Məhkəmə qərarları › İş №e-2(046)-1380/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1380/2024

04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1380/2024 04.11.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi ilə, Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə İddiaçı «X6 Azərbaycan» QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı «X6 Azərbaycan» QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanuni ümayəndəsi Qanuni nümayəndə «X6 Azərbaycan» QSC -nin xeyrinə xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 874.86 manat əsas, 102.71 manat faiz borcu, 280.30 manat cərimə, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 02 manat, bildirşlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri olaraq 4.80 manat, cəmi 1264.67 manat borcun və 32.64 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2017-ci il ildə «X6 Azərbaycan» QSC və Qazıyeva Ülkər İlham qızı arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Qazıyeva Ülkər İlham qızına istehlak yönümlü 800 (səkkiz yüz) manat məbləğində kredit kartı limiti ayrılmışdır. «X6 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Qazıyeva Ülkər İlham qızı kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Kredit Müqaviləsinin 4.3cü bəndinin ikinci abzasına görə “bank ərəfindən kart/əlavə kart sahibi üçün kart üzrə müəyyən edilmiş istifadə limitinin 10 (on) faizi həcmində limiti aşma (keçmə) imkanı verir. Qazıyeva X5 qarşısında öz öhdəliklərini lazımıca icra etməmiş və kredit üzrə borcu qalmışdır. Banka daxil olan DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından müəyyən edilmişdir ki, Qazıyeva Ülkər İlham qızı vəfat etmişdir. Bununla bağlı aparılan araşdımadan məlum olmuşdur ki, Qazıyeva Ülkər İlham qızı xx.xx.2023-cü il tarixində vəfat etmiş və xx.xx.2024-cü il tarixində vərəsəlik işi açılmışdır. 3 saylı Bakı ASAN xidmət mərkəzinin Notariat ofisinə ünvanlanan vəkil sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2024-cü il tarixli 380 nömrəli məktubuna əsasən, vəfat etmiş Qazıyeva Ülkər İlham qızının vərəsəsi Cavabdehdur və bununla bağlı xx.xx.2024-cü il tarixli 2V/143 və 2V/143 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Cavabdeh 18 yaşının tamam olmaması ilə əlaqədar vərəsəlik işi üzrə müvafiq sənədləri onun əvəzinə qanuni nümayəndəsi və qəyumu hesab olunan, atası Qanuni nümayəndə imzalamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı «X6 Azərbaycan» QSC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında cavabdeh Qanuni nümayəndə iddia ərizəsini qəbul etmədi və izahatında bildirdi ki, sözügedən müqavilədən məlumatı olmamışdır. Həmin müqavilədə qızına 800 manat kredit limitinin ayrıldığı göstərilsə də, hazırda 874.86 manat əsas borc tələb olunur. Bundan başqa cərimə borcu da yüksəkdir, o məbləği ödəmək imkanının olmadığını bildirmişdir. Məhkəmədən iddanın təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, «X6 Azərbaycan» QSC-i tərəfindən Qazıyeva Ülkər İlham qızına 5 il müddətinə ilə 800 manatlıq kredit kartı verilmişdir. Müqavilənin: 2.7.1.1-ci bəndinə əsasən Bankın "Müştəri”nin sərəncamına əsasən hayata keçirilmiş əməliyyatlara görə "Müştəri”dan xidmət haqqını almaq (hesabdan silmək) hüququ var. 4.15-ci bəndinə əsasən Limit aşma (limitdən artıq istifədə) faizi: kart üçün müəyyən edilən limit aşıldığı təqdirdə, həmin gün aşılan (limitdən artıq istifadə edilən) məbləğə limit aşma faizi hesablanmağa başlayır ve cəmi borc balansı (borc) təyin edilən (müəyyən edilən) limitə düşənədək faiz hesablanması davam edir. Limit aşma faizi illik 40% təşkil edir. Həmin bəndə əsasən Limit aşma (limitdən artıq istifədə) komissiyası: kart üçün müəyyən edilən limit aşıldığı təqdirdə alınacaq sabit komissiya haqqıdır. Limit aşma komissiyası aşılan məbləğin 1 ,5% + 2,5 AZN (iki manat elli qepik) kimi olaraq tatbiq edilir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Qazıyeva Ülkər İlham qızının xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 874.86 manat əsas, 102.71 manat faiz, 280.30 manat cərimə, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 02 manat, bildirşlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri olaraq 4.80 manat, cəmi 1264.67 borcu vardır. xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə bildiriş göndərilmişdir. AZ-İİ seriyalı, 383526 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Qazıyeva Ülkər İlham qızı xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. AZ-İ seriyalı, 014924 saylı Övladlığa götürmə haqqında şəhadətnamənin surətindən görünür ki, X1 İlham Fərrux oğlu tərəfindən övladlığa götürülmüş, ona Cavabdeh adı verilmişdir. 3 saylı Bakı “Asan Xidmət” mərkəzinin notariat ofisinə təqdim olunmuş **********871 saylı xx.xx.2024-cü il tarixli ərizəyə əsasən Qanuni nümayəndə Qazıyeva Ülkər İlham qızından miras qalan əmlakı qəbul etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən alınmış ********** saylı əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 6, mənzil 86 Qazıyeva Ülkər İlham qızının xüsusi mülkiyyətindədir. ********** saylı qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 32.64 manat məbləğində pul iddiaçı tərəfindən ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2023-cü il tarixdə kredit müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Qazıyeva Ülkər İlham qızı 2023-ü ilin sentyabr ayının 19-da vəfat etmişdir. 3 saylı Bakı “Asan Xidmət” mərkəzinin notariat ofisində xx.xx.2023-cü tarixdə vərəsəlik işi açılmışdır. xx.xx.2011-ci il təvəllüdlü Cavabdeh onun vərəsəsi kimi tanınmışdır. Cavabdeh (əvvəlki sənədlərə görə X2) Qanuni nümayəndə tərəfindən övladlığa götürülmüşdür. Bununla belə xx.xx.2011-ci il təvəllüdlü Cavabdeh qanuni nümayəndəsi olan Qanuni nümayəndə hazırki iş üzrə cavadeh qismində düzgün olaraq göstərilmişdir. Belə olan halda məhkəmə borcalan Qazıyeva Ülkər İlham qızının xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı «X6 Azərbaycan» QSC-i qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh Qanuni nümayəndə xx.xx.2017-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc və faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Əsas borcun miqdarına gəldikdə məhkəmə qeyd edir ki, kredit müqaviləsi imzalanarkən müştəri Qazıyeva Ülkər İlham qızına 800 manatlıq kart verildiyi təqdirdə iddia ərizəsinə əsasən 874.86 manat tələb olunur. Müqavilədə kart üçün müəyyən edilən limit aşıldığı təqdirdə faizin hesablanması nəzərdə tutulduğundan məhkəmə hesab edir ki, bankın cavabdehdən 874.86 manat tələb etmək üçün əsas mövcuddur. Həmçinin, Müqavilən şərtinə əsasən Bankın "Müştəri”nin sərəncamına əsasən hayata keçirilmiş əməliyyatlara görə "Müştəri”dən xidmət haqqını tutulması nəzərdə tutulduğundan Bank müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 02 manat tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göründüyü kimi borcalan Qazıyeva Ülkər İlham qızı kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdeh Qanuni nümayəndə iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Lakin məhkəmə, hesablanmış cərimə məbləğinin yüksək olmasını, həmçinin, tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdeh Qanuni nümayəndə iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 08 manat müəyyən edilməlidir. İddiaçının bildirşlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri olaraq 4.80 manat tələbinə münasibətdə məhkəmə qeyd edir ki, bu tələbin əsasını təşkil edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi bu hissədə əsassızdır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Qanuni nümayəndə xx.xx.2017-cü il tarixli kredit müqaviləsi üzrə 874.86 manat əsas borc, 102.71 manat faiz borcu, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 02 manat, 08 manat cərimə olmaqla, cəmi 987.57 manat məbləğində pul alınıb iddiaçı «X6 Azərbaycan» QSC-nə verilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 32.64 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçı «X6 Azərbaycan» QSC -nə ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Qanuni nümayəndə xx.xx.2017-cü il tarixli kredit müqaviləsi üzrə 874.86 (səkkiz yüz yetmiş dörd manat səksən altı qəpik) manat əsas borc, 102.71 (yüz iki manat yetmiş bir qəpik) manat faiz borcu, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 02 (iki) manat, 08 (səkkiz) manat cərimə olmaqla, cəmi 987.57 (doqquz yüz səksən yeddi manat əlli yeddi qəpik) manat məbləğində pul alınıb iddiaçı «X6 Azərbaycan» QSC-nə verilsin. Cavabdeh Qanuni nümayəndə 32.64 (otuz iki manat altmış dörd qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı «X6 Azərbaycan» QSC-nə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar