Məhkəmə qərarları › İş №e-2(046)-1272/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1272/2021

21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1272/2021 21.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 11.500 manat məbləğində pulun, 300 manat nümayəndəyə ödənilmiş pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək göstərmişdir ki, iddiaçı Bakı şəhərində geyim əşyalarının satışı ilə məşğul olur, iddiaçı 2018-ci ildə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə tanış olmuş və onlara satmaq üçün xeyli miqdarda geyim əşyaları vermiş, onlar həmin geyim əşyalarını bir neçə günə satıb pulunu ödəməyi iddiaçıya söz vermişlər. Lakin bu günədək həmin əşyaların pulunu iddiaçıya tam qaytarmamışlar. Cavabdehlər nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan aldıqları geyim əşyalarının dəyərini təşkil edən 11.500 manat borclu qalmışlar. Həmin pulu cavabdehlər qaytarmadıqlarına görə iddiaçı Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə müraciət etmiş, cavabdehlər 18-ci Polis Şöbəsində izahat verərək iddiaçıya olan borclarını etiraf etmişlər. Lakin, iddiaçı dəfələrlə borclarını ödəmələrini onlardan tələb etsə də müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınırlar. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsini dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia Cavabdeh2 Nurəddin oğluna qarşı qaldırılan hissədə qismən təmin, Cavabdeh1 Arif oğluna qarşı qaldırılan hissədə isə rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş Bakı şəhər Nərimanov rayon 18-ci polis şöbəsində izahat vermiş Cavabdeh1 Arif oğlu 21.07.2020-ci il tarixdə göstərmişdir ki, Cavabdeh2 çoxdan tanıyır, onunla eyni yerdə təhsil almışdır. Vüqar hazırda Göyçay rayonunda yaşayır. Göyçayda kişi geyim mağazası işlədir. İddiaçı Rövşəni də xeyli müddətdir ki, tanıyır. 2018-ci ilin aprel ayında dostu Vüqar ondan xahiş etmişdir ki, ona topdan kişi geyimləri satan tanış tapsın ki, onlar daimi bir nəfərlə işləsinlər. Rövşən isə kişi geyimləri satışı ilə məşğul olduğu üçün Rövşəni Vüqarla tanış etmişdir. Vüqar ondan 35.000 manat dəyərində kişi geyimlərin onun yanında almışdır. 1 ay sonra Vüqar ona 10.000 ABŞ dolları pul göndərmiş, həmin pulu Rövşənə vermişdir. Pulun qalan hissəsini isə Vüqar özü Rövşənə göndərmişdir. X1 təxminən 10.000 manat civarında borcu qalmışdır. Lakin Vüqarla əlaqə saxlamış, Vüqar həmin mallar satılmadığını bildirmişdir. Məhkəməyə təqdim edilmiş Bakı şəhər Nərimanov rayon 18-ci polis şöbəsində 06.08.2020-ci il tarixdə izahat vermiş Cavabdeh2 göstərmişdir ki, İddiaçı dostu Cavabdeh1 vasitəsi ilə 2017-ci ildən tanıyır. Onun Göyçay şəhərində paltar mağazası vardır. 2018-ci ilin oktyabr ayına kimi Rövşən mağazasını kişi geyimləri ilə təmin etmişdir. Son dəfə 300 ədəd gödəkcə göndərmişdir. Lakin həmin gödəkcələrin heç bir satılmadığı üçün həmin gödəkcələri Rövşənə geri qaytarmışdır. Rövşəndən 2018-ci ilin aprel ayında 35.000 manat dəyərində kişi geyimləri almışdır. Daha sonra 35.000 manatlıq kişi geyimləri satıldıqca Rövşənin pulunu ödənmişdir. Bu günə kimi isə həmin puldan Rövşənə 24.039 manatı qaytarmışdır. Lakin ölkədə Karantin olunduğu üçün satışları dayanmış və Rövşənin pulunu qaytara bilməmişdir. Hal-hazırda Rövşənə 10.961 manat borcu qalmışdır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh2 digər Cavabdeh1 vasitəsi ilə tanış olduğu İddiaçı 2018-ci ildə 35.000 manat dəyərində kişi geyimlərini nisyə almış, həmin puldan 24.039 manatı qaytarmış, iddiaçıya 10.961 manat borcu qalmışdır. İddiaçı məxsus 10.961 manat məbləğində pul vəsaiti Cavabdeh2 qanunsuz sahibliyindədir. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 qarşı qaldırılan hissədə təmin edilə bilməz. Ona görə ki, məhkəmə baxışı zamanı Cavabdeh1 İddiaçı qarşısında pul ödənilməsi ilə bağlı öhdəliyinin olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Аzərbaycan Рespublikası MM-nin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindən əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərədə tutulan müddətdə, müqavilədə belə müddət nəzərədə tutulmadıqda isə bu məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyat keçirilməlidir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh2 11.500 manat məbləğində pulun və 300 manat nümayəndəyə ödənilmiş pulun tutulmasına əsas verə bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində nümayəndəyə ödənilmiş 300 manat pulun tutulmasına əsas olan qəbzi iş materiallarına əlavə etmədiyindən, 300 manat pulun cavabdehdən tutulması əsassızdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 30 manat məbləğində pul Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 10.961 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 10.961 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İddia Cavabdeh1 qarşı qaldırılan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar