Məhkəmə qərarları › İş №e-2(046)-1433/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1433/2023

13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1433/2023 13.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00001EG-2168 №-li kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 1100 manat məbləğində kredit verilmişdir. İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00001EG-2168 №-li kredit müqaviləsinin ləğv edilməsini, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə kredit müqaviləsinə əsasən 390 manat 08 qəpik məbləğində qalıq, ona hesablanmış 51 manat 83 qəpik məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 182 manat 60 qəpik məbləğində dəbbə pulu olmaqla, cəmi 624 manat 51 qəpik borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulmasını tələb etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi üçün cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh kredit borcu və ona hesablanmış faizləri qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehlərə iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə göndərilmiş, işə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamələrə əsasən xx.xx.2023-cü il tarixdə bildiriş cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çatdırılmışdır. Cavabdehlərin bildirişi rəsmi qaydada aldıqları gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən iddiaçının təqdim etdiyi sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixinə 390 manat 08 qəpik məbləğində qalıq, ona hesablanmış 51 manat 83 qəpik məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 182 manat 60 qəpik məbləğində dəbbə pulu olmaqla, cəmi 624 manat 51 qəpik borcu vardır. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı BOKT ASC arasında zaminlik müqaviləsi bağlanmış, Cavabdeh1 kredit alan Cavabdeh2 İddiaçı BOKT ASC qarşısında öhdəliyin yerinə yetirilməsinə görə borclu ilə eyni həcmdə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icr-a edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsi nəticəsində xx.xx.2021-ci il tarixli, 2021/00001EG-2168 №-li kredit müqaviləsi üzrə gecikdirməyə görə hesablanmış 182 manat 60 qəpik məbləğində cərimə azaldılmalıdır. Belə ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli, 2021/00001EG-2168 №-li kredit müqaviləsinə əsasən borcalan Cavabdeh2 tərəfindən vaxtında ödəniş aparılmaması nəticəsində vaxtından əvvəl borcun ödənilməsini kreditor İddiaçı BOKT ASC-nin tələb etmək hüququnun olmasına baxmayaraq, müqavilənin bağlandığı tarixdən və cavabdehin kredit müqaviləsi üzrə borcun gecikdirilməsini bildiyi vaxtdan xeyli müddət keçdikdən sonra iddiaçı əsas, faiz borcun və cərimənin ödənilməsini tələb etmiş, bu da ki, tənasübsüz surətdə yüksək dəbbə pulunun əmələ gəlməsinə əsas yaratmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin faktiki hallarını nəzərə alıb belə bir nəticəyə gəlir ki, məhkəmə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bildiyindən, öhdəliyin vaxtında icra edilməməsinə görə xx.xx.2021-ci il tarixli, 2021/00001EG-2168 №-li kredit müqaviləsi üzrə gecikdirməyə görə hesablanmış 182 manat 60 qəpik məbləğində cərimə tənasübsüz surətdə yüksək dəbbə pulu hesab olunmalı, buna görə də tələb olunan cərimə 30 manat məbləğinədək azaldılmalı, iddia bu hissədə qismən təmin olunmalıdır. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı BOKT ASC-i ilə Cavabdeh2 arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00001EG-2168 №-li kredit müqaviləsi ləğv edilməli, Cavabdeh2 kredit müqaviləsi ilə aldıqlarını İddiaçı BOKT ASC-nə qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə kredit müqaviləsinə əsasən 390 manat 08 qəpik məbləğində qalıq, ona hesablanmış 51 manat 83 qəpik məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 30 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 471 manat 91 qəpik məbləğində pul alınaraq İddiaçı BOKT ASC-nə verilməli, bununla da iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən tutularaq İddiaçı BOKT ASC-nə verilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3-cü maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00001EG-2168 №-li kredit müqaviləsi ləğv edilsin. Gecikdirilməyə görə hesablanmış 182 manat 60 qəpik məbləğində dəbbə pulu 30 manat məbləğinədək azaldılsın. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 2021/00001EG-2168 №-li kredit müqaviləsi üzrə 390 manat 08 qəpik məbləğində qalıq, ona hesablanmış 51 manat 83 qəpik məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 30 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 471 manat 91 qəpik məbləğində pul alınıb İddiaçı BOKT ASC-nə verilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul alınaraq İddiaçı BOKT ASC-nə verilsin. Qətnamədən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar