Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-137/2025 30.01.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Qurbanova Gülnaz İntiqam qızının sədrliyi Əliyeva Leyla Bəhər qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-in Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC -i Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3502 (üç min beş yüz iki) manat sığorta ödənişi məbləğinin və 55.02 (əlli beş manat iki qəpik) manat dövlət rüsumunun, cəmi 3557,02 (üç min beş yüz əlli yeddi manat iki qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Vaz 2106” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “VAZ 2106” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı-Şamaxı-Yevlax yolunda yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Mercedes Benz 230” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” markalı, ** KC *** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurmuş, X1 xəsarət yetirmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 4 550,00 (dörd min beş yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göyçay RPŞ DYPB-nin qərarında Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 328.2 və 334.3-cü maddələri ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülməsi qərara alınmışdır. Göyçay RPŞ DYPB-nin "xxxx" ASC-yə təqdim etdiy arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “VAZ 2106” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Cavabdeh 4550 (dörd min beş yüz əlli) manat sığorta ödənişi məbləğindən 1048 (bir min qırx səkkiz) manat ödəmiş, lakin qalıq məbləğ 3502 (üç min beş yüz iki) manat bugünədək Cəmiyyətə ödənilməmişdir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 4 550 (dörd min beş yüz əlli) manat sığorta ödənişi məbləğindən qalıq məbləğ olan 3502 (üç min beş yüz iki) məbləği cavabdehdən tələb etmək hüququna malikdir. Cəmiyyət tərəfindən Cavabdeh ünvanına AS-23/1101 saylı, xx.xx.2023-cü il tarixli geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətə ödənilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, "xxxx" ASC-nin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İş materillarında olan Elektron sənəd formasında rəsmiləşdirilmiş avtonəqliyyat vasitəsi sahibinin mülkiməsluliyyətinin icbari sığorta müqaviləsinin xarici təqdimat formasından görünür ki, “Vaz 2106” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək "xxxx" ASC-də sığortalı olmuşdur. xx.xx.2019-cu il tarixli qiymətləndirilmə aktından görünür ki, “VAZ 21074” markalı, ** KC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ehtiyyat hissələrinin dəyəri və təmir xərcləri 1230 manat hesablanmışdır. xx.xx.2019-cu il tarixli qiymətləndirilmə aktından görünür ki, “Mercedes Benz 230” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ehtiyyat hissələrinin dəyəri və təmir xərcləri 2570 manat hesablanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliynin Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 20 fevral 1019-cu il tarixli 66 saylı ekspert rəyindən görünür ki, X4 məhkəmə- tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət sağ əlin V barmağın İİ distal falanqaarası oynağın yerdəyişməmiş sınığı küt bərk əşiyanın təsirindən törənmişdir, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 19 aprel 2019-cu il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 328.2 və 334.3-cü maddələrinin tərkibi olduğundan barəsində inzibati qaydada tənbeh tərbirləri görülməsi üçün qərarın surəti Göyçay RPŞ-nin DYPB-nə gönədilməsi qərara alınmışdır. xx.xx.2019-cu il tarixli AP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2 və 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(046)-104/2019 saylı qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilib, ona 800 manat inzibati cərimə tənbeh növü təyin edilmişdir. xx.xx.2019-cu il tarixli "xxxx" ASC-nin sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən dəymiş zərər aradan qaldırılaraq “Mercedes Benz 230” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 2570 manat sığorta ödənişi tam olaraq X4 hesabına köçürülməsi qeyd edilmişdir. xx.xx.2019-cu il tarixli 007072 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X4 hesabına 2570 manat pul köçürülmüşdür. xx.xx.2019-cu il tarixli 006921 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X4 hesabına 750 manat pul köçürülmüşdür. xx.xx.2019-cu il tarixli "xxxx" ASC-nin sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən dəymiş zərər aradan qaldırılaraq “VAZ 21074” markalı, ** KC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1230 manat sığorta ödənişi tam olaraq X3 hesabına köçürülməsi qeyd edilmişdir. xx.xx.2019-cu il tarixli 007599 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X3 hesabına 1230 manat pul köçürülmüşdür. xx.xx.2023-cü il tarixdə cavabdehə göndərilmiş mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə bildirişdən görünür ki, cavabdehdən 4002 manat sığorta pulunun ödənilməsi tələb edilmiş və əks təqdirdə məhkəməyə müraciət olunaraq, əlavə məhkəmə xərclərinin tutulması bildirilmişdir. **********3 saylı qəbzdən görünür ki, iddiçı tərəfindən 55.02 məbləğində dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında" Qanunun: 10-cu maddəsinə əsasən, sığorta məbləği bu Qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin bu Qanunla müəyyənləşdirilmiş məbləğdə ifadə olunan son həddidir. İcbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 56.1.2-ci maddəsi ilə sığortaçının bir sığorta hadisəsinə görə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta ödənişinin son həddi 5 000 manat məbləğində müəyyən edilmişdir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə “VAZ 2106” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı-Şamaxı- Yevlax yolunda yol-nəqliyyat hadisəsi törətmiş, “Mercedes Benz 230” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” markalı, ** KC *** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurmuş, X1 xəsarət yetirmiş və nəticədə sığorta hadisəsi baş vermişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 19 aprel 2019-cu il tarixli qərarına əsasən Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 328.2 və 334.3-cü maddələrinin tərkibi olduğundan barəsində inzibati qaydada tənbeh tərbirləri görülməsi üçün qərarın surəti Göyçay RPŞ-nin DYPB-nə gönədilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2 və 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2019-cu il tarixli AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(046)-104/2019 saylı qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilib, ona 800 manat inzibati cərimə tənbeh növü təyin edilmişdir. Hadisə zamanı “Mercedes Benz 230” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” markalı, ** KC *** dövlət qeydiyyat nişanlı avtomobillərə, X1 dəymiş ziyan sığortaçı "xxxx" ASC-i tərəfindən hesablanmış və 4550 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmin məbləğin 1048 manatı cavabdeh tərəfindən ödənilmiş, qalan 3502 manat hissəsi isə Cavabdeh tərəfindən ödənilməmiş qalmışdır. Bununla da zərərvuran şəxs Cavabdeh qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində iddiaçı "xxxx" ASC-nə keçmişdir. Maddi hüquq normalarının hazırki hüquq münasibətlərinə tətbiqi belə bir nəticəyə gəlməyə əsas verir ki, zərərvuran Cavabdeh törətdiyi hüquqa zidd əməl (delikt) nəticəsində əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya, hazırki iş üzrə iddiaçı "xxxx" ASC-nə subroqasiya qaydasında onun verdiyi sığorta ödənişini,yəni iddia tələbinin predmeti olan 3502 manat sığorta ödənişi məbləğinin ödənilməsini təmin etməyə borcludur. Buna görə də məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 3502 (üç min beş yüz iki) manat sığorta ödənişi Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş 55.02 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3502 (üç min beş yüz iki) manat sığorta ödənişi, 55.02 (əlli beş manat iki qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 3557,02 (üç min beş yüz əlli yeddi manat iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-nə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №e-2(046)-137/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-137/2025
30.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver