Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-1428/2023 24.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında işə baxaraq, müəyyən etdi: İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ərizə ilə məhkəməyə müraciət edərək 1512 manat 06 qəpik məbləğində əsas kredit borcunun, 497 manat 48 qəpik məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 833 manat cərimə borcu olmaqla, cəmi 2842 manat 54 qəpik məbləğində pulun və ödənilmiş 48 manat 43 qəpik məbləğində dövlət rüsumunun cavabdehlərdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair ərizənin iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı BOKT ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin baxılmamış saxlanılmasını və ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatı zamanı İddiaçı BOKT ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin qaytarılmasına dair ərizə verdiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, habelə ödənilmiş dövlət rüsumu da qaytarılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb qərara aldı: İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 48 manat 43 qəpik dövlət rüsumu İddiaçı BOKT ASC-nə qaytarılsın. Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən :Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-1428/2023
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-1428/2023
24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver