Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-1046/2024 25.06.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı Azərbaycan Beynəlxalq Bank ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində baxaraq məhkəmə, Müəyyənetdi: İddiaçı Azərbaycan Beynəlxalq Bank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə borcun tutulmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Azərbaycan Beynəlxalq Bank ASC Cavabdeh qarşı digər kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Göyçay rayon Məhkəməsinə müraciət edərək müraciət etmişdir. Mülki iş Göyçay rayon Məhkəməsinin hakimi X1 icraatındadır. Məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Beynəlxalq Bank ASC-nin oğlunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi ilə məhkəmənin digər hakimin icraatında olan Azərbaycan Beynəlxalq Bank ASC-nin oğlunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi eyni növlü işlərdir. Aşağıdakı göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki işlər bir icraata birləşdirilməli, bir icraatda baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin - 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Beynəlxalq Bank ASCnin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbi ilə, Azərbaycan Beynəlxalq Bank ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbi bir-biri ilə əlaqəli olduğundan, mülki iş baxılması üçün Göyçay rayon Məhkəməsinin hakimi X2 verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Beynəlxalq Bank ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbi ilə, Azərbaycan Beynəlxalq Bank ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbi bir-biri ilə əlaqəli olduğundan, mülki iş baxılması üçün Göyçay rayon Məhkəməsinin hakimi X2 verilsin. HAKİM: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(046)-1046/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-1046/2024
25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver