Məhkəmə qərarları › İş №e-2(046)-1268/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1268/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1268/2025 22.05.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X2, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kiçik iddia üzrə borcun tutulması tələbinə dair mülki işə Göyçay Rayon Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: "xxxx" ASC-nin Göyçay filialı ilə X8 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********47 saylı kredit müqaviləsinə əsasən X5 36 ay müddətinə olmaqla 2300 manat məbləğində nağd kredit verilmişdir.Daha sonra X3 müraciətinə əsasən kredit limiti artırılaraq 6700 manat məbləğində təyin edilmişdir. İddiaçı "xxxx" ASC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2021-ci il tarixli BPM**********47 saylı kredit müqaviləsinə əsasən 4707 manat 58 qəpik əsas borc , 86 manat 87 qəpik faiz borcu olmaqla,cəmi 4794 manat 45 qəpik məbləğində kredit borcunun, ödənilmiş 67 manat 94 qəpik dövlət rüsumunun və 40 qəpik xidmət haqqının ödənilməsini tələb etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, X8 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Göyçay rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 1056 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X6 adına vərəsəlik işi qanun üzrə vərəsəsi olan Cavabdeh tərəfindən verilmiş mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair ərizəsi əsasında açılmışdır. Bankın Göyçay filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X6 xx.xx.2021-ci il tarixli BPM**********47 saylı kredit müqaviləsinə əsasən 4707 manat 58 qəpik əsas borc və 86 manat 87 qəpik faiz borcu olmaqla, cəmi 4794 manat 45 qəpik məbləğində borcu qalmışdır. X1 qalmış mirası qəbul etməsinə baxmayaraq Cavabdeh ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən Cavabdeh iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə qeydiyyatda olduğu yer üzrə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən xx.xx.2025-ci il tarixdə çatdırılmış, lakin Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən iddiaçının təqdim etdiyi sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, X6 xx.xx.2021-ci il tarixinə 4707 manat 58 qəpik əsas borc borcu vardır. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki,X9 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İşə əlavə edilmiş Göyçay rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X6 vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair Cavabdeh ərizə ilə Göyçay rayon Notariat Ofisinə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" ASC ilə X8 arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, kredit müqaviləsi üzrə öhdəlik vaxtında yerinə yetirilmədiyindən, X6 vəfat etməsindən sonra miras əmlakı qəbul etmiş vərəsə Cavabdeh miras qoyanın borclarını tam ödəməlidir. Məhkəmə nəzərə alır ki, Cavabdeh Mülki Məcəllənin 1307-ci maddəsinin tələblərinə uyğun olaraq miras qoyanın borclarının mirasdan çox olduğunu təsdiq edən sübut təqdim etməmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə X3 yaranmış borcunu iddiaçı "xxxx" ASC-nə qaytarmalı, bununla da iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 67 manat 94 qəpik dövlət rüsumundan və 40 qəpik xidmət haqqından ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3-cü maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 4707 manat 58 qəpik əsas və 86 manat 87 qəpik faiz borcu olmaqla, cəmi 4794 manat 45 qəpik məbləğində pul alınıb iddiaçı "xxxx" ASC-nə verilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 67 manat 94 qəpik və 40 qəpik xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar