Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1441/2022 08.07.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2019-cu il tarixli kredit xətti müqaviləsi üzrə 123.14 manat əsas, 27.10 manat faiz borcu olmaqla cəmi 150.24 manat kredit borcunun və xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 2676.42 manat əsas, 520.01 manat faiz borcu olmaqla cəmi 3196.43 manat kredit borcunun, ümumilikdə hər iki müqavilə üzrə 3346.67 manat kredit borcunun və 53.46 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı ASC tələbi belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli Kredit xətti müqaviləsinə əsasən ona 58 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 300 manat kredit xətti ayrılmış, xx.xx.2020-cu il tarixli Kredit müqaviləsinə əsasən isə 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 3180 manat kredit verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASCyə xx.xx.2019-cu il tarixli Kredit xətti müqaviləsinə əsasən 123.14 manat əsas, 27.10 manat faiz borcu olmaqla cəmi 150.24 manat; xx.xx.2020-cu il tarixli Kredit müqaviləsinə əsasən isə 2676.42 manat əsas, 520.01 manat faiz borcu olmaqla cəmi 3196.43 manat kredit borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 53.46 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbinə dair əsaslandırılmış etirazın, ona dair dəlillərin və onları təsdiq edən sənədlərin təqdim olunması barədə cavabdehə bildiriş göndərilsə də, o, bununla bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli kredit xətti müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 58 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 300 manat kredit xətti ayrılması barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 3180 manat kredit verilməsi barədə kredit müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixə tərtib olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh banka xx.xx.2019-cu il tarixə kredit xətti müqaviləsi üzrə 123.14 manat əsas, 27.10 manat faiz borcu olmaqla cəmi 150.24 manat kredit borcunun və xx.xx.2020-u il tarixli kredit müqaviləsi üzrə 2676.42 manat əsas, 520.01 manat faiz borcu olmaqla cəmi 3196.43 manat kredit borcu vardır. Cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilələr üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehdən tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 53.46 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 53.46 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC-nin iddiası təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit xətti müqaviləsi üzrə 123.14 manat əsas, 27.10 manat faiz borcu olmaqla cəmi 150.24 manat kredit borcunun və xx.xx.2020-cu il tarixli kredit müqaviləsi üzrə 2676.42 manat əsas, 520.01 manat faiz borcu olmaqla cəmi 3196.43 manat kredit borcunun, ümumilikdə hər iki müqavilə üzrə 3346.67 manat kredit borcunun və iddiaçı tərəfindən ödənilmiş 53.46 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli kredit xətti müqaviləsi üzrə 123.14 manat əsas, 27.10 manat faiz borcu olmaqla cəmi 150.24 manat kredit borcunun və xx.xx.2020-cu il tarixli kredit müqaviləsi üzrə 2676.42 manat əsas, 520.01 manat faiz borcu olmaqla cəmi 3196.43 manat kredit borcu, ümumilikdə hər iki müqavilə üzrə 3346.67 manat və 53.46 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(046)-1441/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1441/2022
08.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver