Məhkəmə qərarları › İş №e-2(046)-137/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-137/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-137/2023 26.04.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı QSC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit razılaşması üzrə 3302.26 manat məbləğində əsas kredit borcunun, 12.90 manat faiz borcunun 772.27 manat cərimə borcu olmaqla, cəmi 4087.43 manat kredit borcunun və 60.88 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AccessBank nümayəndəsi X2 iddianı müdafiə edərək göstərmişdir ki, Maraqlı şəxs İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 026A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% оlmaqla 60 aymüddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylıəlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtiilə 3443.18 (üç min dörd yüz qırx üç) manatməbləğində kredit götürmüşdür. Maraqlı şəxs kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmışaylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2021-ci il tarixli arayışdan borclu Maraqlı şəxs vəfat etdiyi məlum olmuşdur. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli, **********08 saylı məktubuna əsasən, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 1.57 ha kənd təsərrüfatlı torpaq sahəsi və Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.29 ha həyətyanı torpaq sahəsi Maraqlı şəxs və onun ailə üzvlərinin adlarına qeyd edilmişdir. Göyçay Rayon İcra Hakimiyəti Başçısı aparatının xx.xx.2022-ci il tarixli, 179 nömrəli məktubuna əsasən, Maraqlı şəxs məxsus 0.33 ha həyətyanı torpaq sahəsindən hal-hazırda mərhumun həyat yoldaşı Cavabdeh istifadə edir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin məhkəmə baxışında iştirak etməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli saylı kredit müqaviləsindən görünür ki, Maraqlı şəxs aylıq 0.0833 faiz ilə 60 ay müddətinə 3443.18 manat məbləğində kredit verilmişdir. Məhkəməyə təqdim edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Göyçay Rayon İcra Hakimiyəti Başçısı aparatının xx.xx.2022-ci il tarixli, 179 nömrəli məktubundan görünür ki, Maraqlı şəxs məxsus 0.33 ha həyətyanı torpaq sahəsindən halhazırda mərhumun arvadı Cavabdehistifadəedir Təqdim edilmiş sübutlardan görünür ki, "AccessBank» QSC" ilə Maraqlı şəxs arasında 60 ay müddətinə aylıq 0.0833 faiz olmaqla 3443.18 manat kredit verilməsi ilə bağlı müqavilə bağlanmışdır. Kredit götürən Maraqlı şəxs vəfat etmiş, vərəsəsi arvadı, hazırki iş üzrə Cavabdeh müəyyən edilmişdir. Cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, İddiaçı QSC-nin cavabdehdən kredit müqaviləsi üzrə 772.27 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun kredit razılaşması üzrə 72.27 manat müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 60.80 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddia təmin edilən həddə 53.87 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı QSC-nin iddiası qismən təmin edilməli, Cavabdeh kredit müqaviləsi üzrə 3302.26 manat məbləğində əsas kredit borcunun, 12.90 manat faiz borcunun 72.27 manat cərimə borcu olmaqla, cəmi 3387.43 manat kredit borcunun və 53.87 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 3302.26 manat məbləğində əsas kredit borcunun, 12.90 manat faiz borcunun 72.27 manat cərimə borcu olmaqla, cəmi 3387.43 manat kredit borcunun və 53.87 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar