Məhkəmə qərarları › İş №e-2(046)-1265/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-1265/2024

07.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-1265/2024 07.06.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi ilə, iddiaçı UniBank KB ASC Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması barədə sadələşdirilmiş icraat qaydasında ərizəsinə Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı UniBank KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə borcun və ödənilmiş dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə sadələşdirilmiş icraat qaydasında ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. E-məhkəmə sistemi çıxarışından görünür ki, ərizədə cavabdeh kimi qeyd edilmiş Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsi, ev 50, mənzil 10-da qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi UniBank KB ASC-nin iddia ərizəsi ərazi aidiyyəti üzrə Göyçay Rayon Məhkəməsində baxılmalı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəməyə təqdim edilmiş ********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, UniBank KB ASC tərəfindən Göyçay rayon Məhkəməsinin hesabına 30 manat dövlət rüsumu ödənilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 293, 263, 264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: İddiaçı UniBank KB ASC Cavabdeh qarşı pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. İddiaçı UniBank KB ASC tərəfindən ********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzlə Göyçay rayon məhkəməsinin hesabına ödənilmiş 30 manat dövlət rüsumu UniBank KB ASC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar