dolları məbləğinədək azaldılmalı, iddia bu hissədə qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 53 manat 92 qəpik məbləğində dövlət rüsumundan ibarətdir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 378,20 (üç yüz yetmiş səkkiz ABŞ dolları 20 sent) ABŞ dolları əsas, 240,72 (iki yüz qırx ABŞ dolları 72 sent) faiz, 100 (yüz ABŞ dolları) cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 52,25 ABŞ dolları (əlli iki ABŞ dolları 25 sent) faiz borcu olmaqla, cəmi 771,17 (yeddi yüz yetmiş bir ABŞ dolları 17 sent) ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan Respublikası manatının məzənnəsi ilə hesablanaraq pul alınıb İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3-cü maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Gecikdirilməyə görə hesablanmış 1323,79 ABŞ dolları məbləğində cərimə 100 ABŞ dolları məbləğinədək azaldılsın. Cavabdeh2 378,20 ABŞ dolları (üç yüz yetmiş səkkiz ABŞ dolları 20 sent) məbləğində əsas, 240,72 ABŞ dolları (iki yüz qırx ABŞ dolları 72 sent) məbləğində faiz,100 ABŞ dolları ( yüz ABŞ dolları) məbləğində cərimə və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 52,25 ABŞ dolları (əlli iki ABŞ dolları 25 sent) faiz borcu olmaqla, cəmi 771,17 ABŞ dolları (yeddi yüz yetmiş bir ABŞ dolları 17 sent) məbləğində ödəniş gününə Azərbaycan Respublikası manatının məzənnəsi ilə hesablanaraq pul alınıb İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilsin. Cavabdeh2 dövlət rüsumu üçün ödənilmiş 53 manat 92 qəpik məbləğində pul alınaraq İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilsin. Cavabdeh1 qarşı olan iddia təmin edilməsin. Qətnamədən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-1034/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1034/2023
03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver