Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1254/2025 23.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X2, Cavabdeh3 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin ləğv olunması, cavabdehlərin fərdi yaşayış evindən çıxarılması və əmlakın boşaldılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanmış Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsini, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 57.2 kv.m, yaşayış sahəsi 40 kv/m, yardımçı sahəsi 17.2 kv.m olan 3 otaqlı fərdi yaşayış evi və ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.0424 ha olan torpaq sahəsindən Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 çıxarılmasını, əmlakın boşaldılması və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsini və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh3 ilə İddiaçı QSC arasında xx.xx.2022-ci il tarixində AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi (Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiqlənmişdir) bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan Göyçay şəhəri, Şirvani küçəsi, 4 ünvanında yerləşən, ümumi sahəsi 57.2 kv.m, yaşayış sahəsi 40 kv/m, yardımçı sahəsi 17.2 kv.m olan 3 otaqlı fərdi yaşayış evi və ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.0424 ha olan torpaq sahəsi alıcı Cavabdeh3 14200 manat (on dörd min iki yüz) qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh3 ilkin olaraq 5500 (beş min beş yüz) manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Cavabdeh3 qalan 8700 (səkkiz min yeddi yüz) manat məbləği isə xx.xx.2024-cü il tarixinədək hər 3 aydan bir dəfə 1000 (min) manat olmaqla 8 dəfə və sonuncu ödənişi isə 700 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Lakin alıcı tərəfindən müqavilədə nəzərdə tutulmuş tarixlərdə yalnız 10000 manat ödəniş edilmiş, qalan məbləğ ödənilməmişdir. AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən həmin əmlaka dair xx.xx.2021-ci il qeydiyyat tarixli, daşınmaz əmlakın **********34- 10301 reyestr nömrəli elektron çıxarış verilmişdir. Forma 2 arayışından və AR DİN-in BPQMİnin MAPS şöbəsi tərəfindən verilən arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadırlar. Cavabdeh3 nisyə alqı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği Banka ödəməmişdir. Bununla da Cavabdeh3 nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyi bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam etmişdir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 19-cu bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh3 xx.xx.2025-ci il tarixində müqavilənin ləğv edilməsinə dair təklif göndərilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh təklifə cavab verməmişdir. İş üzrə İddiaçı QSC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh3 iddianı qəbul edərək göstərmişdir ki, İddiaçı QSC-nə faiz məbləğinə görə borcu 14200 manat olmuş, ondan ödənişlər etmişdir. Hal-hazırda qalan məbləği tam ödəməyə maddi imkanı yoxdur. İddiaçı QSC-nə olan borcunu hissə-hissə ödəməyə maddi imkanı çatır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarına əlavə edilmiş: “Elektron notariat” X1 vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair çıxarışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatdadır. İddiaçı QSC tərəfindən Cavabdeh3 göndərilmiş müqavilənin ləğvinə dair təklifdən görünür ki, Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün bank tərəfindən məhkəməyə müraciət ediləcəyi, məhkəmə xərclərinin tutulacağı bildirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən edilmiş çıxarışdan görünür ki, ünvan 2-də yerləşən ümumi sahəsi 57.20 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət kimi xx.xx.2021-ci ildə İddiaçı QSC-nin adına qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC mülkiyyətində olan Göyçay şəhəri, Şirvani küçəsi, 4 ünvanında yerləşən, ümumi sahəsi 57.2 kv.m, yaşayış sahəsi 40 kv/m, yardımçı sahəsi 17.2 kv.m olan 3 otaqlı fərdi yaşayış evi 14.000 manata Cavabdeh3 satmış, Cavabdeh3 ilkin olaraq 5500 (beş min beş yüz) manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabına ödəmiş, qalan 8700 manat məbləği isə xx.xx.2024-cü il tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı AccessBank» QSC ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək evi cavabdehin sahibliyinə vermişdir. Cavabdeh isə aldığı evin dəyərini müəyyən edilmiş müddət ərzində ödəməməklə, üzərinə düşən öhdəliyi pozmuşdur. Məhkəmə Cavabdeh3 İddiaçı QSC-in qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə iddiaçının alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əşyanın qaytarılmasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı AccessBank» QSC Cavabdeh3 xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin predmeti olan fərdi yaşayış evindən çıxarılmasını, əmlakın boşaldılmasını və təhvil verilməsini tələb etməkdə haqlıdır. Müqavilənin ləğv edilməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir... O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir... İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır”. Digər tərəfdən müqavilənin əhəmiyyətli dərəcədə pozulmasına görə birtərəfli qaydada məhkəmədənkənar ləğvinin mümkün sayılması, bütün hallarda bildiriş göndərildiyi andan müqavilənin ləğv edilməsi anlamına gəlmir. Bir çox halda müqavilənin ləğvi barədə iradə ifadəsini kontragent qəbul etmir, müqavilənin ləğvi üçün əsasların olmadığını (ləğvetmənin müqaviləyə, yaxud qanuna uyğun həyata keçirilmədiyini və s.) bildirir və həmin xüsusatlarla bağlı mübahisə yaranır. Bu hallarda ortaya çıxan mübahisəni məhkəmə həll etməlidir. Məhkəmə hesab edir ki, müqavilənin məhkəmədənkənar ləğvi faktı öz təsdiqini tapmışdır. Belə ki tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtləri cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulmuş və ona həmin müqavilənin ləğv edilməsinə dair iddiaçı tərəfindən təklif göndərilmiş, cavabdeh təklifi almağına baxmayaraq buna dair etirazını bildirməmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddia tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 57.2 kv.m, yaşayış sahəsi 40 kv/m, yardımçı sahəsi 17.2 kv.m olan 3 otaqlı fərdi yaşayış evindən və ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.0424 ha olan torpaq sahəsindən çıxarılsın, əmlak boşaldılsın və İddiaçı QSC-nə təhvil verilsin. Dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat məbləğində pul Cavabdeh3 tutularaq İddiaçı QSC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №e-2(046)-1254/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1254/2025
23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver