Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-1335/2023 01.06.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X2 Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəyə baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə kredit müqaviləsi üzrə 769 manat 94 qəpik əsas, 11 manat 35 qəpik məbləğində faiz borcunun, iddianın veriməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə İddiaçı ASC-nin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “AZEMİS” X1 şəxsi məlumatlar bölməsindən çıxarışdan görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.2.2-ci maddəsinə əsasən iddiaçının,onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə),cavabdehin soyadı,adı,atasının adı ,yaşayış yeri (həm faktiki,həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda-iş yerinin ünvanı,telefon nömrələri,o cümlədən mobil telefon nömrələri,elektron poçt ünvanı,həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN,əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin,xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə,yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır.Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə qeyd olunanları nəzərə alıb, məhkəmə hesab edir ki, İddiaçı ASC (prosessual hüquq qabiliyyəti xətm edilmiş) vəfat etmiş şəxs Cavabdeh2 qarşı iddia ərizəsi verdiyindən,iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə birlikdə geri qaytarılmalı,iddiaçıya izah olunmalıdır ki, əgər mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verərsə,ölmüş şəxsin hüquqi varisini müəyyən edərək ona qarşı iddia qaldırmaq hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, əgər mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verərsə,ölmüş şəxsin hüquqi varisinə qarşı iddia qaldırmaq hüququna malikdir Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-1335/2023
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-1335/2023
01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver