Məhkəmə qərarları › İş №e-2(046)-1338/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1338/2024

31.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1338/2024 31.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq , müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Göyçay Rayon Məhkəməsinin 2(046)-659/2021-saylı, 30 aprel 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq hər ay 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment alınaraq onun xeyrinə tutulması barədə və mediasiya üçün ödənilmiş 61 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-659/2021-saylı, 30 aprel 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh ilə aralarında xx.xx.2013-cü il tarixdə Göyçay rayonu Qeydiyyat Şöbəsində 60 №-li qeyd ilə bağlanmış nikahın pozulması, xx.xx.2013-cü il tarixdə anadan olmuş X4 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 onun yanında saxlanılması və xx.xx.2021-ci il tarixdən etibarən xx.xx.2013-cü il tarixdə anadan olmuş X1 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə verilməsi qət edilmişdir. Hesab edir ki, aşağıda şərh olunan beynəlxalq və milli qanunvericilik aktı normalarının, o cümlədən Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin tələblərinə əsasən birgə nikahlarından doğulmuş və yetkinlik yaşlarına çatmamış uşaqların mənafelərini və onların böyüdükcə artan tələbatını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması şərtlərini, cavabdehin fərdi əməklə məşqul olması və qazancının artması, İddiaçı heç bir yerdə işləməməsi və azyaşlı uşaqların saxlanılması üçün artan tələbatını təkbaşına ödəyə bilməməsi nəzərə alınmalı, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Göyçay Rayon Məhkəməsinin 2(046)-659/2021-saylı, 30 aprel 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh onun xeyrinə tutulan alimentin miqdarı artırılmalı və Cavabdeh onun xeyrinə hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat məbləğində aliment tutulmalıdır. O alimentin artırılması tələbi ilə bağlı mediasiyaya müraciət etmiş, Şəki 1 saylı mediasiya təşkilatı tərəfindən X10 mediator təyin edilmişdir. Onlar ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin onlardan heç biri ilkin mediasiya sesiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməyiblər. Bu səbəbdən mediator Rauf Abdullayev tərəfindən ona ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 30 aprel 2024-cü il tarixli arayış verilmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, Cavabdeh tutulan alimentin miqdarı uşaqların saxlanmasına kifayət etmir. Övladı Laləzər doğulandan xəstədir. Hal-hazırda Şəmkir rayon xəstəxanasındadır və orada müalicə alır. Xəstə övladına və digər övladı Fatiməyə baxdığı üçün heç bir yerdə işləyə bilmir. Fatimə Süleymanlı məktəbə hazırlaşdığına görə əlavə olaraq müəllim yanına gedir. Uşaqlar böyüdüyündən onların maddi tələbatları da artmışdır. Ödənilən cəmi 200 manat aliment onların aylıq xərclərini ödəmir. İddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, o heç bir yerdə işləmir. Hər uşağa 100 manat, cəmi 200 manat alimenti çətinliklə ödəyir. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(046)-659/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, iddiaçı X5 ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə Göyçay rayonu Qeydiyyat Şöbəsində 60 №-li qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2013-cü il tarixdə anadan olmuş X1 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 iddiaçı X3 yanında saxlanılması ,xx.xx.2021-ci il tarixdən etibarən xx.xx.2013-cü il tarixdə anadan olmuş X1 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 xeyrinə verilməsi qət edilmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixdə mediator tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Rafael qızına ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. İlkin mediasiya sessiyası ilə bağlı 60 manat mediasiya xərci İddiaçı Rafael qızı tərəfindən ödənilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il tarixdə X4 və xx.xx.2017-ci il tarixdə X6 adlı uşaqları anadan olmuşdur. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları,bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı,onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına,inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında verilmiş şərhə görə, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərlən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndinə görə uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır(«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq,qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Məhkəmə nəzərə çatdırır ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən,aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənidən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarı dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti,diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla,uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İşin müəyyən olunmuş hallarına görə aliment müəyyən olunan vaxtdan sonra uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu artırılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsi İddiaçı maddi vəziyyətində dəyişikliyin olmasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, İddiaçı maddi vəziyyətində dəyişikliyin olması nəzərə alınmalı, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il tarixdə X2 yaşlarının artması ilə maddi tələbatlarının artması, son nəticədə onların himayəsində olduğu ana iddiaçının maddi vəziyyətinə təsir etməsi kimi qiymətləndirilməli və bu cür təsir səbəbindən aliment məbləği dəyişdirilməyəcəyi halda uşaqların üstün mənafeləri pozulmuş olar və onların minimum tələbatlarının ödənilməsinə imkan verməyə bilər. Ona görə də məhkəmə «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında verilmiş şərhi də nəzərə alıb, hesab edir ki, müəyyən olunmuş aliment məbləği dəyişdirilərək yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın olmalı, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il tarixdə X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamənin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanmalı, bununla da iddia qismən təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən və alimentin miqdarının artırılması tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, mediasiya xərcinin yarısı Cavabdeh alınaraq İddiaçı verilməli, dövlət rüsumu cavabdehdən alınaraq dövlət nəfinə verilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(046)-659/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il tarixdə X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Məhkəmə xərcləri cavabdehə aid edilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu 62 manat məbləğində pul Cavabdeh alınaraq dövlət nəfinə keçirilsin. Mediasiya xərci bərabər şəkildə tərəflərə aid edilsin. Cavabdeh 60 manat mediasiya xərcinin yarısı 30 manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar