Məhkəmə qərarları › İş №e-2(046)-1355/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1355/2024

17.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1355/2024 17.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilə dəymiş maddi ziyana görə 14090 (on dörd min doxsan) manat pulun tutularaq ona ödənilməsi və tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilə dəymiş maddi ziyana görə 14090 (on dörd min doxsan) manat, sağlamlığa dəymiş ziyanla bağlı isə 9645 (doqquz yüz altı min qırx beş) manat pulun tutularaq ona ödənilməsi və tərəfindən ödənilmiş 250 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh onun tanışıdır, hərdən bir cavabdehlə ona məxsus olan “Ford Transit” markalı ** UG *** dövlət nömrə nişanlı avtomobili ilə Astara rayonundan meyvə-tərəvəz alıb Bakı şəhərində satmaq üçün aparmışdır. Hadisə günü də - 10 noyabr 2023-cü il tarixdə maşında o, cavabdeh və onuna azyaşlı oğlu olmuşdur. Ələt-Astara yolu ilə üzü Astara rayonu istiqamətində olarkən Salyan rayonu ərazisində yorulduğundan Fuadın sükan arxasına keçməsinə icazə vermişdir. Saat 13:30-da yolu Masallı rayonu ərazisindən keçdikdə uzaqdan qarşıdan sağ zolaqla “KAMAZ 65115” markalı ** XZ *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin hərəkətdə olduğunu görmüşdür. Cavabdeh həmin Kamaza çatdıqda sol zolağa keçmədiyindən yük avtomaşının arxasına çırpılmışdır. Hadisə ani baş vermişdir. Hadisə zamanı o və cavabdehin oğlu Murad xəsarət almışlar. Həmin vaxt ordan keçən X7 maşını onları Masallı RMX-na aparmışdır və onlara orda ilkin tibbi yardım göstərilmişdir. Hadisə nəticəsində onun sağ ayağı sındığından əməliyyat olunmuşdur. Hadisə cavabdehin avtomobili yüksək sürətlə idarə etməsi nəticəsində baş vermişdir. Hazırda ev şəraitində müalicə olunur. Avtomaşın isə tamamilə yararsız haldadır. Bu hadisədən ona xeyli miqdarda maddi ziyan dəymişdir. Maddi ziyan ödənmədiyindən təqsirləndirilən şəxs olan cavabdehlə barışmamışdır. Yararsız hala düşmüş avtomobilə 10 noyabr 2023-cü il tarixdə avtomobil ustası X3 tərəfindən baxış keçirilərkən maddi ziyanın dəyəri 14090 manat məbləğində müəyyən olunmuşdur. Belə ki, sağ orta kapot 230 manat, qabaq sağ qapı 350 manat, bütöv kuza hissəsi 2500 manat, qabaq sağ peredok hissəsi 1200 manat, sağrama 1000 manat, sağ qabaq krel 140 manat, şit 450 manat, rolun airebaqı 120 manat, alın şüşəsi 220 manat, sürətlər qutusunun hissəsi 400 manat,qabaq bufer 220 manat, fara sağ 160 manat, sağ oturacaq 110 manat, bir ədəd təkər 120 manat, bir ədəd disk 70 manat, kardon zbor 350 manat olmaqla, dəmirçi işi 2500 manat, rəngsaz işi 1500 manat, elektrik işi 600 manat, rəng avadanlığı 350 manat, çilingər işi 1500 manat, cəmi 14090 manat qiymətləndirilmişdir. Avtomobilə dəymiş ziyandan başqa müalicəyə müayinə xərcləri də mövcuddur. Təkcə müayinə üçün getdiyi X6 85 manat dəyərində həkim və rentgen müayinəsində olmuşdur. Daha sonra onu 11 noyabr 2023-cü il tarixdə təcili əməliyyata alaraq Spinal anesteziya altında “Sağ ayaq sümüyü 1 ədəd şurupla, sağ bayır topuq 1 ədəd plastinka və 6 ədəd şurupla osteosintez” əməliyyatı həyata keçirmişlər. Yara qatları uyğun tikilib sarğı olunub, sağ aşağı ətraf gips-longet sarğısı ilə immobilizasiya edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ittiham olunmuşdur. Masallı Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 1(050)-42/2024 nömrəli hökmü ilə cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 1(bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat cərimə cəzasına məhkum edilmişdir. O, hadisə baş verənə qədər cavabdehin sürücülük hüququnun olmadığını bilməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 13:30 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini kobud surətdə pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan, həmçinin nəqliyyat vasitəsini idarəetmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnamə və ya nəqliyyat vasitəsinə aid ümumi mülkiyyət hüququna dair şəhadətnaməsi olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Ford Transit” yük markalı 90 UG218 dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara-İran sərhəd yolunun Masallı rayon ərazisindən keçən 140,5-ci km/də Astara rayon istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə ya başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, qarşıda sağ zolaqla yük avtomobilinin hərəkətdə olmasını nəzərə alaraq vaxtında avtomobilin sürətini azaltmalı, hərəkətdə olan yük avtomobili ilə təhlükəsiz ara məsafəsi saxlamaqla hərəkətini davam etdirməli, lazım gələrsə sola doğru təhlükəsiz manevr aparmaqla yük avtomobilinin sol tərəfindən ötüb keçməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara riayət etməyib, eyni istiqamətdə sağ zolaqla hərəkətdə olan X1 idarə etdiyi “KAMAZ 65115” yük markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobilə arxadan çırpılmışdır. Və nəticədə onun sağ incik və sağ aşıq sümüklərinin sınıqları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almağına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh bu müddət ərzində ona vurduğu maddi ziyandan bir manat da ödəməmişdir. Səhhətindəki problemlər düzəlmədiyindən 31 may 2024-cü il tarixdə ikinci əməliyyata alınmışdır. Beləliklə, Cavabdeh tərəfindən ona məxsus avtomobilinə 14090 (on dörd min doxsan) manat maddi ziyan vurulmuşdur. Ona görə də Cavabdeh avtomobilinə dəymiş maddi ziyana görə 14090 (on dörd min doxsan) manat pul tutularaq ona ödənilməlidir. Hazırkı iddia avtomobilinə dəymiş ziyanla bağlıdır. Müalicəni tam bitirdikdən sonra ona dəymiş digər maddi zərərlərlə (müayinə, müalicə, əməliyyat və s.) bağlı iddia tələbini artıracağdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdi və əlavə olaraq izahatında göstərdi ki, İddiaçı 11 noyabr 2023-cü il tarixdə «X2-Bakı» QSC-nin tabeçiliyində olan «Bakı medical Plaza» klinikasında «sağ iç və bayır topuğun, açıq sümüyünün sınığı» əməliyyatı icra edilmişdir. İkinci dəfə 31 may 2024-cü il tarixdə «X2-Bakı» QSC-nin tabeçiliyində olan «Bakı medical Plaza» klinikasında «artrodez» əməliyyatı icra edilmişdir. Hər iki əməliyyata toplam 9560 manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materialların əlavə edilmiş: Masallı Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 1(050)-42/2024 saylı hökmünun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 1(bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat cərimə cəzasına məhkum edilmişdir. «X2-Bakı» QSC-nin tabeçiliyində olan «Bakı medical Plaza» klinikasının xx.xx.2024cü il tarixli epikrizindən görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı kafi vəziyyətdə ambulator müalicə üçün evə yazılmış, xəstəyə 2 həftə sonra kontrol müayinə tövsiyyə olunmuşdur. X3 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli avtomobilə dəymiş ziyan aktından görünür ki, «Ford Transit» markalı ** UG *** dövlət qeydiyyat nişanlı avtomobilə 14090 manat ziyan vurulmuşdur. «X2-Bakı» QSC-nin tabeçiliyində olan «Bakı medical Plaza» klinikasının xx.xx.2024cü il tarixli arayışından görünür ki, İddiaçı «X2-Bakı» QSC-nin tabeçiliyində olan «Bakı medical Plaza» klinikasında «sağ iç və bayır topuğun, açıq sümüyünün sınığı» əməliyyatı icra edilmişdir. İkinci dəfə 31 may 2024-cü il tarixdə «X2-Bakı» QSC-nin tabeçiliyində olan «Bakı medical Plaza» klinikasında «artrodez» əməliyyatı icra edilmişdir. Hər iki əməliyyata toplam 9560 manat məbləğində pul vəsaiti ödənilmişdir. «X2-Bakı» QSC-nin tabeçiliyində olan «Bakı medical Plaza» klinikasının xx.xx.2024cü il tarixli qəbzindən görünür ki, İddiaçı müayinə üçün 85 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 sentyabr 2024-cü il tarixli 9/7046 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 2001-ci buraxılışlı, «Ford Transit» markalı ** UG *** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 14630 manat müəyyən olunur. Qeyd edilir ki, zədələnməmişdən əvvəlki orta bazar qiyməti 14630 manat olmuş avtomobilin təmirinə 14090 manat xərc çəkilib təmir edilməsi məqsədə müvafiq və rentabelli hesab edilmir. İş materiallarında olan “X3 VÖEN **********” MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında qeyd edilən məlumatlar müqayisə olunduqda salamat qalmış hissələr faiz ifadəsi ilə avtomobilin dəyərinin təxminən 20 faizini təşkil etməsi ehtimal olunur. Beləliklə, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 14630 manat olmuş 2001-ci il buraxılışlı, «Ford Transit» markalı ** UG *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 11704 (14630 -20 faizi) manat müəyyən olunur. Sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra müəyyən edilmiş salamat hissələrin dəyərində dəyişiklik olması istisna edilmir. ********** saylı xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün 133 manat məbləğində dövlət rüsumu İddiaçı tərəfindən ödənilmişdir. ********** saylı xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün 117 manat məbləğində dövlət rüsumu İddiaçı tərəfindən ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 13:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan, həmçinin nəqliyyat vasitəsini idarəetmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnamə və ya nəqliyyat vasitəsinə aid ümumi mülkiyyət hüququna dair şəhadətnaməsi olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan İddiaçı məxsus “Ford Transit” yük markalı ** UG *** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara-İran sərhəd yolunun Masallı rayon ərazisindən keçən 140,5-ci km/də Astara rayon istiqamətində hərəkətdə olarkən, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara riayət etməyib, eyni istiqamətdə sağ zolaqla hərəkətdə olan X1 idarə etdiyi “KAMAZ 65115” yük markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobilə arxadan çırpılmışdır. Və nəticədə İddiaçı sağ incik və sağ aşıq sümüklərinin sınıqları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almağına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində iddiaçının avtomobilinə və səhətinə maddi ziyan dəymişdir. Masallı Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 1(050)-42/2024 saylı hökmünun urətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 1(bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat cərimə cəzasına məhkum edilmişdir. Məhkəmə qeyd edir ki, məhz cavabdehin təqsirli və hüquqa zidd hərəkətləri nəticəsində iddiaçı əmlaklarından məhrum olunmuş, bununla da cavabdeh tərəfindən ona real zərər vurulmuşdur. Bu fakt Masallı Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli hökmü ilə öz təsdiqini tapmışdır. Buna görə də zərərin vurulması üçün məsuliyyət daşıyan şəxs kimi cavabdeh iddiaçıya dəymiş maddi zərərin əvəzini ödəməlidir. İddiaçıya məxsus avtomobilə dəymiş real zərərin miqdarını müəyyən etmək üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 sentyabr 2024-cu il tarixli 9/7046 nömrəli ekspert rəyinə görə dəymiş zərər salamt qalmış hissələr nəzərə alınmaqla təxminən 11704 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini digər sübutlarla müqayisəli şəkildə təhlil edərək daha mötəbər sübut qismində qəbul edir və nəzərə alır. Ona görə də məhkəmə hesab edir ki, «Ford Transit» markalı ** UG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 11704 manat məbləğində müəyyən olunmalı, 11704 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməli, bununla da iddia bu hissədə qismən təmin olunmalıdır. Cavabdehin təqsirli və hüquqa zidd hərəkətləri nəticəsində İddiaçı xəsarətlər almış, nəticədə 11 noyabr 2023-cü il tarixdə «X2-Bakı» QSC-nin tabeçiliyində olan «Bakı medical Plaza» klinikasında «sağ iç və bayır topuğun, açıq sümüyünün sınığı» əməliyyatı olunmuş, bir müddət sonra, yəni 31 may 2024-cü il tarixdə «X2-Bakı» QSC-nin tabeçiliyində olan «Bakı medical Plaza» klinikasında ikinci dəfə əməliyyat olunmuşdur. Hər iki əməliyyata toplam 9560 manat məbləğində pul ödənilmişdir. Bundan başqa iddiaçı «X2-Bakı» QSC-nin tabeçiliyində olan «Bakı medical Plaza» klinikasında müayinə olunmuş və bunun üçün 85 manat ödəniş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının sağlamlığına vurulmuş ziyana görə Cavabdeh 9645 manat alınıb iddiaçının xeyrinə verilməli, iddia bu hissədə təmin edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Cavabdeh vurulmuş maddi ziyana görə 11704 manat, sağalmlığına vurulmuş ziyana görə 9645 manat, cəmi 21349 manat pul alınaraq İddiaçı verilməli, qalan hissədə iddia təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, məhkəmə xərcləri Cavabdeh aid edilməli, iddianın təmin edilmiş hissəsinə əsasən 250 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh 50 manat ekspertiza xərci alınaraq dövlət nəfinə keçirilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 11704 (on bir min manat yeddi yüz dörd) manat, sağalmlığına vurulmuş ziyana görə 9645 (doqquz min altı yüz qırx beş) manat, cəmi 21349 (iyirmi bir min üç yüz qırx doqquz) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 250 (iki yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci alınaraq dövlət nəfinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar