Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1262/2022 11.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, iddiaçı RabitəBank ASC-nin Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: RabitəBank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 kredit müqaviləsi üzrə 814.34 manat əsas kredit borcun, 0.62 manat faiz borcu olmaqla, cəmi 814.96 manat kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0.32 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı RabitəBank ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılması və tələbin təmin edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı RabitəBank ASC tələbi belə əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə RabitəBank ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh1 illik 01 faiz olmaqla 60 ay müddətinə 1607.08 manat kredit verilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 kredit müqaviləsi üzrə cəmi 814.96 manat borcu yaranmışdır. Müqavilələrdən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icrasını təmin etmək məqsədi ilə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, kredit üzrə borcun qaytarılması üçün heç bir tədbirlər görülməmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 iddianı qəbul edərək cavabdehə olan borcunu ödəyəcəyini bildirmişdir. İş üzrə cavabdehi dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2019-ci il tarixli kredit müqaviləsindən görünür ki, RabitəBank ASC ilə Cavabdeh1 arasında 60 ay müddətinə illik 01 faiz olmaqla 1607.08 manat məbləğində kredit verilməsinə dair müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 müqavilə üzrə cəmi 814.96 manat borcu vardır. Təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh1 kredit müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımı qaydada yerinə yetirməmiş, müqavilə şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçı RabitəBank ASC məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 0.32 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, RabitəBank ASC-nin iddiası təmin edilməli, Cavabdeh1 kredit müqaviləsi üzrə 814.34 manat əsas kredit borcu, 0.62 manat faiz borcu olmaqla, cəmi 814.96 manat kredit borcu, ödənilmiş 30 manat dövlət rüsumu və 0.32 manat xidmət haqqı tutularaq RabitəBank ASC-nin hesabına ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 kredit müqaviləsi üzrə 814.34 manat əsas kredit borcu, 0.62 manat faiz borcu olmaqla, cəmi 814.96 manat kredit borcu, ödənilmiş 30 manat dövlət rüsumu və 0.32 manat xidmət haqqı alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(046)-1262/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1262/2022
11.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver