Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1294/2022 26.10.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədirliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bank VTB (Azərbaycan) ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6984.15 manat əsas kredit borcunun, 25.06 manat faiz borcu olmaqla, cəmi 7009.21 kredit borcunun və 102.09 manat dövlət rüsumunun tutularaq Bank VTB (Azərbaycan) ASC-nin hesabına keçirilməsi, borcun ipoteka predmeti olan Chevrolet Aveo markalı **-GD-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı Bank VTB (Azərbaycan) ASC -nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bank VTB (Azərbaycan) ASC tələbi belə əsaslandırmışdır ki, Cavabdeh ilə Bank VTB (Azərbaycan) ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh illik 01 faiz olmaqla 60 ay müddətinə 10.000 məbləğində kredit verilmişdir. Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında ipoteka müqaviləsi bağlanmış və cavabdeh mülkiyyətində olan Chevrolet Aveo markalı **-GD-*** dövlət nömrə nişanlı avtomobili kredit müqaviləsinin təminatı kimi iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh banka olan kredit borcunu qaytarmamışdır. Cavabdeh borclu olduğu əsas kredit borcundan qismən ödəniş etmiş, hazırda banka 7009.21 manat kredit borcu vardır. Buna görə də cavabdehdən borcun tutulması və tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq həraccda satılaraq kredit borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə baxışının yeri və vaxtı barədə qanunda nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş kredit müqaviləsindən görünür ki, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmış və Cavabdeh illik 01 faiz olmaqla 60 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Məhkəməyə təqdim edilmiş ipoteka müqaviləsindən görünür ki, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə ipoteka müqaviləsi bağlanmış və Cavabdeh mülkiyyətində olan Chevrolet Aveo markalı **-GD-*** dövlət nömrə nişanlı avtomobili müqavilənin təminatı kimi ipoteka ilə yüklü etmişdir. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh ilə Bank VTB (Azərbaycan) ASC arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh 60 ay müddətinə illik 01 faiz ödəməklə 10.000 manatməbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, öhdəliyin icrasından yayınmış, nəticədə kredit borcu yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyindən, iddiaçı cavabdehdən kredit borcunun ödənilməsini və borcun Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 102.09 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 90.09 manat dövlət rüsumu cavabdehlərə müştərək qaydada aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Bank VTB (Azərbaycan) ASC-nin iddiası təmin edilməli, Cavabdeh 6984.15 manat əsas kredit borcunun, 25.06 manat faiz borcu olmaqla, cəmi 7009.21 manat kredit borcu və 90.09 manat dövlət rüsumunun tutularaq Bank VTB (Azərbaycan) ASC-nin hesabına keçirilməli, kredit borcu ipoteka predmeti olan Chevrolet Aveo markalı **-GD-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməli, avtomobil açıq hərracda satılması nəticəsində əldə edilmiş məbləğdən Cavabdeh iddiaçı Bank VTB (Azərbaycan) ASC-yə olan kredit borcu ödənilməlidir. Şərh olununlara və Azərbayjan Respublikası MPM-nin 216, 220, 233, 357 və 362ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 6984.15 manat əsas kredit borcunun, 25.06 manat faiz borcu olmaqla, cəmi 7009.21 manat və ödənilmiş 90.09 manat dövlət rüsumu tutularaq iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin hesabına ödənilsin. Kredit borcu bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Chevrolet Aveo markalı **-GD-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilsin. İpoteka predmeti olan Chevrolet Aveo markalı **-GD-*** dövlət nömrə nişanlı avtomobil açıq hərracda satılması nəticəsində əldə edilmiş məbləğdən Cavabdeh iddiaçı Bank VTB (Azərbaycan) ASC-yə olan kredit borcu ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyindən 1 (bir) ay müddətində Göyçay rayon Məhkəməsinin vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(046)-1294/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1294/2022
26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver