Məhkəmə qərarları › İş №e-2(046)-1237/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1237/2025

18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1237/2025 18.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi ilə, iddiaçı LPO Atabank ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: LPO Atabank ASC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1960.55 manat əsas kredit borcunun, 95.23 manat faiz borcunun, 58.05 manat illik beş faiz olmaqla cəmi 2113.83 manat borcun və 42 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddiaçı LPO Atabank ASC-nin cavabdehlər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Cavabdeh2 məhkəməyə müraciət edilənədək vəfat etməsi ilə əlaqədar Cavabdeh2 qarşı qaldırılan hissədə xitam verilmişdir. İddiaçı LPO Atabank ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı LPO Atabank ASC tələbi belə əsaslandırmışdır ki, Cavabdeh2 ilə LPO Atabank ASC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 1 faiz olmaqla 60 ay müddətinə 1969 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə LPO Atabank ASC arasında xx.xx.2019cu il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdeh2nun banka cəmi 2113.83 manat kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 42manat dövlət rüsumu ödəmişdir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, LPO AtaBank ASC ilə Cavabdeh2 arasında illik 1 faiz olmaqla 60 ay müddətinə 1969 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 ilə LPO AtaBank ASC arasında zaminlik müqaviləsi bağlanmış, Cavabdeh1 kredit alan Cavabdeh2nən borc məbləğinə görə LPO AtaBank ASC qarşısında öhdəlik götürmüşdür. Təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh2 ilə LPO AtaBank ASC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 1 faiz olmaqla 60 ay müddətinə 1969 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi və Cavabdeh1 ilə LPO AtaBank ASC arasında xx.xx.2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 bank qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün iddiaçı LPO Atabank ASC-nin ona və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbi ilə xx.xx.2025-ci il tarixdə Göyçay rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh2 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddiaçı LPO Atabank ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Cavabdeh2 məhkəməyə müraciət edilənədək vəfat etməsi ilə əlaqədar olaraq ona qarşı qaldırılan hissədə xitam verilmişdir . Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdeh zamin Cavabdeh1 tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı ərizə ilə məhkəməyə müraciət etdiyi zaman 42 məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 42 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, LPO AtaBank ASC-nin iddiası təmin edilməli, Cavabdeh1 1960.55 manat əsas kredit borcu, 95.23 manat faiz borcu, 58.05 manat illik beş faiz olmaqla cəmi 2113.83 manat kredit borcu və 42 manat dövlət rüsumu alınaraq LPO AtaBank ASC-yə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 1960.55 manat əsas kredit borcunun, 95.23 manat faiz borcunun, 58.05 manat illik beş faiz olmaqla cəmi 2113.83 manat borcun və 42 manat dövlət rüsumu alınaraq LPO AtaBank ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar