Məhkəmə qərarları › İş №e-2(046)-1171/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1171/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1171/2024 20.06.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2023/00001EG-4432 №-li kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 32%hesablanmaq şərti ilə 1453 manat məbləğində kredit verilmişdir.Kredit müqaviləsi öhdəliyin təminatı olaraq İddiaçı BOKT ASC ilə digər Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli,2023/00001EQ-Z4432№-li zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı BOKT ASC-nin xeyrinə kredit müqaviləsinə əsasən 1269 manat məbləğində qalıq, ona hesablanmış 362 manat 78 qəpik məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 352 manat 35 qəpik məbləğində dəbbə pulu olmaqla, cəmi 1984 manat 13 qəpik borcun və dövlət rüsumu kimi ödənilmiş 40 manat məbləğində pulun tutulmasını tələb etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi üçün cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq cavabdehlər kredit borcu və ona hesablanmış faizləri qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehlərə iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə göndərilmiş, işə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən xx.xx.2024-cü il tarixdə bildiriş Cavabdeh1 və xx.xx.2024-cü il tarixdə bildiriş Cavabdeh2 çatdırılmışdır. Cavabdeh2 bildirişi rəsmi qaydada aldıqı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Cavabdeh X1 məhkəməyə ərizə ilə müraciət etmişdir. Ərizədə göstərmişdir ki, hazırda heç bir yerdə işləmir, əmək pensiyası alır. Aylıq təqaüdü 494 manatdır. Onun bu günki tarixə contact home mağazasına 202 manat aylıq krediti var. Özü ürək və əsəb xəstəsi kimi müalicə olunur. İddiaçı ASC-nin kiçik iddia ərizəsinə əsasən qeyd edildiyi kimi o və Cavabdeh1 aldığı kredit müqaviləsinə zaminliyi var. Cavabdeh1 və həyat yoldaşı X2 halhazırda işləyirlər və normal əmək haqqı alırlar. Onun isə tədaüddən başqa gəlir yeri yoxdur. Həyat yoldaşı 2003-cü ildə vəfat edib, o tək yaşayır. O bu işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən iddiaçının təqdim etdiyi sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixinə 1269 manat məbləğində qalıq, ona hesablanmış 362 manat 78 qəpik məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 352 manat 35 qəpik məbləğində dəbbə pulu olmaqla, cəmi 1984 manat 13 qəpik borcu vardır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə İddiaçı BOKT ASC arasında zaminlik müqaviləsi bağlanmış, Cavabdeh2 kredit alan Cavabdeh1 İddiaçı BOKT ASC qarşısında öhdəliyin yerinə yetirilməsinə görə borclu ilə eyni həcmdə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icr-a edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741.1-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Məhkəmə hesab edir ki,tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2023/00001EG-4432 №-li kredit müqaviləsinə əsasən borcalan Cavabdeh1 tərəfindən vaxtında ödəniş aparılmaması nəticəsində vaxtından əvvəl borcun ödənilməsini kreditor İddiaçı BOKT ASC-nin tələb etmək hüququnun olmasına baxmayaraq, müqavilənin bağlandığı tarixdən və cavabdehin kredit müqaviləsi üzrə borcun gecikdirilməsini bildiyi vaxtdan xeyli müddət keçdikdən sonra iddiaçı əsas, faiz borcun və dəbbə pulunun ödənilməsini tələb etmiş, bu da ki, tənasübsüz surətdə yüksək dəbbə pulunun əmələ gəlməsinə əsas yaratmışdır. Məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsi nəticəsində xx.xx.2023-cü il tarixli, 2023/00001EG-4432 №-li kredit müqaviləsi üzrə gecikdirməyə görə hesablanmış 352 manat 35 qəpik məbləğində dəbbə pulu azaldılmalıdır. Belə ki,Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin faktiki hallarını nəzərə alıb belə bir nəticəyə gəlir ki, öhdəliyin vaxtında icra edilməməsinə görə xx.xx.2023-cü il tarixli, 2023/00001EG-4432 №-li kredit müqaviləsi üzrə gecikdirməyə görə hesablanmış 352 manat 35 qəpik məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək dəbbə pulu hesab olunmalı, buna görə də tələb olunan dəbbə pulu 126 manat məbləğinədək azaldılmalı, iddia bu hissədə qismən təmin olunmalıdır. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı BOKT ASC-i ilə Cavabdeh1 arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh1 kredit müqaviləsi ilə aldıqlarını İddiaçı BOKT ASC-nə qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2023-cü il tarixli, 2023/00001EQ-Z4432№-li saylı zaminlik müqaviləsi üzrə Cavabdeh2 İddiaçı BOKT ASC-i qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıdığından, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı BOKT ASC-nin xeyrinə kredit müqaviləsinə əsasən 1269 manat məbləğində qalıq, ona hesablanmış 362 manat 78 qəpik məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 126 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 1757 manat 78 qəpik məbləğində pul alınaraq İddiaçı BOKT ASC-nə verilməli, bununla da iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 40 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 40 manat dövlət rüsumu cavabdehlərdən tutularaq İddiaçı BOKT ASC-nə verilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3-cü maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Gecikdirilməyə görə hesablanmış 352 manat 35 qəpik məbləğində dəbbə pulu 126 manat məbləğinədək azaldılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli, 2023/00001EG-4432 №-li kredit müqaviləsi üzrə 1269 manat məbləğində qalıq, ona hesablanmış 362 manat 78 qəpik məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 126 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 1757 manat 78 qəpik məbləğində pul alınıb İddiaçı BOKT ASC-nə verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dövlət rüsumu üçün ödənilmiş 40 manat məbləğində pul alınaraq İddiaçı BOKT ASC-nə verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar