Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1339/2024 22.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı AqrarKredit QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Şıxaliyeva Nətavan Ömər qızına qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Şıxaliyeva Nətavan Ömər qızından müştərək qaydada cəmi 1466.33 manat borcun və 34.66 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı QSC-nin nümayəndəsi X5 iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına (bundan sonra – İddiaçı QSC) keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı X3 "xxxx" ASC-yə olan problemli borcunuz üzrə tələb hüququ da xx.xx.2017-ci il tarixli S-FK-GEK-62 saylı təhvil-təslim Aktıəsasında İddiaçı QSC-yə ötürülmüşdür. Bildiririk ki,"xxxx" ASC ilə X6 arasında bağlanmış 15 aprel 2015-ci il tarixli 202 nömrəli kredit müqaviləsinə əsasən X4 istehlak məqsədi üçün 36 ay müddətinə illik 25 faizlə 1700 manat kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Lakin kredit müqaviləsinin şərtlərinə cavabdehX6 tərəfindən əməl olunmamış, kreditin və ona hesablanmış faizlərin hesablanması gecikdirilmişdir.Bununla da cavabdeh kredit müqaviləsinin şərtləriniəhəmiyyətli dərəcədə pozmuşdur. Məlumata əsasən X7 2015-ciil tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Göyçay rayon İcra Hakimiyyəti Başçısının Şəhadət kəndİnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 17aprel2024-cu il tarixli 5-46-36/2-18/2024 saylıarayışına əsasən X7 vəfat etdikdən sonra onun ailə üzvləri Qaçayeva (Şıxalıyeva) Nətavan Ömərqızı və Cavabdeh1 onun hüquqi varisi olmuşdur. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Şıxaliyeva Nətavan Ömər qızı iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək İddiaçı QSC-nin onlara qarşı ümumilikdə 1466.33 manat kredit borcunun qaytarılması tələbi üzrə müddət bitdiyindən, tələbin rədd edilməsini xahiş etmişdir. İş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında illik 25 faiz olmaqla 36 ay müddətinə 1700 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun tələb hüququ İddiaçı QSC-nə güzəşt edilmişdir. Məhkəmə hesab edir ki, kredit müqaviləsinin bağlandığı tarixin xx.xx.2015-ci il, qüvvədə olma müddətinin isə xx.xx.2018-ci il tarix olduğu əsas götürülərsə, iddia tələbi üzrə qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış hesab edilməlidir. Təqdim edilmiş Göyçay rayon İcra Hakimiyyəti Başçısının Şəhadət kənd İƏDÜNnin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X1 2015-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra ailə üzvləri olan cavabdehlər Cavabdeh1 və Şıxaliyeva Nətavan Ömər qızı hüquqi varisidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə vərəsələr ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığı götürənlər) sayılırlar. Həmin Məcəllənin 1243.1.-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2.-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3.-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafeylərini alınmış aktivdə özlərində hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. X1 ilə İddiaçı QSC arasında bağlanmış kredit müqaviləsi xx.xx.2018-ci il tarixdə bağlanmış, X6 2015-ci il tarixdə vəfat etmişdir. X1 ilə İddiaçı QSC arasında bağlanmış kredit müqaviləsi xx.xx.2018-ci il tarixədək qüvvədə olmuşdur. İddiaçı tərəf isə xx.xx.2024cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək X1nun hüquqi varisləri cavabdehlər Cavabdeh1 və Şıxaliyeva Nətavan Ömər qızından kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddia qaldırdığından, üç illik iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376.-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Şıxaliyeva Nətavan Ömər qızından müştərək qaydada 1466.33 manat kredit borcunun və 34.66 manat məbləğində dövlət rüsumunun tutulması barədə tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilməsin. İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Şıxaliyeva Nətavan Ömər qızından müştərək qaydada 1466.33 manat kredit borcunun və 34.66 manat məbləğində dövlət rüsumunun tutulması barədə tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №e-2(046)-1339/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1339/2024
22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver