Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1389/2025 13.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızı, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, Təsviri hissə: MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X2 isə qanuni nümayəndəsi - anası Cavabdeh2 vasitəsilə iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli BPM**********94 saylı kredit müqaviləsinə əsasən 3966.03 manat əsas borc və 45.23 manat cərimə borcu olmaqla, cəmi 4011.26 manat məbləğində kredit borcunun və ödənilmiş 60.11 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC-nin Göyçay filialı ilə X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********94 saylı kredit müqaviləsinə əsasən 30 ay müddətinə illik 23 faiz olmaqla 4800 manat məbləğində nağd kredit verilmişdir. X1 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Göyçay rayon Notariat Ofisi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 2V-584 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən müəyyən olunur ki, mərhum X4 mirası qəbul etmiş vərəsələri Cavabdeh1, X6 və Cavabdeh2 V-401/2024 nömrəli vərəsəlik işi üzrə, xx.xx.2024-cü il tarixli, reyestrdə 2V-584 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan başqa vərəsə - cavabdeh X6 azyaşlı olduğu üçün qanuni nümayəndəsi - anası Cavabdeh2dır. Bankın Göyçay filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, X4 xx.xx.2023-cü il tarixli BPM**********94 saylı kredit müqaviləsinə əsasən 3966.03 manat əsas borc və 45.23 manat cərimə borcu olmaqla, cəmi 4011.26 manat məbləğində borcu qalmışdır. Cavabdehlər, mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur. Yazılı sübut qismində iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli BPM**********94 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə X5 arasında 30 ay müddətinə illik 23 faiz olmaqla 4800 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Qanuni vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli, reyestrdə 2V-584 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, mərhum X4 mirası qəbul etmiş vərəsələri Cavabdeh1, X6 və Cavabdeh2 V-401/2024 nömrəli vərəsəlik işi üzrə, xx.xx.2024-cü il tarixli, reyestrdə 2V-584 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bildirişdən görünür ki, mərhum X4 adına olan kredit müqaviləsi üzrə öhdəliyin vaxtında icra edilməsi barədə vərəsələri Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC tərəfindən xəbərdar olunmuşdur. xx.xx.2023-cü il tarixli BPM**********94 saylı kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, X4 "xxxx" ASC-nə ödənilməmiş 3966.03 manat əsas borc və 45.23 manat cərimə borcu təşkil edir. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar 60 manat 11 qəpik dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı iddiaçı "xxxx" ASC tərəfindən ödənilmişdir (********** saylı qəbz). Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2023-cü il tarixdə kredit müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi haida hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində Öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: "xxxx" ASC ilə X5 arasında xx.xx.2023-cü il tarixli BPM**********94 saylı kredit müqaviləsinə əsasən 30 ay müddətinə illik 23 faiz olmaqla 4800 manat məbləğində nağd kredit verilmişdir. X1 xx.xx.2024-cü il tarixdə vəfat etmiş, X4 vəfatından sonra Cavabdeh1, Cavabdeh2 və X6 miras qalmış əmlakı tam qəbul etmişdir. X6 azyaşlı olduğu üçün qanuni nümayəndəsi - anası Cavabdeh2dır. Cavabdeh1 və Cavabdeh2 miras qalmış əmlakı qəbul etdiyindən borcun ödənilməsi üçün qəbul edilmiş miras əmlaka münasibətdə məsuliyyət daşıyır. X4 bank qarşısında üzərinə götürdüyü öhdəlik vərəsələri tərəfindən yerinə yetirilməmiş, kredit borcu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarılmamışdır. Buna görə də iddiaçı kredit borcunu cavabdehlərdən (vərəsələrdən) tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" ASC ilə X5 oğlu arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, kredit müqaviləsi üzrə öhdəlik vaxtında yerinə yetirilmədiyindən, X1nun vəfat etməsindən sonra miras əmlakı qəbul etmiş vərəsələri borclu qismində payına mütənasib surətdə miras qoyanın borclarını tam ödəməlidir. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli BPM**********94 saylı kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçı "xxxx" ASC-nə qaytarmalıdır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli BPM**********94 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 3966.03 (üç min doqquz yüz altmış altı manat sıfır üç qəpik) əsas borc və 45.23 (qırx beş manat iyirmi üç qəpik) cərimə borcu olmaqla, cəmi 4011.26 (dörd min on bir manat iyirmi altı qəpik) məbləğində borc iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 60.11 (altmış manat on bir qəpik) məbləğində dövlət rüsumu, 0.40 (qırx) qəpik xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçı "xxxx" ASC-nə ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli BPM**********94 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 3966.03 (üç min doqquz yüz altmış altı manat sıfır üç qəpik) əsas borc və 45.23 (qırx beş manat iyirmi üç qəpik) cərimə borcu olmaqla, cəmi 4011.26 (dörd min on bir manat iyirmi altı qəpik) məbləğində borc iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 60.11 (altmış manat on bir qəpik) məbləğində ödənilmiş dövlət rüsumu və 0.40 (qırx) manat məbləğində xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №e-2(046)-1389/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1389/2025
13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver